İxtisas-peşə hazırlığı fənləri bölümü
Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:
- riyazi biliklər sahəsində təsəvvürü
olmalı, fənnin ümumi prinsiplərini;
-iqtisadi qanunauyğunluqları, bazar münasibətləri şəraitində iqtisadi siyasətin istiqamətlərini, tələb və təklif nəzəriyyəsini;
- proqramlaşdırma texnologiyasını
və hesablama texnikası, proqram təminatı, imkanlarından istifadə etməyi, EHM-lərdə tədris praktiku-
mu, informasiya texnologiyalarının
turizmdə tətbiqi imkanlarını, informasiya modellərinin qurulma-
sını, lokal və qlobal kompüter şəbəkələrinin xidmətindən istifadə etməyi;
- turizmin tarixi, inkişafı və meydana gəlməsi, turizmin inkişafına təsir edən amilləri, asudə vaxtdan istifadənin sosial-iqtisadi mahiyyətini;
- beynəlxalq turizmə təsir edən amilləri, dünyanın turizm region-
ları və ölkələrində turizmin inkişaf
xüsusiyyətlərini, transmilli otellər və onların təşkilati strukturlarını;
- idarəetmə üsullarını və funksiya-
larını, idarəetmə psixologiyasını,
qərar qəbuletmə prosesini;
- marketinqin əsas funksiyaları, idarə edilməsi, tədqiqatları, tələb və təklifin proqnozlaşdırılmasını, istehlakçı ba-zarının təhlilini;
- mühasibat uçotunun əsas anlayış-
ları və funksiyalarını, turizm müəssi-
sələrində mühasibat işinin təşkilini;
- maliyyə menecmentinin funksiya-
larını, maliyyənin planlaşdırılması-
nı, maliyyəyə nəzarət formalarını, investisiya siyasətini;
- servisin inkişaf tarixi, servis fəaliyyətinin növləri, xidmətlərin təsnifat prinsipləri və onların xüsusiyyətləri, insanın əsas tələbat-
ları və psixofizioloji imkanları, onların şəxsiyyətin sosial fəallığı ilə əlaqəsi, xidmətin təşkili nəzəriy-yəsini;
- mehmanxana fəaliyyətininin nəzə-
ri əsasları, mehmanxana fəaliyyətini tənzimləyən hüquqi və normativ sənədlər, mehmanxanalarda və digər yerləşmə müəssisələrində istehsal-texnoloji fəaliyyətin əsasları, mehmanxanalarda və digər yerləşmə müəssisələrində funksional proses-lərin təşkili, mehmanxana məh-sulunun özəllikləri və növləri, xidmətin peşə standartları, personala olan tələbləri;
-insan resursları menecerinin məsuliyyəti və vəzifələrini, kadr siyasətinin personalın idarə edil-məsindəki xüsusiyyətlərini;
-hüquqi anlayışlar, konstitusiya, turizmin təşkilatı-hüquqi təminatını, turizm müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi əsasları;
- turizmdə nəqliyyat sistemlərindən istifadə qaydalarını, turoperator və turagentlərlə nəqliyyat şirkətləri arasında əlaqə mexanizmini;
- səyahət agentlikləri və turoperator-ların funksiyalarını, idarə olunmasını, turizm sisteminin fəaliyyət mexanizmini;
-bronlaşdırma sistemlərinin növlə-
rini, (qlobal) bronlaşdırma sistem-
lərində bilet satışı və bronlaşdırma-nı, otellərdə istifadə edilən bronlaş-
dırma sistemlərini;
- turizmin iqtisadiyyatın inkişafına
təsiri, turizm bazarının vəziyyətinin
müəyyənləşdirilməsi, turizmin inki-
şafına dair proqramların hazırlan-
masını;
- məsafədən idarəolunmanın mahiyyətini, destinasiya fəaliyyəti-
nə təsir edən amilləri;
-
- turist marşrutlarının təşkili qaydalarını, turistlərin və mar-şrutların növlərini, ekskursiyaların
hazırlanması və keçirilməsi metod-
larını;
- insan psixologiyasını, onun xarakter və davranış xüsusiyyətləri ilə yana-
şı, ünsiyyət və etik normaları, işgüzar münasibətləri, müştəri ilə davranış qaydalarını;
- xidmətlərin marketinq kompleksi-
nin komponentlərini, xidmət marketinqinin planlaşdırılmasını, turizm bazarının öyrənilməsində marketinq tədqiqatlarının istiqa-mətləri, tələb və təklifi, marketinq strategiyasını;
-xarici ölkələrlə turizm əlaqələrində ingilis dilində sərbəst danışmağı, ixtisasına uyğun elmi-nəzəri, metodiki ədəbiyyatın gündəlik ünsiyyət üçün yeni fonetik, leksik, qrammatik bilikləri;
- dilini öyrəndiyi ölkənin mədəniyyətini, adət-ənənəsini, həmin dildə danışmağı, oxumağı;
- otellərin yaradılması prosesi və təşkilati strukturunu, otelin bölmə-
ləri və onların funksiyalarını, baş menecerin fəaliyyətinin konseptual əsaslarını;
- ekoloji turizmin təbiəti mühafizə, iqtisadi və sosial funksiyalarını, ekoturizmin növlərini, ehtiyatlarını, dünya regionlarında ekoturizmin ümumi vəziyyətini, Azərbaycanın ekoturizm imkanlarını;
- fövqəladə hallar və onların vəzifələrini, fövqəladə hallarda əhalinin müdafiəsinin əsas üsullarını, kollektiv mühafizə vasitələrini;
bacarmalıdır:
- coğrafi və sosial-iqtisadi elmlərin tədqiqat metodlarından öz peşə fəaliyyətində istifadə etməyi;
- kompüterlə sərbəst işləməyi, əməliyyatların aparılmasını;
- proqram təminatı imkanlarından istifadə etməyi;
- informasiya texnologiyalarının ən yeni nailiyyətlərinin öz peşə fəaliyyətində tətbiqini;
- insan resursları nəzərə alınmaqla idarəetməni;
- əmək fəaliyyətinin psixoloji aspektlərini və kollektivdə qar- şılıqlı etik norma və fəaliyyətin tətbiqini;
- psixoloji gərginlik yarada biləcək problemləri aradan qaldırmağı;
- ən azı 2 dildə ünsiyyətdə olmağı;
- işgüzar görüşlərdə ingilis dilində sərbəst ünsiyyət qurmağı;
- beynəlxalq, regional və milli turizm bazarının marketinq təhlilini;
- dünya turizm sənayesində dəyişikliklərin coğrafi, iqtisadi-sosial baxımdan təhlilini;
- məsafədən idarəetməni;
- turizmin planlaşdırılması və proqnozlaşdırılmasını;
-turizm-rekreasiya obyektlərinin
layihələşdirilməsini;
- transmilli otellərin idarə olunmasını;
- müəssisə və təşkilatlarda davranış və etik qaydalara riayət etməyi;
- turizm, mehmanxana, sanatoriya və kurort komplekslərində, iaşə müəssisələrində hüquqi-normativ sənədlərin hazırlanması və tətbiqini;
- turizm xidmətlərinin marketinq təhlilini;
- Azərbaycanın potensial turizm imkanlarını qiymətləndirməyi;
- bazar münasibətləri şəraitində rəqabət mühiti yaratmağı;
-turizm və otelçilik fəaliyyətində əsas istiqamətləri müəyyənləşdir-
məyi;
- oteli idarə etməyə hazır olmağı;
- ekoloji maarifləndirməni;
yiyələnməlidir:
- informasiya, onun qorunması, işlənib-hazırlanması vərdişlərinə;
-müasir texnologiyalardan istifadə etməklə yeni turizm məhsulu hazırlamaq vərdişlərinə;
- texniki informasiya sistemində istifadə vərdişlərinə;
- menecer vərdişlərinə;
- işgüzar mühiti formalaşdırmaq vərdişlərinə;
- ictimaiyyətlə əlaqədə olmaq vərdişlərinə;
-otelçilik fəaliyyətində personalı idarəetmə vərdişlərinə;
- peşəsi ilə əlaqəli iş prinsiplərinə;
- ətraf mühitdən səmərəli istifadə qaydalarına;
- tərəflər arasında sənədləşmə aparılması vərdişlərinə;
- turizm əlaqələri yaradılmasına;
- turizm məhsulunun satışı zamanı meydana çıxan problemləri həll et-mək vərdişinə;
-otelin bölmələrini və ya bütövlükdə oteli idarəetmə vərdişinə;
- ekoloji marifləndirmə qaydalarına;
- fövqəladə hallarda turistlərin təhlükəsizliyini təminetmə, ərazinin mühafizəsini, kollektiv və fərdi mühafizə vasitələrindən istifadə, ilkin tibbi yardım göstərmək vərdişinə.
|