Mövzu Turist müəssisəsinin fəaliyyətinin təşkilati-hüquqi əsasları. Azərbaycanın turizm resursları Azərbaycanın turizm infrastrukturu



Yüklə 26,76 Kb.
səhifə1/9
tarix01.01.2022
ölçüsü26,76 Kb.
#110404
  1   2   3   4   5   6   7   8   9
SAT Mövzu 4 (1)


Mövzu 4.Turist müəssisəsinin fəaliyyətinin təşkilati-hüquqi əsasları.

Azərbaycanın turizm resursları

Azərbaycanın turizm infrastrukturu

Müəssisənin dövlət qeydiyyatından keçirilməsi

Turizm müəssisəsinin yaradılması və fəaliyyəti üçün atılan addımlar

Turizm müəssisəsinin fəaliyyət dairəsi

Turoperatorun iş funksiyaları

Kütləvi bazar turoperatoru və ixtisaslaşdırılmış turoperator
Turizm firmasının təsis ediləcəyi məkanda turizm infrastrukturun mövcudluğu

Turoperatorların və turagent firmalarının yaradılmasının ilkin şərtləri

Azərbaycanın turizm infrastrukturu - rayonlar üzrə hər tələbəyə sərbəst iş mövzusu

verilir.

TO və TA fəaliyyəti ilə məşğul olmaq istəyində olan hər bir şəxs, turizm barədə yetərli məlumata malik olmalı, bu işin həyata keçirilməsi nəzərdə tutulan ərazinin vəziyyəti barədə ətraflı təsəvvürə və bilgilərə malik olmalıdır.

İlk növbədə turizm ehtiyatları və turizm infrastrukturu haqqqında geniş məlumata malik olmaq vacibdir.

Ölkəmizdə turizm fəaliyyətini tənzimləyən “Turizm haqqında”, “Sığorta haqqında” AR qanunları və turizmlə bağlı qanunvericilik aktları ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatının, Ümumdünya Turizm Təşkilatının və turizmlə bağlı digər beynəlxalq təşkilatlarının sənədlərini qeyd etmək olar. Hər bir ölkə turizmi inkişaf etdirmək məqsədilə bir sıra qaydalar tətbiq edir ki, bu da xarici vətəndaşların bu ölkəyə gəlməsinə və istirahət etməsinə münbit şərait yaratmalıdır.

Ölkə vətəndaşlarına və xarici qonaqlara səviyyəli turizm xidməti göstərmək üçün, hər bir turizm firmasının işçi personalı turizm üzrə müvafiq bilgilərə və təcrübəyə malik olmalıdır(ilk növbədə turizm ehtiyatları və turizm infrastrukturu üzrə).

Turizm haqqında” AR qanunundan çıxarışlar:

Turizm ehtiyatları: səfər edilən yerin təbiəti, mədəni, tarixi, sağlamlaşdırma obyektləri və turistlərin ayrı-ayrılıqda və ya kompleks halında tələb və ehtiyaclarını təmin edə bilən, onların fiziki və mənəvi qüvvələrinin bərpası və inkişafına kömək edə bilən digər obyektlər məcmusu.

Turizm infrastrukturu – turizm məhsulu istehsalı təşkilinin kompleksli sistemi və yaxud mehmanxana və digər yerləşdirmə-yerdəyişmə, nəqliyyat vasitələrinin, ictimai iaşə, əyləncə obyektləri və vasitələrnin, tanış olma, idraki, sağlamlaşdırma, idman və digər obyektlərin, turoperator və turagent fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış müəssisə və təşkilatların, həmçinin ekskursiya və bələdçi (bələdçi-tərcüməçi) xidmətləri göstərən təşkilatların məcmusu

Beləliklə, turizm fəaliyyətinə başlamaq istəyən şəxs ( və ya şəxslər) aşağıda göstərilən məlumatlara və bacarığa malik olmalı və dövlət qurumlarından müvafiq qeydiyyat sənədləri əldə etməklə öz iş yerini seçməlidir.

Turizm fəaliyyəti ilə məşğul olmaq istyən hər bir şəxs bu fəaliyyətlə bağlı aşağıdakı biliklərə malik olmalıdır:

a) Öz ölkəsinin (regionun) və əlaqəli şəkildə fəaliyyət göstərəcəyi ərazi (ölkə,ölkələr) barədə biliklərə yiyələnməlidir.

Turizm ehtiyatlarının mövcudluğu: ölkədə; regionda



Turizm ehtiyatları 3 qrupa bölünür:

Təbii-iqlim ehtiyatları: landşaft mənzərələr və iqlim xüsusiyyətləri ( dağ, meşə,düzənlik çaylar, dəniz və s.), flora, fauna, kurort və balneoloji zona, milli parklar, qoruqlar, təbii mağaralar, şəlalələr; turistlərin mənəvi və fiziki marağını təmin edən hər şey

Ölkəmiz gözəl təbiətə malikdir:



Cənubda -Xəzər dənizi sahilləri, palıd ,dəmirağacı meşələri, 2000 metrdən yüksək zirvələri olan Talış dağları, istisu və digər müalicəvi bulaqlar;

Şimalda- Xəzər dənizinin sahilləri ilə qovuşan Nabran meşələri, dağ çayları;

Şimal-qərbdə- hündürlüyü 4000 metrdən yüksək olan və Böyük Qafqaz sıra dağları,şəlalələr, bulaqlar;

Qərbdə-bir- birindən gözəl olan Göy göl, Maral göl, Zəli göl və Kəpəz dağı.

Etnoqrafik ehtiyatlar: turistlərin olduğu yerdə yerli milli ənənələr, adətlər, məişət, xalq yaradıcılığı.

Xalqımız bir sıra gəzəl, unikal adət-ənənələrə malikdir, bunlar da xarici turistlərin böyük marağına səbəb olur.



Antropogen ehtiyatlar: saysız mədəni-tarixi irs və hətta müasir dövrdə insan əli ilə yaradılmış obyektlər; arxeoloji qazıntılar, tarixi abidələr, tarixi hadisələrin baş verdiyi yerlər, dahi insanların doğulub, yaşadıqları yerlər, memarlıq və şəhərsalma obyektləri, müasir modern memarlıq tikililəri; muzeylər, rəsm qalereyaları, teatrlar, sərgilər və s.

Abşeron qalaları, qədim şəhərlərin qalıqları, Şirvanşahlar və Şəki Xan sarayları, dahi Nizaminin, Möminə Xatunun məqbərələri,general Həzi Aslanovun, Abbasqulu ağa Bakıxanovun, Üzeyir Hacıbəyovun ev-muzeyləri, hər rayonda yerləşən tarix - diyarşünaslıq muzeyləri.

Hər bir ölkə özünəməxsus turizm ehtiyatları ilə zəngindir. Bu ehtiyatları bir yerdən başqa yerə köçürmək mümkün deyil. Belə yerlər turizm zonaları və ya turizm mərkəzləri adlanır.


Yüklə 26,76 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin