Mühazirə 1 Nanotexnologiya


Səmt sularının ətraf mühitə təsiri



Yüklə 1,74 Mb.
səhifə15/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   51
C fakepathMuhazire toplusu

Səmt sularının ətraf mühitə təsiri - Neft və qazın çıxarılması zamanı zəhərli tullantılar sayılan səmt suları ətraf mühitin əsaslı çirkləndiriciləri hesab olunur. Yer səthinə atılan və ya qəza səbəbindən səmt sularının dağılması ərazinin mikrorelyefinin dəyişməsinə, quyuətrafı zonanın torpaqlarının təkrar duzlaşmasına səbəb olur. Çünki, bu sular mürəkkəb quruluşlu, yüksək toksiki tərkibə və geokimyəvi aktivliyə malikdir. Səmt suları tərkibindəki karbohidrogenlər, müxtəlif duzlar torpaq məsamələrindən sızaraq qrunt sularına daxil olur, onların kimyəvi tərkibinə və fiziki xüsusiyyətlərinə kəskin təsir edərək, nəticədə qrunt sularının duz tərkibi, qələviliyi, hava-su mübadiləsi, karbon-azot balansı pozulmasına səbəb olur.
Səmt sularının tərkibinə müəyyən miqdar neft, təbii alçaq molekullu karbohidrogenlər, qeyri-üzvi duzlar və asılı hissəciklər daxildir. Müəyyən şəraitdə lay suları məhsuldar layın kapillyar kanallarına daxil olur və tərkibindəki duzun çökməsi nəticəsində yaranmış duz çöküntüləri suyun laya daxil olmasına mane olur. Bu da kəmər və avadanlığın korroziyasına səbəb olur.
Meksika körfəzində aparılan araşdırmalar nəticəsində sübut olunmuşdur ki, səmt sularının tərkibi çoxlu toksiki komponentlərdən ibarətdir. Onun tərkibində neftdən savayı, zəhərli poliaromatik karbohidrogenlər də var. Bu tərkib Şimal dənizində də müşahidə edilmişdir.
Məlumdur ki, neft-qaz yataqları ilə əlaqəli olan səmt suları yüksək radioaktivliyə malikdir. Hətta, V.İ. Vernadski sənaye əhəmiyyətli Ra alınmasında bu sulardan istifadə edilməsi təklifini irəli sürmüşdür.
Son zamanların araşdırmalarına görə bu suların tərkibində təbii radionuklidlərin radium-226, radium-228 olması aşkar edilmişdir.
Əlbəttə, səmt sularının öyrənilməsi onların tərkibində sənaye əhəmiyyətli mikroelementlərin konsentrasiyası (yod, brom) olduğunu göstərir.
Suların utilizasiya metodları - Yüksək minerallaşmış lay sularının təmizlənməsi öz növbəsində çox mürəkkəb istehsal prosesi olmaqla ciddi problemlərdəndir. Hal-hazırki dövrdə lay sularının istehsal prosesinə - digər istehsal sahələrində olduğu kimi xammal (müxtəlif mürəkkəb komponentlərdən ibarət olan lay suları) və hazır məhsuldan (təmizlənmiş sular) ibarətdir. Neft-qaz sənayesində lay sularının utilizasiyası indiyə kimi böyük problem olaraq qalmaqdadır. Neft-qaz sənayesinin bütün istehsalat sahələrində tullantı sularının və yataqların işlənilməsi zamanı neftlə bərabər hasil edilən lay sularının utilizasiyası vacib işlərdəndir. Səbəb isə lay sularının aqressiv komponentləri hasilat avadanlıqlarını intensiv şəkildə korroziyaya uğradır və nəticədə işlənilmə prosesində bu sular sızaraq qrunt sularını, torpaq örtüyünü çirkləndirir. Lay sularının təmizlənməsi və təkrar istifadə edilməsi geniş yayılmış utilizasiya metodur. Bu suların təkrar istifadəsi əsasən yataqların işlənilmə dövründə lay təzyiqinin saxlanılması və quyuların qazılmasında istifadə edilən qazıma məhlulunun hazırlanmasında istifadə edilir.
Bildiyimiz kimi, neft və qaz sənaye müəssisələrinin tullantı sularının tərkibi əsasən həll olmayan mineral və üzvi qarışıqlardan ibarətdir ki, bu qarışıqların qatılığı isə geniş diapazonda dəyişir. Sənaye sahələrindən alınan istehsalat suları mexaniki, fiziki-kimyəvi, kimyəvi və bioloji üsullar tətbiq etməklə təmizlənir. Müvafiq üsulun seçilməsi isə ilk növbədə çirkləndiricilərin tərkibindən asılıdır. Çirkləndiricilərin miqdarı, tərkibi sulardan və istehsal texnologiyasından asılıdır. Buna görə də, çirklənmə dərəcəsindən və tələb edilən keyfiyyətdən asılı olaraq sənaye tullantı suları təmizlənməsində aşağıdakı üsullardan istifadə edilir.

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin