______________________________________________________________________________________ Azərbaycan xalçaçılarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakışəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Abbasova Urquya Mustafa qızı
Məmmədova Nuraya İsax qızı
Rzayeva SürayəƏbdül qızı
Umudova Göyçək Tarverdi qızı
Yusifova Gülbacı Mikayıl qızı
Yusufova Sonya Xanuxovna
“Tərəqqi” medalı ilə
Abdurəhmanova Yemən Xalid qızı
Ağayeva RəsmiyyəƏfəddin qızı
Əhmədova Bəsti Həsən qızı
Əhmədova Gülzar Məhəmmədəli qızı
Hacıyeva Səlimə Qüdrət qızı
Xəlilova Kübra Ağali qızı
Qurbanova Gülnaz İsmayıl qızı
Mehdiyeva Şərqiyyə Həsən qızı
Məmmədova Siyasət Çingiz qızı
Mirbabayeva Xatirə Yavər qızı
Murğuzova Suraya Baba qızı
Salahova Rahilə Sadıx qızı
Salmanova Güllər Əli qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2017-ci il
______________________________________________________________________________________ Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
-
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakışəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
İbrahimov Mənsum İsrafil oğlu
Qazıyev Arif Lətif oğlu.
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2017-ci il.
______________________________________________________________________________________ Azərbaycan xalçaçılarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakışəxslərə“Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:
Ağaliyeva Neva Şahpələng qızı
Ağamirzəyeva Fatimə Ayıbxan qızı
Bəşirova Rəfiqə Xanağa qızı
Əliyeva Ceyran Müzəffər qızı
Kəngərli Gülüsüm Həsən qızı
Qayıtxanova Zalikə Nürəddin qızı
Qənbərova NargiləƏliağa qızı
Orucova Firəngiz Hüseyn qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2017-ci il.
N.Ə.Həsənzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Nəriman Əliməmməd oğlu Həsənzadəyə Heydər Əliyev Mükafatı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 may 2017-ci il.
______________________________________________________________________________________ Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2017-ci ildə Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyi tamam olur.
Böyük sənətkar Bülbül zəngin yaradıcılıq yolu keçmiş vəözünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuşdur. Onun Şərqlə Qərbin musiqi ənənələrinin qovuşuğunda novatorcasına yüksək məharətlə canlandırdığı rəngarəng obrazlar ifaçılıq sənətinin bənzərsiz nümunələridir. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərəçatdırılmasında Bülbülün müstəsna xidmətləri vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş xalq artisti Bülbülün 120 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
-
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Bülbülün 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2017-ci il.
______________________________________________________________________________________ A.S. Məlikovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Afaq Süleyman qızı Məlikova “Şərəf” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2017-ci il.
Dostları ilə paylaş: |