Mühazirə 1 Nanotexnologiya


) Layların neftverimini artıran (LNA) üsullar



Yüklə 1,74 Mb.
səhifə47/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   51
C fakepathMuhazire toplusu

2) Layların neftverimini artıran (LNA) üsullar
Məlum olduğu kimi neft yataqlarının işlənilmə prosesində layların neftverimini artıran üsullardan istifadə edilir. Geoloji mühitin mürəkkəbləşdiyi şəraitdə (layların yüksək qeyri-bircinsliliyi, süxurların keçiriciliyinin zəif olması, neftlərin özlülüyünün çox olması və s.) ənənəvi üsullar ilə layların yüksək neftvermə əmsalına nail olmaq mümkün olmur. Bu da təcrübi işlərdə elmin mütərəqqi üsullarının tətbiqini tələb edir ki, nəticədə yataqların effektiv işlənilməsinə nail olunur.
Hazırda LNA üsullarının tətbiq dairəsi durmadan genişlənir. Bu onunla əlaqədardır ki, ənənəvi texnologiya ilə lay süxurlarının keçiriciliyi 0,1 mkm2-dan kiçik olan laylarda yüksək özlülüklü neftlərin quyu dibinə kifayət qədər aktiv hərəkətini təmin etmək mümkün olmur. Odur ki, belə yataqlarda geniş elmi və təcrübi-sınaq işləri həyata keçirilmiş və müasir neftçıxarma üsulları təklif edilmişdir. Hazırda bu üsullar aşağıdakı qruplarda cəmləşdirilir: fiziki-kimyəvi, fiziki-hidrodinamiki, termiki, qaz, mikrobioloji, nüvə və akustik (şək.5). Aşağıda həmin üsulların ümumi xarakteristikaları barəsində qısa məlumatlar verilmişdir.


Fiziki-kimyəvi təsir üsulları
Layların neftverimini artıran fiziki-kimyəvi üsullara səthi aktiv maddələr (SAM), polimer, qələvi, miselyar məhlullar, köpük və onların kombinasiyaları aiddir. (M.L.Surquçov, 1985).
Səthi aktiv maddələrlə təsir üsulu
Neftçıxarma prosesində laya vurulan suya səthi aktiv maddələrin əlavə edilməsi neft-su sərhədində səthi gərilməni azaldır. Nəticədə neftin lay şəraitində hərəkəti aktivləşir və sıxışdırılmanın yaxşılaşması üçün əlverişli şərait yaranır. Bundan əlavə bu zaman süxurların islanması da yaxşılaşır: su məsamələrə hopur və neftin hərəkətini asanlaşdırır, sıxışdırılma əmsalı artır. Səthi aktiv maddələrin hətta cüzi miqdarda vurulan suya əlavə edilməsi bu prosesi aktivləşdirir.
Bu üsulun effektli tətbiqi qeyri-bircinsli kollektorların qalınlığı 3-12 m qədər, süxurların keçiriciliyi 0,03-0,04 mkm2, lay temperaturu 700C qədər, neftlədoyma əmsalı 50%-dən çox və lay sularının duzluluğu 20 mq/l olduqda əlverişlidir.
Neft sənayesində geniş yayılmış səthi aktiv maddələrdən OP-10 göstərmək olar. Neft yataqlarının istismarından alınmış məlumatlar göstərir ki, laylara suvurma prosesində əlavə olunmuş səthi aktiv maddələr neftin yuyulma xassəsinin yaxşılaşdırır və son neftvermə əmsalının 3%-ə qədər artırılmasını təmin edir.
Qələvilərlə təsir üsulu
Qələvi məhlullarla təsir üsulu layda natrium sabunlarını əmələ gətirir ki, bu da səthi gərginliyi azaldır və neftin suda emulsiyasını yaradır. Yataqlardan çıxarılabilən əlavə neftin miqdarı emulsiyanın parametrlərindən və layda olan neftin paylanmasından asılıdır. Beləliklə, laylara qələvi məhlulu ilə təsir etdikdə yüksək dispersli emulsiya dalğası əmələ gəlir ki, bu da neftvermənin artırılmasına təsir edir.
Üsulun tətbiqindən qum və karbonat tipli kollektorlu yataqlarda neftin özlülüyü 100 mPa*s qədər, neftlədoyumluluq 50%-dən çox, kollektor süxurların keçiriciliyi 0,1 mkm2-dan böyük, neftin sıxlığı 850-980 kg/m3, lay temperaturu 100 °C-yə qədər və s. olduqda daha yüksək effekt alınır. Əlverişsiz amillərdən layların çatlılığı, gilliliyin çox olması və lay sularının yüksək minerallaşması hesab olunur. Müəyyən olunmuşdur ki, laylara qələvi məhlulların vurulması nəticəsində onların son neftvermə əmsalını 5-10% artırmaq mümkündür.

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin