İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə9/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   5   6   7   8   9   10   11   12   ...   79
Əqli dəlil: Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) və İmamların (ələyhimussalam) əsas və ümdə hədəfi bütün bəşər əhlinə haqqı tanıtdırıb onları doğru yola hidayət etmək və əbədi səadət yolunu nişan verməkdir. Onlar Allahın yer üzündəki nümayəndə və canişinləridir. Əgər bu nümayəndə və canişinlər özləri Allahın buyurduğu qanunları düzgün yerinə yetirməyib, səhv, günah və xətaya yol versələr, məlumdur ki, insanların Onlara qarşı olan inam və etimadı olmayacaqdır. Nəticədə isə yer üzündə İlahi qanunlar nəinki icra olunmayacaq, üstəlik həmin Rəhbərlərin Allah tərəfindən təyin olunması hədəfsiz qalacaqdır. Deməli, Allah-təala hər bir şeydə Hikmət Sahibi olduğu üçün heç vaxt hədəfsiz bir iş görməz. Onun təyin etdiyi və yer üzünə göndərdiyi nümayəndələrin də eyb, nöqsan, günah və xətadan pak olması, yəni məsum olması gərəkdir.

Nəqli dəlil: Quran ayələrinə (Sad surəsi, 82-83-cü ayələr, Əzhab surəsi, 33-cü ayə və s.), həmçinin 14 Məsumun (ələyhimussalam) mübarək dillərindən buyurulmuş rəvayətlərə istinad etməklə İlahi Rəhbərlərin günah, xəta və səhvdən çox-çox uzaq olmaları açıq-aşkar aydın olur.

Pərvərdigara! On dörd Məsum (ələyhimussalam) xatirinə on dörd Nuru (ələyhimussalam) düzgün tanımaqda bizə yardım et və Onlara olan mərifətimizi artır! Amin, ya Rabbəl aləmin.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin