Mühazirə 1 Nanotexnologiya


Mikrobioloji təsir üsulları



Yüklə 1,74 Mb.
səhifə50/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   51
C fakepathMuhazire toplusu

Mikrobioloji təsir üsulları
Mikrobioloji üsullar layda bakteriyaların həyat fəaliyyətinin intensivləşməsinə əsaslanır və tərkibində hüceyrənin quruluşu üçün zəruri komponentləri olan qida maddələrinin istifadəsinə yönəldilmişdir. Burada üzvi maddələrdən əlavə vacib biogen elementlər (S, K, Mg və s.), eləcə də hüceyrələrin inkişafını təmin edən maddə və vitaminlər tələb olunur.
Mikroorqanizmlərin istifadəsinin əsas ilk şərtləri odur ki, bakteriyalar öz həyat fəaliyyəti nəticəsində CO2, bio-SAM və üzvi turşular ifraz edir. Bio-SAM lay nefti və suyu ilə mikroemulsiya əmələ gətirir və burada mikroemulsiyanın özlülüyü lay neftinin özlülüyünü kəskin azaldır. Neftin özlülüyünün azalması isə öz növbəsində lay neftinin həcmində əmələ gələn CO2-nin hesabına artım ilə müşayiət olunur və bu da layda neftin hərəkət etmə qabiliyyətini artırır. Üsulun realizəsi 1700-1800 m dərinlikdə yerləşən karbonatlı və zəif sementləşmiş qumlu kollektorlarda, layın qalınlığı 8 m-dən çox, kollektor süxurların keçiriciliyi 0,05 mkm2-dan böyük, neftlədoyumluluq 30%-dən çox, neftin özlülüyü 10 mPa*s-dən böyük, sıxlıq 820-950 kq/m3, lay temperaturu 25-30 °C olduqda yüksək effekt verir.
Mikrobioloji təsir üsulunun tətbiqində mənfi göstəricilərə layların yüksək qeyri-bircinsliliyi, lay sularında yüksək tərkibli Ca, Na duzlarının olması və qaz papağının mövcudluğu aiddir. Üsulun tətbiqi nəticəsində layların son neftverimini 14-19% artırmaq olar.
Nüvə üsulları
Nüvə üsulları layların neftverimini artıran üsullardan kəskin fərqlənir və yenidir. Bu üsul yatağın daha böyük sahəsində layların süzülmə qabiliyyətini yaxşılaşdırmağa və izolə olunmuş linza və laycıqları işlənilməyə cəlb etməyə imkan verir. Partlayış nəticəsində laylarda geniş çat sistemləri əmələ gəlir ki, bu da obyektin struktur-tekstur xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Nüvə üsulları ilk dəfə olaraq 1957-ci ildə SSRİ-də və ABŞ-da tətbiq olunmağa başlanmışdır. Bu üsul ABŞ-da 1968-1973-cü illərdə işlənilməsi dayandırılmış rentabelli olmayan bir sıra yataqlarda «Qazbaqqi», «Runison», «Rio-Blanka» və «Mineyta» layihələri üzrə həyata keçirilmişdir. Keçmiş Sovetlər İttifaqında isə nüvə üsulları əsasən işlənilmədə olan yataqlarda tətbiq olunmuşdur. Bu üsuldan massiv tipli neft yataqlarının yüksək sementləşmiş qumlu kollektorlarında, qalınlığı 10-45 m olan əhəngdaşlarda, məsaməliyi 5-12%, kollektorların keçiriciliyi 0,1-1,0 mkm2, neftin özlülüyü 6-23mPa×s, layların ilk neftlədoyumluluğu 80% olan laylarda yüksək effekt alınır. Üsulun tətbiqi layların son neftverimini 8-12% artırmağa imkan verir.
Akustik üsullar
Neftli laylara akustik üsulla təsir nəticəsində neftlərin özlülüyü azalır, süxurların istilik keçirmə qabiliyyəti artır. Nəticədə quyuətrafı zonalara neftin axımı sürətlənir. Bu üsul asfalt, qatran və parafin tərkibli neftli laylarda tətbiq olunduqda daha yüksək effekt verir və son neftverməni 2-7 % artırmağa imkan verir.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin