Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu


Mühazirə 14 İxtisas: RİM



Yüklə 192,92 Kb.
səhifə92/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   ...   108
Mühazirə 14

İxtisas: RİM

Kurs:IV

Fənn:Ümumi təhsilin kurikulumu

Mövzu: Şagirdlərin şəxsi keyfiyyətlərinin, dəyərlərinin qiymətləndiirlməsi yolları. Qiymətləndirmə standartları və onun səviyyələri. Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmə qaydaları

Ədəbiyyat siyahısı: Zülfiyə Veysova, Fəal interaktiv təlim, Bakı 2008. UNİCEF. 1. A. Süleymanova. Təhsilin əsasları. Bakı 2014 Kurikulumların hazırlanması və tətbiqi məsələləri, Bakı 2008. Kurikulum jurnalı Bakı 2008.

Müəllim: Baxşəliyeva Tamara e-mail: tamarabaxsheliyeva@gmail.com

Plan:

  1. Şagirdlərin şəxsi keyfiyyətlərinin, dəyərlərinin qiymətləndiirlməsi yolları.

  2. Qiymətləndirmə standartları və onun səviyyələri.

  3. Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmə qaydaları.

2009 - cu ildə qəbul olunmuş Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası (bundan sonra - Konsepsiya) ölkədə yaxın illər ərzində təhsildə qiymətləndirmə məsələləri ilə bağlı tədbirləri idarə etmək üçün nəzərdə tutulmuşdur. Sənədin əsas məzmunu qiymətləndirmə fəaliyyətinin qanuniliyini təmin edən prinsiplərin müəyyənləşdirilməsinə, bu fəaliyyətin aparıcı istiqamətlərinin təyin edilməsinə, qiymətləndirmə tədbirlərini həyata keçirən qurumların sosial statusunun gücləndirilməsinə, qiymətləndirmədən təlim və tədrisin ehtiyaclarını ödəmək üçün istifadə edilməsinə yönəldilmişdir. Bu sənəd çərçivə sənədi kimi, Azərbaycan Respublikasının Təhsil Qanununun, Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramının tələblərinə və dövlətin təhsil siyasətinə, qiymətləndirmənin müasir dünya standartlarına uyğun hazırlanmışdır və yeni qiymətləndirmə sisteminin prinsipləri üçün baza rolunu oynayır. Sənəddə məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmənin əsas prinsipləri və fəaliyyət sahələri şərh edilir. Konsepsiyada qiymətləndirmə növlərinin hər birinin etibarlılığını və effektivliyini təmin etmək üçün dəqiq qaydalar və əsasnamələr formasında əlavə sənədlərin hazırlanması da nəzərdə tutulur.

Konsepsiya Azərbaycanda ümumi təhsilin müasirləşdirilməsi və yeniləşdirilməsi məqsədi ilə hazırlanmış milli kurrikulum çərçivə sənədi ilə bilavasitə əlaqəlidir və onun tərkib hissəsini təşkil edir. Qiymətləndirmə mexanizmlərinin və vasitələrinin yaradılması təhsilin məzmun standartları və fənn kurrikulumları hazırlandıqdan sonra növbəti mərhələlər hesab olunur.

yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət etməsini.





Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin