Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai


BAŞQALARININ NƏZƏRİNDƏN RUHUN HƏQİQƏTİ



Yüklə 2,41 Mb.
səhifə70/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   66   67   68   69   70   71   72   73   ...   99

BAŞQALARININ NƏZƏRİNDƏN RUHUN HƏQİQƏTİ


Əqli tədqiqatlar da Qur`ani-Kərimin ruh barəsindəki nəzəriyyəsini təsdiq edir. Bizim hər birimiz öz həqiqətimizi dərk edərək onu “mən” tə`biri ilə ifadə edirik. Bu idrak insanda həmişə mövcuddur. Hətta bə`zən insan özünün başını, əlini, ayağını və sair üzvlərini, hətta bütün bədən üzvlərini unudur, lakin “mən”, yaxud “öz”lüyün mövcud olduğu vaxta qədər “mən”in özü onu dərrakəsindən xaricə çıxmır və müşahidə olunduğu kimi bunda bölgü və hissələrə bölünmək də təsəvvürə sığmır. İnsan bədəni həmişə dəyişikliyə mə`ruz qaldığına, özü üçün müxtəlif məkanlar seçdiyinə və müxtəlif zamanlar keçirdiyinə baxmayaraq, “mən” adlı həqiqət həmişə sabitdir və onun həqiqəti heç vaxt dəyişilmir. Deməli, bu anlam maddi olsaydı bölgü, zaman və məkan şəraitini, eləcə də dəyişilmə kimi maddi xüsusiyətləri qəbul edərdi.

Amma bədən bu kimi xüsusiyyətlərin hamısını qəbul edir və ruhla əlaqəli olduğuna görə bu xüsusiyyətlər ruha da aid edilir. Lakin azacıq diqqət yetirməklə aydın olur ki, “o vaxt” və “bu vaxt”, “bura” və “ora”, “bu şəkil” və “o şəkil”, “bu tərəf” və “o tərəf” və s. hamısı bədənin xüsusiyyətləridir və ruh bu kimi xasiyyətlərdən uzaqdır və bu nisbi dəyişikliklər yalnız bədən vasitəsilə ruha aid edilir.

Bu bəyanın oxşarını ruhun xüsusiyyətlərində olan elm, şüur və idrak və s. xüsusiyyətlər barədə də demək olar. Aydındır ki, əgər elm maddi xüsusiyyətə malik olsaydı maddəyə tabe olaraq bölünər, zaman və məkanı qəbul edərdi.

Əlbəttə, bu əqli bəhsin miqyası çox genişdir və bunun ardınca çoxlu suallar yaranır ki, bu kitabın həcminə uyğun deyildir. Onun barəsində yuxarıda qeyd olunanlar sadəcə işarə xarakteri daşıyırdı; əlavə mə`lumat almaq üçün islami fəlsəfə kitablarına müraciət etmək lazımdır.



Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin