Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə2/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   2   3   4   5   6   7   8   9   ...   92
Sönməz ABBASLI

filologiya üzrə fəlsəfə doktoru

İNANCLAR


  1. Ayaq altı qaşınarsa, o adam səfərə gedər, əl içi qaşı­narsa, o adama pul çatacaq.

  2. Başmaq bir-birinin üstünə çıxsa, o adam müsafirətə gedəcək.

  3. Bayquş divara qonsa, onun qabaqına bir dənə məc­məyidə Quran, su və duz gətirib tutarlar ki, ta bəlkə bayquş o evə zərər yetirməsin.

  4. Bostanda bəd nəzərdən ötrü eşşək başı qoyurlar.

  5. Çay stəkanları bir-birinin dalınca bir sırada dursa, deyərlər ki, evə qonaq gələcək.

  6. Çox yağış yağanda ərsin atarlar ki, yağış kəssin və ya miras qalmış mis qab atarlar.

  7. Duzu yerə tökərsənsə, o dünyada kirpiyinlə gərək yığasan.

  8. Əgər çay stəkanında çayın tilifi çayın üzərində dik durarsa, o evə gələn qonaqın nə ucalıqda olduğunu göstərir. Əgər çayın tilifi balaca olarsa, gələn qonaq da balaca olar, yox əksinə, uzun olarsa, gələn qonaq da uzun olacaq.

  9. Gecə ev süpürməzlər, süpürsələr də deyərlər ki, toy evi süpürürəm.

  10. Hər kəs bir eşşək arısı öldürərsə, o dünyada bir xurma verərlər.

  11. Hər kəs tərsə iş görsə, deyərlər ki, o, al-arvadı ki­midir.

  12. İlin axırıncı çərşənbəsində od yandırandan sonra açar salmaq mərasimi başlanır. Açarı cavan qızlar və ya qa­dınlar ayaq altına qoyub evdə olan adamların və ya yoldan ke­çən adamların danışdığı sözdən gələn ilin yaşayışını düşü­nürlər.

  13. Qarğı qarıldayanda deyərlər ki, qonaq gələcək.

  14. Qırxlı uşağı aya göstərməzlər, göstərsələr ağzına ay doğar.

  15. Qırxlı uşağın dilinin üzərində ağ toz kimi olan bir şeyə aydoğma deyirlər.

  16. Pişik üzünü yuyarsa, deyərlər ki, o evə qonaq gələcək.

  17. Süpürgəni başıaşağı qoysalar, deyərlər evdən ölü çıxar.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin