Nv-nin diaqnostikası fənnindən mühazirələr. Bölmə Diaqnostika, predmeti və sistemi. Diaqnostikanın əsas anlayışları



Yüklə 0,81 Mb.
səhifə34/41
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108089
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   41
Kardan ötürməsinin diaqnostikası. Kardan ötürməsində baş verən imtina və nasazlıqların xarici əlamətləri aşağıdakılardır: avtomobilin sərt maneələrə rast gəlməsi, valın şlislərinin, xaçvari barmağın və yastıqların yeyilməsi, kardan valının düzgün yığılmaması nəticəsində onun vurması, oynaqlarda araboşluğun yaranması və səslərin əmələ gəlməsi.

Bu nasazlıqlar transmissiya aqreqatlarında yeyilmələri artırır, kuzada titrəmələrin yaranmasına səbəb olur və s.

Kardan valını əsasən onun vurmasına görə diaqnostika edirlər. Valın vurmasını tərpənməz bərkidilmiş mexaniki indikator vasitəsilə təyin edirlər. Kardan valının vurması 2mm –dən çox olmamalıdır.Kardan valının birləşmələrində yeyilmənin olmasını detalların bir-birilərinə nəzərən nisbi yerdəyişməsinə görə təyin edirlər.

Kardan valı eyni zamanda lüftə görədə diaqnostika edilir. Kardan valının lüftü dinamometr – lüftomer cihazı ilə ölçülür. Kardan valının lüftü 6°-dən çox olmamalıdır.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin