Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə110/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   105   106   107   108   109   110   111   112   113
12 iyun 2014

Oğlum evlənmək istəyir
Bu gün çayxanada, 4-5 nəfərlə bir masada çay içirdik. Bir xeyli keçmiş, əyləşən yoldaşla­rın və mənim tanıdığım bir kişi gəldi.

Bir az ordan-burdan söhbət etdik, keç­miş­dən-gəl­­mişdən gaplaşdıq. Bu təzə gələn qo­ca bizə bir şad xəbər demək istədi.

“Buyurun dedik” hamımız ona.

-Baxın, bəlkə, mənə kömək edəsiniz, oğ­lumu evləndirmək istəyirəm.

-Bu, gözəl, şad əməldir-, dedik,- mübarək ol­sun.

Birdən bir dayı soruşdu:

-Hansı oğlunu?

Baba dedi:

-Balacanı.

Birisi soruşdu:

-Bəs onun neçə yaşı var?

Baba bedi:

-47 yaşı var, hələ evlənməyib, oğlan uşa­ğıdır.

Birdən birisi dedi:

-Yalançının atasına lənət.

Bu mübahisənin davamı öz yerində,

Sizcə, 47 yaşında “oğlan xeylağı” nə de­mək­dir ?

Bakirə qız xeylağını başa düşürük.



Əhvallaşma
Bu gün çoxları ilə görüşsəm də, 5-6 nəfər­lə bir masada əyləşdik. Daha hörmətim olan birisindən soruşdum:

-Bəs sənin kefin-halın?

Dedi:

-Çox sağ olun, şükr Allaha. Lap əla­dır.



Soruşdum:

-İşin-gücün, necə dolanırsan?

Dedi:

-Şair, güya bilməyirsən?



Dedim:

-Vallah, bilsəm, soruşmazdım.

Dedi:

-Şair, lap zibil kimi.



Dedim:

-Ayə, dedin ki, bəs hər şey əla.

Dedi:

-Dedim, vallah, bəs nə deyim?



Dedim:

-Əla nədir, zibil nədir,

Hər ikisi bir rəfdədir.

vaxt onu seçərsiniz,

İnsan olmaq sizinlədir.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin