KİNOŞƏBƏKƏ (cinema net/ company) – Filmlərin əhaliyə göstərilməsini həyata keçirən mədəni müəssisələrin birliyi. K. kinoteatrlardan, kino üçün uyğunlaşdırılmış klublardan və s. ibarət olur.
KİNOŞÜNASLIQ (cinematography) – Kinonu bir incəsənət növü və kütləvi kommunikasiya vasitəsi kimi tədqiq edən, kino sənətinin spesifik xüsusiyyətləri, filmin ictimai mahiyyətinin qanunauyğunluqları haqqında elm. K.-ın vəzifələrinə kinonun təbiətinin tədqiqi və onun inkişafı, kino dramaturgiyasının və rejissurasının ümumi prinsiplərinin işlənib hazırlanması, aktyor yaradıcılığının öyrənilməsi, kinematoqrafik düşüncənin, kinoda musiqi və səsin yaradıcılıqla izahı və s. daxildir. K. kinonu onun sosial, iqtisadi, siyasi cəhətdən şərtlənməsində, mədəniyyət kontekstində, incəsənətin digər növləri ilə müqayisədə və s. nəzərdən keçirir. K.-ın xüsusi vəzifəsi kinonu daxilən səciyyələndirən faktların və qanunauyğunluqların öyrənilməsindən ibarətdir: 1) Bədii yaradıcılıq və estetik-informativ fəaliyyət sistemi kimi; 2) Bu fəaliyyətin məhsullarının – kinofilmlərin məcmusu kimi. K. 20-ci əsrin 20-ci illərində yaranmışdır. K.-a kino nəzəriyyəsi və tarixi, kino tənqidi və filmoqrafiya daxildir.
|
KİNOTEATR (cinema/movie house) – Filmlərin nümayiş etdirilməsi üçün xüsusi daxili quruluşu olan ictimai bina (yaxud bina hissəsi). K.-ın əsas hissəsi tamaşa zalıdır. Zalda güclü səsucaldan qurğular, kinoekran olur. İri K.-larda hava kondisionerlərindən (isidici və sərinləşdirici) istifadə olunur, divar və tavanlar akustik tələblərə cavab verir və zal dekorativ işıqlandırılır.
|
KİNOTEXNİKA (film tecnology) – Kinofilmlərin istehsalı və çoxaldılmasına xidmət edən texnika sahəsi. Yüksək inkişaf etmiş dəqiq elmlərin və texnikanın – optikanın, dəqiq cihazqayırmanın, elektrotexnikanın, işıq texnikasının, akustikanın və elektroakustikanın, gücləndirici texnikanın, elektrotexnikanın, kimyanın və s. əsasında yaranmışdır.
|
KİNO TEXNİKASI (cinema technics) – Kinofilmin istehsalı, çoxaldılması və nümayiş etdirilməsi proseslərinin təkmilləşməsi və genişlənməsi nəticəsində yaranan texnika sahəsi. K.t.-nda fotoqrafiya, optika, mexanika, işıq texnikası, elektronika və s. istifadə olunur. K.t-nın əsas texniki vasitələri kinoçəkmə aparatı, kinoproyektor və kinoplyonkadır.
|
KİNO-TELEVİZİYA TEXNİKASI (film-TV tecnology) – Kino və TV-nin texniki vasitələrindən istifadə etməklə obyektlərin çəkilişi və təsvirlərin ötürülməsi üsulları. K.-t.t. kino texnikasını, TV-ni, videoyazını özündə birləşdirir. K.-t.t. sahəsində əsas 5 istiqamət müəyyən edilmişdir: TV filmlərinin birbaşa çəkilişi; TV videonəzarəti və nəzarət videoyazısı ilə kinoçəkilişi; TV təsvirlərinin kineskop ekranından və bilavasitə elektron şüası ilə kinoyazılışı; kinofilmlərin montajı və çapı zamanı TV videonəzarəti; kinolentə çəkilmiş və ya çap olunmuş filmlərin TV traktı üzrə verilməsi (telekinoproyeksiya).
|
KİNOTƏDQİQAT (film research) – Müxtəlif üsullardan istifadə etməklə təsvirin sürətləndirilmiş, yavaşıdılmış kinoçəkilişi, yaxud ayrı-ayrı kadrlara görə fotoqeydiyyatı: mikroskop vasitəsilə infraqırmızı, ultrabənövşəyi, yaxud rentgen şüalarında çəkiliş, vizuallaşdırmanın kölgə üsulunun tətbiqi və s.
|
KİNOULDUZ (film star) – 20-ci əsrin əvvəllərində Amerika kinosunda yaranmış və Avropa kinematoqrafiyalarında, əsasən sırf kommersiya sahəsində yayılmış anlayış; kino aləmində şöhrət tapmış, tamaşaçıların sevimlisinə çevrilmiş aktyor, aktrisa. Konkret tarixi mənada, K. personaja maksimal dərəcədə yaxın olan ifaçı anlamını verir. K. müəyyən mənada tipajdır.
|
KİV-in MALİYYƏLƏŞDİRİLMƏSİ SİSTEMİ (media support system) – Müxtəlif ölkələrdə və müxtəlif şirkətlərdə tətbiq olunan maliyyələşdirmə sistemi. Məsələn, ABŞ-da KİV-in maliyyələşdirilməsinin 4 sistemi mövcuddur: auditoriya (məs., ödənişli KİV); reklam sifarişçiləri; reklam sifarişçiləri ilə auditoriyanın müştərək maliyyələşdirməsi; ictimai fondların və ayrı-ayrı şəxslərin maliyyələşdirməsi.
|
KLASSİK (classic) – 1) Elm, ədəbiyyat və incəsənət sahəsində ən məşhur və görkəmli şəxsiyyət; 2) İncəsənətdə klassizm tərəfdarı; 3) Klassik sənətkarın yaratdığı nümunəvi, birinci dərəcəli əsər.
|
KLAVİATURA (keyboard) – Özlüyündə çap makinası ilə kalkulyatorun hibridini təşkil edən qurğu. K. vasitəsilə informasiya kompüterə daxil edilir. Adətən, K.-da hərflər, rəqəmlər və funksional qiymətlər olur. Standart K., adətən, 101 düymədən ibarət olur.
|
KLAVİŞ (key) – Fortepiano, royal və s. musiqi alətlərində basılmaqla səs çıxaran lövhəcik; dil, açar.
|
KLUB (club) – 1) Eyni ictimai qrupa, peşəyə, sənətə və s. mənsub şəxslərin ünsiyyət, siyasət, elm, mədəniyyət, idman sahəsində maraqlarının birləşdiyi ictimai təşkilat.
|
KOD (code) – İstənilən növ informasiyanı müəyyən məsafəyə ötürmək, yaxud da mexanikləşdirilmiş və avtomatlaşdırılmış əməliyyatlardan keçirmək üçün ona əlverişli forma vermək məqsədi ilə yaradılan şərti işarələr (simvollar) və ya siqnallar sistemi. Hər bir informasiya ilə müəyyən fərqli siqnallar kombinasiyasının əlaqələnməsinə imkan yaradan qayda. K. siqnallarını yazmaq üçün çox vaxt rəqəm, yaxud işarələrdən istifadə olunur. Kod sistemi. 1948-ci ildə Amerika alimi K.Şennon «ehtimali informasiya nəzəriyyəsi»nin əsaslarını yaratdıqdan sonra bu nəzəriyyə bioloqların, dilçilərin, filosofların, riyaziyyatçıların, psixoloqların, genetiklərin də diqqətini cəlb etmişdir. İnformasiya verməyə xidmət göstərən hər hansı işarələr sisteminə K. deyilməyə başlanmışdır. Odur ki, həm insan dili, həm sənət əsəri və s. də səciyyəvi K.-lar hesab edilir və rəqəmlər vasitəsilə hesablana bilir. İnformasiya nəzəriyyəsində K. daha geniş məna daşıyır. K. informasiyanın hər hansı şəkildə qeydə alınma tərzidir.
|
KODEKS (code) – 1) Sistemə salınmış qanunlar sistemi; məcəllə; 2) Əxlaq, əqidə, görüş, adət normaları məcmusu; 3) Hər bir KİV sahəsində (xüsusən TV-lərdə) əməkdaşlar üçün mövcud olan etik normalar kodeksi.
|
KOD FORMATI (code format) – Adətən, analoq-rəqəm dəyişdiricilərinin (ARD) çıxış siqnalına veriliş və yazılış vaxtı əlavə siqnallar çatdırılır. Həmin əlavə siqnallar verilişin mötəbərliyinin artmasına və sinxronlaşmaya xidmət edir. Bu zaman eyni vaxtda cilalanan kod sözləri bloklarda birləşir. Müəyyən koda müvafiq olan kod sözlərinin və ayrı-ayrı rəmzlərin blokdakı ardıcıllığı K.f. adlanır.
|
KODLAŞDIRILMAQ (coding) – Məlumatın kod şəklinə salınması; informasiyanın nəqli, emalı və saxlanılması üçün tətbiq edilən sistem. Bax: K o d.
|
KODLAŞDIRMA (coding) – Hesabın kvantlaşdırılmış qiymətinin ona müvafiq olan kod sözünə çevrilməsi (rəmzlərin kod kombinasiyası). İmpuls – kod modulyasiyası (İKM) zamanı siqnalın hər bir hesabı ayrıca kodlaşdırılır və müvafiq olaraq hər bir kod sözü bir siqnal hesabı haqqında informasiya daşıyır. Bu zaman kod sözünün tələb olunan boşalma sayı yalnız giriş siqnalının dəyişmə diapazonu və seçilmiş kvantlaşdırma üsulu ilə müəyyənləşir.
|
KOLLAJ (collage) – Təsviri incəsənətdə texniki üsul; rənginə və fakturasına görə fərqli materialların nəyə isə yapışdırılması. TV və qəzetlərdə də bu üsulla hazırlanan əsərlərə K. deyilir.
|
KOLLEGİALLIQ (collectiveness/collectivity) – Bir işin həllində kollektiv qərarvermə, işi kollektiv surətdə görmə prinsipi.
|
KOLLEGİYA (board) – Hər hansı bir müəssisədə onun inzibati, icraiyyə və ya məsləhətçi orqanını təşkil edən, rəsmi olaraq müəyyənləşdirilmiş şəxslərdən ibarət məhdud saylı heyət.
|
KOLLEKTİV (collective/staff/community) – Müəyyən ümumi məqsədlə toplanan adamların cəmi; daimi birgə əmək fəaliyyəti üzrə birləşmiş adamlar. Məs., teleşirkətin kollektivi.
|
KOLLEKTİV ANTENA (community antenna) – Naqil translyasiyaları mərkəzlərində (wire rediffusion center) müxtəlif mənbələrdən siqnalların toplanıb konkret ünvanlara göndərilməsi üçün istifadə olunur. K.a. prinsipi radio və TV-də tətbiq olunur. Kabel TV-sinin inkişafı onun uğurla həyata keçirilməsinə nümunə ola bilər.
|
KOLLEKTİV BÖLÜŞDÜRÜCÜ ŞƏBƏKƏ (community distribution network) – Teleradio proqramlarının peykdən, efirdən və kabel şəbəkəsindən alınaraq abonentlər arasında bölüşdürülməsi sistemi.
|
KOLLİZİYA (collision) – Bədii əsərdə süjet xəttinin inkişafının, xarakter, qüvvə və hadisələr arasındakı mübarizənin əsasını təşkil edən bədii konflikt, münaqişə, toqquşma.
|
KOLORİT (color) – Kino və TV çəkilişlərində, təsviri sənətdə (əsasən boyakarlıqda) tablonun bütün rəng çalarlarının qarşılıqlı nisbət sistemi. K. rənglər arasında müəyyən vəhdət əmələ gətirir. K. incəsənət əsərlərinin formasının elə bir ünsürüdür ki, rənglərin harmonik birləşməsindən ibarət olub əsərin məzmununun, mənasının açılmasına, onun xarakterlərinin, obrazlarının mənasının aşkara çıxarılmasına, s ü j e t və k o m p o z i s i y a n ı n mükəmməlləşməsinə kömək edir.
|
KOMA (koma) – Optik sistemlərdə təsvirin təhrifi; aberrasiya – nöqtənin təsvirinin qeyri-simmetrik ləkə şəklində göründüyü hal; 3-cü dərəcəli elektron-optik sistemlərdə həndəsi aberrasiyanın bir növü. Solğun təsvirlər yaradır, çətinliklə düzəlir.
|
KOMBİNƏ EDİLMİŞ MANEƏLƏR (combined interferences/alias) – Kiçik modulyasiyalarda təsvir siqnalının qapanması nəticəsində kənar naxışlar şəklində yaranan xarakterik maneələr. TV siqnallarının videoyazısı və canlandırılması zamanı K.e.m. rəng gətirən siqnalların yüksəktezlikli hissəsində xüsusilə böyük olur.
|
KOMİK (comic) – 1) Komik (məzhəkəli) rolları ifa edən aktyor; 2) Öz sözləri və ya hərəkəti ilə gülməli vəziyyət yaradan adam.
|
KOMİKLİK (the comic) – Estetikanın kateqoriyası; mövcud sosial hadisənin, insanların fəaliyyət və davranışının, onların əxlaq və adətlərinin şeylərin obyektiv gedişinə və mütərəqqi ictimai qüvvələrin estetik idealına tarixən şərtlənmiş (tam və ya qismən) uyğunsuzluğunu istehza formasında ifadə edir. K. özünün mənşəyi, mahiyyəti və estetik funksiyasına görə sosial xarakter daşıyır.
|
KOMİTƏ (committee) – İctimai mahiyyət kəsb edən işlər üzrə hər hansı bir sahəyə (ictimai və ya dövlət işləri sahəsinə) rəhbərlik edən kollegial orqan.
|
KOMİZM (the comic) – Gülünc vəziyyət, məzəlilik, gülüş doğuran situasiya.
|
KOMMENTARİ (commentary) – 1) Xüsusi maraq cəlb edən hadisəyə, mətnə, mövzuya, şərhə izahedici qeyd, mühakimə, açıqlama; 2) Kommentarilər – bir şey haqqında izahedici və tənqidi qeydlər, mühakimələr.
|
KOMMENTATOR (commentator) – TV və radioda hər hansı konkret mövzu ilə (siyasət, iqtisadiyyat, idman və s.) bağlı müntəzəm şərhlər verən jurnalist, mütəxəssis; şərhçi.
|
KOMMERSİYA İNFORMASİYASI, «KOMMERŞL» (commercial) – Sifarişçinin pulunu ödədiyi və radioda, yaxud TV-də mahnı-musiqi elementləri mətnləri ilə hazırlanmış parlaq anonslar formasında translyasiya olunan reklam. Bunlar auditoriyanın diqqətini məhsullara, formalara, xidmət sahələrinə yönəldir.
|
KOMMERSİYA İNTERVALI – SLOT (commercial slot) – Radio və teleyayımlarda reklam əlavələri üçün ayrılan vaxt. "Slot" sözü texnikada çat, oyuq, kəsik, proqramlaşdırmada – vaxt intervalı, yaddaş, mövqe sahəsi deməkdir. Yayım proqramlarında bütün bu mümkün mənalar slot anlayışında reklam verilişləri üçün ehtiyatda saxlanan efir mövqeyi kimi birləşir. Buna görə də ən yeni ingiliscə-rusca lüğətlərdə "slot" sözü həm də verilişlərin proqramında müəyyən yer, yaxud vəziyyət kimi də tərcümə olunur.
|
KOMMERSİYA KİV-i (commercial mass-media) – Kommersiya məqsədi ilə fəaliyyət göstərən qəzet, jurnal, radio və TV. Kommersiya tipi bu informasiya vasitələrinin müstəqil olmasına, yalnız ictimai maraq bucağından çıxış etməsinə şərait yaradır. Dövlət və ictimai KİV-dən fərqli olaraq K. KİV-ində ictimai maraq doğuran məsələlərə, o cümlədən maarifçilik elementlərinə az yer verilir.
|
KOMMERSİYA TELEVİZİYASI (commercial television) – Reklam sifarişçilərinə TV vaxtının satılmasından əldə olunan gəlir hesabına maliyyələşir.
|
KOMMERSİYA TELEVİZİYASI (commercial television) – 1) Kommersiya prinsipi ilə işləyən TV; 2) TV ilə reklam verilişi.
|
KOMMUNAL ANTENA (community antenna) – Bir qrup abonentin radio, yaxud TV proqramlarını qəbul etməsinə xidmət edən antena. Çox vaxt kollektiv antenalı TV adlanan kabel TV-si (KTV) bu prinsiplə işləyir.
|
KOMMUNİKABELLİLİK (communicabelness) – Ünsiyyətcillik; əlaqə yaratmağı, ünsiyyət qurmağı bacarmaq.
|
KOMMUNİKASİYA (communication) – 1) Yolun adını bildirir (tutalım, hava yolu, torpaq yol, su kanalı və s.); 2) Rabitə forması (məs., teleqraf, radio, telefon, poçt); 3) İki və ya daha çox şəxs arasında olan və qarşılıqlı anlaşmaya əsaslanan ünsiyyət; Bir şəxsin əldə etdiyi məlumatı başqasına (başqalarına) çatdırması; 4) Kütləvi K. texniki vasitələrdən – kütləvi K. vasitələrindən (mətbuatdan, radiodan, TV-dən, kinematoqrafdan) yararlanmaqla məlumatın çoxsaylı, həm də bir-birindən aralı yerləşmiş auditoriyaya çatdırılma prosesi.
|
KOMMUNİKASİYA PROSESİ (communication process) – Kommunikativistikada bu termin informasiyanın kommunikatordan resipiyentə ötürülməsini nəzərdə tuta bilər. Üç forması fərqləndirilir – intrafərdi, interfərdi və kütləvi kommunikasiya. Birinciyə insanın öz-özü ilə danışması (ünsiyyəti), ikinciyə şəxslərarası ünsiyyət, üçüncüyə KİV kanalları ilə vasitəli ünsiyyət aiddir. Fərdlərarası ünsiyyət dillərinə təkcə verbal vasitələr deyil, həm də jestlər və müxtəlif görüntülər (alov, tüstü, su və s.) də aiddir. Kütləvi kommunikasiyanın əsas müasir vasitələri mətbuat və elektron media sayılır.
|
KOMMUNİKATİV (sommunicative) – Kütləvi kommunikasiya vasitələrinə, kommunikasiya sisteminə aid olan cəhətlər, proseslər.
|
KOMMUNİKATİVİSTİKA (communicology, communication science) – Müxtəlif dillərin və diskursların (verbal və qeyri-verbal) köməyi ilə sivilizasiyanın müxtəlif mərhələlərində həyata keçirilən kütləvi informasiya əlaqələrinin vasitə və humanitar funksiyalar sistemini öyrənən elm. Bu elm sahəsi gənc olduğuna görə hələlik sabit adı yoxdur və müxtəlif cür adlanır – ya kommunikasiyalar haqqında elm, ya da KİV-in nəzəri tədqiqatlar sahəsi. K.-nın nəzəri əsasları sintetikdir, belə ki, onun yaradılmasında jurnalistlərdən başqa sosioloqlar, politoloqlar, iqtisadiyyatçılar, kulturoloqlar, etnoqraflar, psixoloqlar, filoloqlar və digər peşə sahibləri də iştirak edirlər.
|
KOMMUNİKATOR (communicator) – 1) KİV sistemində mətbu mətnlər, filmlər, radio və TV verilişləri şəklində məlumatlar hazırlayan şəxs, yaxud bir qrup şəxs. TV-də – studiyanın yaradıcı personalı; 2) KİV sisteminə daxil olan vasitələrin (mətbuat, radio, TV, kinematoqraf, video və səs yazılışı vasitələri) məcmusu.
|
KOMMUTASİYA (switching) – Avtomatlaşdırılmış informasiya şəbəkələrinin idarə olunması prosesində rabitə qovşaqları və xətlərinin qurulması, qoşulması və uzlaşdırılması.
|
KOMMUTATİV (commutative) – Yerini dəyişə bilən, dəyişkən.
|
KOMMUTATOR (commutator) – 1) Kommutasiya ilə bağlı prosesləri gerçəkləşdirən mütəxəssis; 2) Elektrik dövrələrini qoşmaq, ayırmaq və dəyişməklə tələb olunan çıxış dövrəsini seçməyə və giriş dövrəsini onunla birləşdirməyə imkan verən quruluş. K. rabitə və telemexanikada informasiya ötürmək üçün daha mürəkkəb quruluşların tərkibinə daxildir; onun vasitəsilə rəqəmlə hesablayan maşınlarda proqramlama və idarəetmə məsələləri, elektrik maşınlarında dövrələrin qoşulması və s. məsələlər həll edilir.
|
KOMPAKT (compact) – 1) Sıx, yığcam, sıxılmış, məsafəsiz, aralıqsız yerləşdirilmiş, az yer tutan.
|
KOMPAKT VİDEODİSK (compact video disk) – Kompakt lazer diski. K.v. videokasetlərlə müqayisədə daha yaxşı və uzunmüddətli səslənməni, lazımi fraqmenti, eləcə də yüksək keyfiyyətli stop-kadrı daha asanlıqla və daha tez əldə etməyə imkan verir. Amma istifadəçi K.v.-ə heç nə yaza bilməz və ondan köçürə bilməz.
|
KOMPANDER SİSTEM (compander system) – Kanalın girişində qoşulan kompressordan və çıxışında qoşulan ekspanserdən ibarət sistem. Kanaldakı siqnallar iki dəfə cilalanır. Bu qurğuların məcmusu K.s.-i adlanır.
|
KOMPANİYA (company) – TV və radio yayımını həyata keçirən; yayımın təşkilatçısı, qurum.
|
KOMPENDİUM (compendium/digest) – Müxtəlif təyinatlı süzgəcləri (işıq və s.), kaşeləri (maskaları) və buna bənzər cihazları saxlaya biləcək şəkildə uyğunlaşdırılmış böyük günəş blendası. Kinoçəkiliş aparatlarında tətbiq edilir. K.-u mövcud çertyoj əsasında hər kəs düzəldə bilər. Belə bir K. 2 mm qalınlığında möhkəm rezinlə, yaxud hər hansı bir materialla yapışdırılır, amma rezin K.-u daşınmaq üçün daha da asan edir. Belə K. asan geydirilir və obyektivdə möhkəm dayanır.
|
KOMPENSASİYA (compensasion) – Hansısa itkinin, zərərin əvəzini vermə, əvəzini ödəmə.
|
KOMPETENTLİ (competent) – İnformasiya mənbəyi kimi istinad olunan şəxsin mövcud sahədə səlahiyyətli olması; hər hansı bir sahədən xəbəri olan, hər hansı bir sahəni bilən şəxs.
|
KOMPİLYASİYA TELEPROQRAMLARI (compitation television program) – Ümumi adla birləşdirilən müxtəlif film və şoulardan, konsert və tamaşalardan seçilmiş fraqmentlərdən tərtib olunur. Ahəngdar iş və peşəkar hazırlıq nəticəsində iştirakçılar böyük auditoriya cəlb edən verilişlərin hazırlanması üçün TV vasitələrinin spesifikasından, onların dinamikasından, ifadəliliyindən, həyatiliyindən və rəngarəngliyindən istifadə edə biləcək təşəbbüskar işçi qrupları yaradırlar.
|
KOMPLEKS (complex) – 1) Eyni məzmun, vəhdət təşkil edən şeylərin və ya hadisələrin məcmusu; 2) Eyni məqsəd üçün tikilib quraşdırılmış binaların və s. məcmusu. Məs., universitet kompleksi; 3) Ümumi fakturada çatışmayan cəhət. Məs., kompleksli olmaq.
|
KOMPONENT (component) – Nəyinsə (ekran əsərinin, kadrın, təsvirin) tərkib hissəsi, ünsürü. Dilçilikdə – mürəkkəb sintaktik vahidin müəyyən dil qanunauyğunluğu və qaydaları əsasında ayrılan tərkib hissələri.
|
KOMPONOVKA (compounding) – Ayrı-ayrı hissələrdən tamı düzəltmək; tərtib etmək.
|
KOMPOZİSİYA (composition/composure) – Tərtib etmə, birləşdirmə, əlaqə – əsərin tərtibatı, birləşdirilməsi, əlaqələndirilməsi, qanunauyğun qurulması, vahid tamı təşkil edən ayrı-ayrı hissələrin (komponentlərin) nisbəti. Ekran (jurnalistika) əsərində gerçəkliyin bədii-publisistik inikasının xüsusiyyətindən (qırıq-qırıq və mozaikliyindən) asılı olaraq zamanca və məkana görə ayrı-ayrı düşmüş müxtəlif hadisələrin əlaqələndirilməsi; bu və ya digər təzahürün mahiyyətini açan məna blokları; müxtəlif tipli faktlar və müşahidələr; adamların rəy və düşüncələri. Amma K. sadəcə "yapışdırma" deyil, o, müxtəlif məzmun komponentlərinin elə şəkildə birləşdirilməsini nəzərdə tutur ki, bütöv əsərin yaradılması mümkün olsun. Çəkilişə, montaja, yaxud mətnin (təsvirin) şərhinə başlamazdan əvvəl müəllif (rejissor) gerçəklik üçün xarakterik olan əlaqə tiplərinə kömək edə biləcək optimal kompozisiya forması seçməli və bu prosesdə zaman və səbəb-nəticə cəhətlərinə üstünlük verməlidir. İstənilən forma əsərin əsas ideyasının dinamik inkişafının və meydana çıxmasının inikasıdır və əsər də elə buna görə yazılır. Bu səbəbdən də onun bütün hissələri, kəmiyyət və keyfiyyət nisbəti müəyyən şəkildə müəllifin əsas fikrinin məntiqi surətdə açılmasına xidmət edir. K., ilk növdəbə, hadisələrin cərəyan etdiyi məkanda müəllifin düşündüyü ideyanın açılmasında, situasiya və fərdlərdə, qarşılıqlı münasibətlərdə və konkret hərəkətlərdə özünü göstərir. K. materialın təşkili prinsipidir. Sənədli əsərin K.-sı, adətən, onun mövzusu və ideyası ilə şərtlənir və müəllifin mövqeyini ifadə edən, ssenarinin ən dərin əlaqələrini açan faktların, hadisələrin birləşməsindən ibarətdir. Ekran əsərlərinin qavranılmasında K.-nın rolu böyükdür.
|
|