MühaziRƏ II əhaliNİn sağlamliq vəZİYYƏTİ, onun meyarlari və ona təSİr göSTƏRƏn amiLLƏr kompleksi. Rİsk faktorlari haqqinda anlayiş, onlarin təSNİfati və TƏSİr güCÜ



Yüklə 41,43 Kb.
səhifə7/15
tarix02.02.2022
ölçüsü41,43 Kb.
#114080
1   2   3   4   5   6   7   8   9   10   ...   15
Tibbi aktivlik. Tibbi aktivlik fərdi və ictimai sağlamlığı qorumaq və daha da möhkəmləndirmək istiqamətində insanların göstərdikləri fəaliyyətdən ibarət olub sosial-iqtisadi və siyasi şəraitdən, istehsal münasibətlərindən və ictimai istehsaldan asılıdır. Onun əsas elementini gigiyenik davranış, həm öz sağlamlığına və ətrafdakıların sağlamlığına münasibət, tibbi göstərişləri vaxtlı-vaxtında yerınə yetirib yetirməməsi, tibb idarələrinə müraciəti təşkil edir. Hazırda tibbi aktivlik həyat tərzinin xüsusi növü kimi ayrıca öyrənilir. Müsbət tibbi aktivlik sağlam həyat tərzi yaratmağa doğru yönəldilən fəaliyyətdir. Tibbi aktivliyin öz elementləri, öz aspektləri var. Bura: sanitariya (tibbi) savadı, gigiyenik və qeyri-gigiyenik vərdişlər, adətlər, məsləhət üçün tibb idarələrinə müraciət, profilaktik məqsədlə müraciət, həkim məsləhətlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi və s. daxildir. Bunlardan başqa, həm də requlyar qidalanma, idman və fiziki təlimlərlə məşğulluq, spirtli içkilərdən istifadə etmək, siqaret çəkmək, xəstəlik zamanı özünü aparma, iş yerlərinin təmizliyi, təhlükəsizliyi, sanitariya mədəniyyətinin səviyyəsi və s. daxildir.

Körpə ölümü, perinatal ölüm anaların tibbi aktivliyindən çox asılıdır. Məlum olmuşdur ki, hamiləlik dövründə 6 dəfə və daha çox ginekoloji müayinədən keçən qadınların doğduqları uşaqlar arasında perinatal ölüm cəmi 8%o, az keçənlərdə isə 20%o - yəni 3 dəfəyədək çox təşkil etmişdir. Məsləhətxanaya gec müraciət etmə mənfi nəticələrə səbəb olur. Vaxtında müraciət etmiş qadınlar 2 həftə müddətində tam tibbi müayinədən keçə bilir, gec müraciət edənlər hətta terapevt tərəfindən belə tam müayinə oluna bilmədiklərindən mama- ginekoloqun işi çətinləşir, qadında və dölün inkişafında yaranan dəyişikliklər vaxtında qiymətləndirilmir. İşləyən qadınların içərisində həkimin göstərişlərini yerinə yetirməyənlər 2 dəfə çox vaxtından əvvəl doğuşa məruz qalmışlar. Başqa bir tədqiqatın nəticələrinə görə, analar pnevmoniya ilə xəstə uşaqlarını 22% hallarda özləri müalicə etmiş, həkimin yanında olmamış, 12% hallarda isə hətta onları uşaq bağçasına və körpələr evinə aparmışlar. Xəstə şagirdlərin ancaq 1/3 hissəsi xəstələndikləri birinci gündə həkimə müraciət etmişlər, ona görə də onların arasında 45% hallarda xroniki patologiya aşkar edilmişdir. Müəyyən edilmişdir ki, işləyənlər içərisində tibbi aktivliyi az olanlar digərlərindən 2 dəfə çox xəstələnirlər. Nəticədə, qeyd etmək lazımdır ki, tibbi aktivlik sağlamlıq faktorlarının 30%-ni təşkil edirsə, tibbi aktivliyin azlığı, olmaması isə xəstəlik səbəblərinin 50%-ə qədərini özündə birləşdirir.




Yüklə 41,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin