VƏD-da həkimin taktikası hestasiya müddətindən, klinikadan, ümumi vəziyyətdən su kisəsinin tamlığından asılıdır və aşağıdakı istiqamətlər üzrə müəyyən edilməlidir:
I. Diaqnostik meyarlar (VƏD başlanmasının proqnozlaşdırılması)
II. Dölün RDS-profilaktikası (dölün həyat qabiliyyətinin
yüksəldilməsi)
III. Tokoliz (hamiləliyin uzadılması)
IV. Antibiotiklərin istifadəsi (infeksion ağırlaşmaların profilaktikası və müalicəsi, o cümlədən döl qişalarının vaxtından əvvəl cırılması zamanı)
Diaqnostik meyarlar
Aktiv VƏD diaqnostikası üçün 2 göstərici vacibdir: müntəzəm
sancılar (20 dəq müşahidə zamanı 4 dəfədən çox) və dinamikada
uşaqlıq boynunun qısalması və hamarlanması. Uşaqlıq boynunun
açılış dərəcəsi aparılan tokolizin səmərəliyini əks etdirir. Dəliyin
3 sm çox açılışında (I dövrün aktiv fazasının əlaməti) tokolizin təsiri