Fəal dərsin quruluşu ilə ənənəvi dərsin quruluşu arasındakı fərqli cəhətlər Fəal dərsin quruluşu ilə ənənəvi dərsin quruluşu arasındakı fərqli cəhətlər:
“Ənənəvi təlim”
“Fəal –interaktiv təlim”
Hafizəyə (yaddaşa) əsaslanma
Məntiqi, tənqidi və yaradıcı təffəkürə əsaslanma.
Tədrisdə avtoritar üslub (müəllim- “reproduktor”)
Demokratik tədris üslubu (müəllim-“bələdçi”)
Tədrisin forma və metodlarının sərtliyi, müəllim dərslik-biliyin əsas mənbəyi kimi
Tədrisin forma və metodlarının çevikliyi, bilik mənbələrinin müxtəlifliyi.
Şagirdlərin passivliyi, bilikləri hazır formada məhimsəmələri. Biliklərin təklif olunan modeli üzrə tətbiqi
Şagirdlərin fəallığı, müstəqil olaraq bilikləri əldə edib, mənimsənilməsi.
Biliklərin yeni şəraitdə yaradıcı tətbiqi
Şagirdlərin emosianal – şəxsi keyfiyyətlərinə istinad olunmaması
Şagirdin emosianal– şəxsi keyfiyyətlərindən fəal istifadə edilməsi
Öz imkanlarını gerçəkləşdirməklə, azadlıq və təşəbbüskarlıqda məhdudiyyətlər
Öz qabliyyətlərini gerçəkləşdirməklə, azadlıq və təşəbbüskarlıqda geniş imkanlar
Fəal təlimin aşağıdakı xüsusiyyətləri var
İştirakçıların bütün dərs zamanı fəallığı
Dərsin əvvəlində problemin qoyulması və dərsin gedişini problemin həllinə yönəldilməsi
Yeni biliklərin müstəqil kəşf edilməsi
Təlimin tədqiqat şəklində keçirilməsi
Təlimin interaktiv şəklində keçirilməsi: şagirdlərin birgə fəaliyyəti, müəllim və şagirdlərin qarşılıqlı əməkdaşlığı
Qrup işindən geniş istifadə olunması
Biliklərin yaradıcı tətbiqi
Müxtəlif tipli tapşırıqlardan, bilik mənbələrindən və iş vərəqlərindən istifadə edilməsi və s.
Faəl (interaktiv) və ənənəvi təlimin arsında həm oxşar həm də fərqli cəhətlər vardır. Eyni zamanda, elə xüsusiyyətlər vardır ki, onlar yalnız fəal (interaktiv) təlimə məxsusdur. Onlar aşağıdakılardır:
Təlimin subyekt – subyekt xarakter daşıması
İştirakçıların bütün dərs zamanı fəallığı
Dərsin əvvəlində problem situasiyanın yaradılması və onun gedişinin problemin həllinə yönəldilməsi
Dərsin tədqiqat şəklində keçirilməsi, təlimin tədqiqat üsulu vasitəsi ilə keçirilməsi
Şagirdlərin düşündürücü və istiqamətləndirici suallar vasitəsi ilə yeni biliklərin müstəqil kəşf edilməsinə yönəldilməsi
Dərsin dialoq şəklində aparılması
Müəllim və şagirdlər arasında qarşılıqlı əməkdaşlığın, əks əlaqənin yaradılması
Qrup işindən geniş istifadə olunması, şagirdlərin birgə fəaliyyəti
Təlim vasitələrinin və tapşırıqların müxtəlifliyi və yeniliyi
İş vərəqlərinin istifadəsi
Biliklərin yaradıcı tətbiqi
Fəal dərsin ümumi quruluşunu sistemli şəkildə qavramaq və dərsi apararkən onun məqsədlərimizə uyğun olub-olmadığını müəyyən etmək üçün müəyyən meyarlar lazımdır.”Hər mərhələdə əsas hadisələr hansılardır?” və “Hər mərhələnin nəticəsində nə alınmalıdır?” sualları məhz bu meyarlar kimi çıxış edə bilər.