Salam olsun İbrahimə


Müqəddəs məqbərələrin müdafiəçiləri



Yüklə 0,98 Mb.
səhifə67/68
tarix10.01.2022
ölçüsü0,98 Mb.
#108171
növüYazı
1   ...   60   61   62   63   64   65   66   67   68

Müqəddəs məqbərələrin müdafiəçiləri


İbrahim sağ olsaydı, şübhəsiz, dini-mədəni fəaliyyətlərdən əlavə Orta Şərqin bugünkü ağır durumunda yaxından iştirak edər və müqəddəs məqbərələrin müdafiəçilərindən olardı.

Ötən il novruz bayramında Kərbəla ziyarətinə yollandım. Oraya çatanda İbrahimin tərəfindən ziyarət edib dua oxudum. Həmin gecə yuxuda gördüm ki, İmam Hüseynlə (ə) həzrət Əbəlfəzlin məqbərələrinin arasında çoxlu adam oturub. Mən də onlara qoşulub bir tərəfdə oturdum və birdən İbrahimin nurlu çöhrəsini gördüm. Qarşımda oturmuşdu. Ona yaxınlaşmaq istədim, amma utandım. Çay paylayan kişidən soruşdum: "O, İbrahim Hadidir?"

– Bəli.

– Bəs İraqda nə edir?

Yavaşca dedi: "O, Hacı Qasim Süleymaninin müşaviridir".

Həmin günlərdə iraqlı döyüşçülər İŞİD-in möhkəm qalası sayılan Tikriti çox asanlıqla azad etdilər. Özü də həmin əməliyyat seyidlər anası həzrət Zəhraya (ə) təvəssüllə baş tutdu.

Məqbərə şəhidləri arasında çoxlarının İbrahim Hadiyə sevgi və hörməti vardı.

Şəhid Mehdi Əzizinin cibində həmişə İbrahimin fotosu olardı. O, kitabı oxumuşdu və İbrahimin şəklini hər görəndə salam verirdi.

Məqbərə müdafiəçilərindən olan Şəhid Seyid Mustafa Sədrzadə mücahid ləqəbi kimi özünə “Seyid İbrahim” adını götürmüşdü. O, tez-tez İbrahimin kitabını alıb içinə yazırdı: "Oxuyandan sonra başqasına vermək şərtilə vəqf olunur".

Şəhid Seyid Milad Mustəfəvi nəyin bahasına olursa-olsun, hər il novruz günlərində cəbhə bölgələrinin ziyarətinə gedib Kumeyl kanalına baş çəkir və İbrahimlə dərdləşirdi.

Məqbərə şəhidlərindən Abbas Daneşgər İbrahimin döyüş yoldaşı olmuş universitet müəllimini hər dəfə görəndə ondan İbrahim haqda bir neçə cümlə danışmasını istəyirdi.

Şəhid Hadi Zülfüqari haqda isə geniş şərhə ehtiyac yoxdur. O belə bir mücahid ləqəbi götürmüşdü: İbrahim Hadi Zülfüqari.

Şəhid Əli Ümərayi kitabların çoxunu oxumuş və İbrahim Hadinin xatirə məzarı yanında yadigar şəkil çəkdirmişdi.

Şəhid Hacı Həmid Əsədullahi də İbrahimin aşiqlərindən idi və onun bəzi ibrətli əhvalatlarını xüsusi diqqətdə saxlayırdı.

Şəhid Məhəmməd Kamran İbrahimin qonşularından idi, onu özünə örnək seçmişdi.

Məqbərə müdafiəçilərindən başqa birisi, Şəhid Mehdi Novruzi İbrahim Hadini çox sevirdi. Ondan İbrahim haqda dəfələrlə xatirə eşitmişəm.

Bir dəfə Fatimiyyun diviziyasının başçılarından biri bizə müraciət edib dedi: "Döyüşçülərin bekar vaxtları üçün kitaba ehtiyacımız var". Onlara "Salam olsun İbrahimə" kitabı da daxil olmaqla çoxlu kitab hədiyyə olundu. Bundan sonra məqbərə müdafiəçilərindən İbrahimlə bağlı çoxlu əhvalatlar eşitdik.

Gənclər günü keçirilən mərasimdə Fatimiyyun diviziyasının rəhbərlərindən olan Mürtəza Ətayi də iştirak edirdi. O, həzrət Zeynəb məqbərəsini müdafiə edərkən əlil olmuşdu və həmin mərasimdə Ustad Pənahian tərəfindən təltif olundu. Mürtəza da İbrahimin aşiqlərindən idi və bir müddətdən sonra şəhidlər karvanına qoşuldu.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin