Mühazirə 1 Nanotexnologiya


Süni təsir üsulları ilə işlənilmə - Suvurma üsulu



Yüklə 1,74 Mb.
səhifə45/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   51
C fakepathMuhazire toplusu

Süni təsir üsulları ilə işlənilmə - Suvurma üsulu

  • Layların neftverimini artıran (LNA) üsullar

    Ayrılmış yatağın (fərdi istismar obyektinin) işlənilmə sistemləri
    Qeyd edildiyi kimi, işlənilmə sistemi yatağın neft, qaz, kondensat və digər faydalı komponentlərin hasilatı üçün tətbiq olunan kompleks texniki-texnoloji proseslərin dinamikasını nəzərdə tutur.
    Hər hansı bir mədənin kəsilişində ayrılmış istismar obyektində işlənilmə iki variantda aparıla bilər:
    - yalnız təbii enerji ilə işlənilmə,
    - süni təsir üsulları ilə işlənilmə.
    Neft yataqlarının işlənməsi üsulları üç qrupa bölünür:
    1) ilkin işlənmə üsulları. Bu üsullar tükənməmiş yataqlarda tətbiq olunur. İlkin işlənmə üsulları lay təzyiqinin saxlanılması məqsədilə və neftvermə əmsalının artırılması məqsədilə həyata keçirilir və adətən işlənmənin erkən çağında yerinə yetirilir. İlkin işlənmə üsulları birinci növbəli işlənmə üsulları kimi təsnif etmək lazımdır (rusca - perviçnıy).
    2) Təkrar işlənmə üsulları (ikinci növbəli üsullar) (rusca -vtoriçnıe metodı).
    Bu üsullar enerjisi tükənmiş neft yataqlarında aparılır. Təkrar işlənmə üsullarının vəzifəsi neftvermə əmsalının artırılmasıdır.
    3) Üçüncü növbəli işlənmə üsulları (rusca-tretiçnıe metodı razrabotki). Bu üsullar təkrar sulaşmadan sonra aparılan üsullardır.

    Yalnız təbii enerji ilə işlənilmə
    Müasir dövrdə neft yataqlarının təbii enerjilərinə istinadən işlənilməsi əsasən iki halda aparılır:

    • lay enerjisinin aktivliyi şəraitində;

    • laylara su vurulmasının qeyri-mümkünlüyü şəraitində (kəskin qeyri-bircinslilik, layların pazlaşma formaları və s. səbəblərdən).

    Yataqların işlənilməsinin hər iki halının geoloji-mədən xüsusiyyətlərinə baxaq.
    Lay enerjisinin aktivliyi şəraiti. Lay enerjisi subasqı və fəal elastik-subasqı rejimlərinin mövcudluğu şəraitində nefti istismar quyularına doğru sıxışdıra bilər. Bu tip rejimlərdə lay təzyiqinin düşküsü minimum olduğundan onlarda təbii ki, suvurma vasitəsilə əlavə enerji tətbiqi tələb olunmur.
    Belə yataqların işlənilməsi üçün onun sahəsi su-neft konturuna paralel halqavarı sıralarla quyuların qazılmasını nəzərdə tutur. Sıralar arasında məsafə, həmin sıralarda yerləşən quyular arasındakı məsafədən çox götürülür ki, bu da susuz maye hasilatının müddətini uzadır (şək. 1).

    Şəkil 1. Aktiv enerji mənbəyi olan yataqlarda işlənilmə sxemi
    Bundan əlavə, quyularda süzgəc açarkən kənar suyun layın aşağı hissələrində daha aktiv hərəkət edəcəyi nəzərə alınmalıdır. Bu məqsədlə kontura yaxın sıralardakı quyularda neftli qalınlığın yalnız üst hissəsi, daxili sıralarda isə tavandan dabana qədər perforasiya edilməlidir.
    Bəzi hallarda layın daban hissələrində subasqı və elastik-subasqı rejimi mövcud ola bilər. Belə yataqların işlənilmə dövrlərində su-neft konturu tədricən qalxır, quyularda süzgəcin aşağı hissəsinə sular daxil olur. Nəticədə yatağın neftli sahəsi tədricən azalır. Belə şəraitdə istismar quyularının yerləşdirilməsi yatağın hündürlüyündən, lay süxurlarının keçiriciliyindən, neftlərin özlülüyündən və s. amillərdən asılıdır. Belə ki, layın hündürlüyü az olduqda quyular bərabər şəbəkə üzrə qazılır və su-neft konturunun səviyyəsindən bir neçə metrdən yuxarı layın tavanına kimi perforasiya edilir. Yatağın hündürlüyü çox olduqda (yüz metrlərlə) isə, quyular yatağın mərkəzinə doğru sıxlaşan quyu şəbəkəsi ilə işlənilir.
    Laylara su vurulmasının qeyri-mümkünlüyü şəraiti. Qeyd edildiyi kimi layların kəskin qeyri-bircinsliliyi və pazlaşması, yatağın tektonik qırılmalarla kəskin mürəkkəbləşməsi və s. səbəblər üzündən yatağa suvurma mümkün olmur: vurucu quyularda ən yüksək təzyiqlərlə laya su yeridilə bilmir. Belə hallarda yataq ətrafındakı su-neft konturunun hərəkəti qeyd olunmur; lay təzyiqi tədricən enir, hər bir istismar quyusu özünün ətraf zonalarında neftdən ayrılmış qazların enerjisi hesabına istismar edilir (şək.2). Bu tip yataqlar neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunur və neftvermə əmsalının yüksək həddə çatdırılmasına imkan vermir. İşlənilmə üçün qənaətbəxş olmayan bu tip yataqlarda, bir qayda olaraq, quyular bərabər formalı şəbəkə ilə qazılır və yatağın bütün qalınlığı bütövlükdə perforasiya edilir.
    Azərbaycanda da belə yataqlara rast gəlinir: onlar əsasən məhsuldar qatın alt şöbəsində yerləşən qırməki lay dəstəsi obyektləri ilə əlaqədardır. Müxtəlif mədənlərdə (Balaxanı-Sabunçu-Ramana, Qala, Suraxanı və s.) bu lay dəstəsinə suvurma mümkün olmamışdır ki, bu da işlənilmənin effektli aparılmasına mane olmuşdur.

    Şəkil 2 Passiv enerji mənbəli yataqların işlənilmə sxemi

    Bəzi aktiv qaz papağı olan yataqların işlənilməsində də suvurma üsullarından istifadə edilmir.


    Belə hallarda quyulara qazın axımının qarşısını almaq üçün süzgəcin üst hissəsi qaz-neft kontaktı səviyyəsindən xeyli aşağı götürülməlidir (şək. 3).

    Şəkil 3 Qaz papağı olan yataqlarda quyuların yerləşmə sxemi

    Yüklə 1,74 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   41   42   43   44   45   46   47   48   ...   51




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin