Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə31/51
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#108300
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   51
qorunma qabiliyyəti xüsusiyyətləri ilə qiymətləndirilir (şəkil ...).



NV-nin etibarlılığının xüsusiyyətlərinin əsas parametrləri

Texniki qulluğa və təmirə dayanmamaq şərtilə avtomobilin müəyyən vaxt və ya yürüş intervalı daxilində fasiləsiz olaraq işləmə qabiliyyətini saxlaya bilmə xüsusiyyətinə imtinasızlıq deyilir. İmtinasızlığın əsas parametrləri imtinasız işləmə ehtimalı, imtinaya qədər orta yürüş, imtinalarm intensivliyidir (bərpa olunan elementlər üçün imtinalar axınının parametri).

Müxtəlif xarakterli texniki təsirlərə dayanmaq şərtilə avtomobilin son istismar həddinə qədər işləmə qabiliyyətinin saxlanılma xüsusiyyətinə ömüruzunluğu deyilir. Avtomobilin son istismar həddi onun baza detallarının yeyilməsindən (yeyilməsinin təsiri onunla qarşılıqlı hərəkətdə olan elementlərin işləmə qabiliyyətinə əsas təsir göstərən detala baza detalı deyilir), hərəkətin təhlükəsizliyi şərtlərindən, istismar keyfiyyətlərinin pisləşməsindən və s. amillərdən asılı olaraq təyin edilə bilər. Avtomobilin son istismar həddi o deməkdir ki, onun daha istismar edilməsi mümkün deyil, daha doğrusu, texniki və iqtisadi cəhətdən sərfəli deyil.

Avtomobilin ömüruzunluğu əsaslı təmirə qədər orta resursla və ya xidmət müddəti ilə, onun əsas aqreqatının orta təmirlər arası yürüşü ilə, qamma-faizli resursla və s. parametrlərlə qiymətləndirilir.

Avtomobil mürəkkəb bir sistem kimi bərpa olunan maşın və mexanizmlər sinfinə daxildir. Belə ki, o, öz istismarı dövründə itirilmiş işləmə qabiliyyətini bərpa etmək üçün dəfələrlə dayanmalı olur. Başqa sözlə desək, avtomobil təmirə yararlıdır.

Avtomobildə baş vermiş imtinaların və nasazlıqların texniki qulluq və təmir vasitəsilə minimum vaxt ərzində aradan qaldırılmasına konstruksiyanın uyğunlaşması xüsusiyyətinə təmirəyararlılıq deyilir.

Təmirəyararlılığın xüsusiyyətlərindən asılı olaraq avtomobilin müxtəlif xarakterli texniki təsirlər altında boş dayanmaları və görüləcək işlərin həcmi dəyişir. Avtomobilin təmirə yararlılığı aşağıdakı əsas xüsusiyyətləri ilə müəyyən edilir (qıymətləndirilir):



  1. Konstruksiyanın TQ və təmir obyektinə əlverişli olması - avtomobilin müxtəlif texniki təsirlər altında (xüsusən təmirdə) boş dayanma müddətinin aşağı salınması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu xüsusiyyət avtomobıldə TQ və CT işlərini yerinə yetirərkən tələb olunan köməkçi işlərin həcmini minimuma endirməlidir. Bununla yanaşı əməliyyatların aparılması zamanı işçilərin müxtəlif vəziyyətlərdə olmalarından asılı olmayaraq onların yorğunluğu hiss edilməməlidir. Əks təqdirdə TQ və CT işlərinin yerinə yetirilmə keyfıyyətı aşagı düşür. Praktiki olaraq avtomobilin imtinasız işləyən elementlərinə bu xüsusiyyətin tətbiq edilməsi məcburi deyil. Məsələn, səs siqnalı demək olar ki, tamamilə imtinasız işləyir. Buna görə də onun harada yerləşdirüməsinin mənfi təsiri yox dərəcəsindədir.

  2. Avtomobil elementlərinin qarşılıqlı əvəz olunma xususiyyəti - təmirəyararlılığın elə bir xüsusiyyətidir ki, bir qrup eyni adlı elementlərdən (detallardan, qovşaqlardan) hər hansı birini götürüb heç bir əlavə hazırlıq işləri aparmadan (nizamlama işləri istisna olmaq şərtilə) yerinə qoyulduqda o, öz normal işləmə qabiliyyətini saxlaya bilsin.

  3. Aqreqat və detalların unifikasiya xüsusiyyəti - eyni təyinatlı müxtəlif konstruksiyalı avtomobil elementlərinin sayının minimuma endirilməsinə deyilir. Unifıkasiya xüsusiyyəti TQ və CT proseslərini sadələşdirir, ehtiyat hissələrinin nomenklaturasını azaldır. Bu xüsusiyyət avtomobilin bərkitmə elementlərinin (bolt, sancaq, qayka və s.) miqdarının və yağlama materiallarının çeşidlərinin azaldılması baxımından böyük əhəmiyyətə malikdir. Eyni funksiyanı yerinə yetirən elementlərin sayının azaldılması sənayedə onların hazırlanma texnologiyasını sadələşdirir, istismarda istifadə ediləcək avadanlıqların və alətlərin sayını azaldır.

  4. Qaraj avadanlığının varisliyi - istismar və xidmət müəssisələrində olan, TQ və CT zonalarında işlədilən avadanlıqların avtomobilin tipindən və markasından asılı olmayaraq istifadə edilməsi üçün yararlığı xüsusiyyətidir. Avtomobilin açıq birləşmələrində işlədilən yağdanların eyni konstruksiyaya malik olmaları onların bütün avtomobillərdə işlədilməsinə imkan verdiyi kimi, müəssisələrdə eyni adlı qaraj avadanlığının da tətbiq edilməsinə şərait yaradır. Bu xüsusiyyət eyni ölçülü bərkitmə elemetnləri üçün də əsasdır.

Təmirəyararlılığı qiymətləndirən əsas parametrlər bunlardır: orta bərpa olunma vaxtı, TQun aparılma vaxtı, TQ və CT-in xüsusi əmək tutumu, dəyəri, bərpalar axınının parametri, texniki hazırlıq və istifadə əmsalları.

Təmirəyararlılıq baxımından bütün avtomobil elementləri iki böyük qrupa bölünür: a) bərpa olunmayan və b) bərpa olunan elementlər.

İşləmə qabiliyyəti təmir vasitəsilə bərpa edilə bilməyən detallara bərpa olunmayan elementlər deyüir. Bunlara rezin-texniki məmulatlar (tormoz qəlibləri, araqatlar, kipgəclər), elektrotexniki məmulatlar (lampalar, qoruyucular, şamlar), tez yeyilən detallar (üzüklər, içliklər), hərəkətin təhlükəsizliyini təmin edən detallar (sükan dartqılarının kürəli barmaqları, şkvoren oymaqları) və s. aiddir.

Parametrləri buraxıla bilən maksimum qiymətlərinə çatdıqdan sonra təmir yolu ilə yenidən bərpa edilə bilən avtomobil hissələrinə bərpa olunan elementlər deyilir. Bu elementlərə misal olaraq avtomobilin aqreqatlarını, mühərrikin dirsəkli valını və silindrlər blokunu, tormoz mexanizmi və s.-ni göstərmək olar.



Texniki sənədlərdə verilmiş istismar göstəricilərini nəql etmə və müəssisə ərazisində saxlanılma müddətində avtomobilin mühafizə edilmə xüsusiyyətinə onun qorunma qabilliyyəti deyilir. Qorunma qabiliyyəti əsasən avtomobilin konsepvasiya və orta saxlanma müddətləri ilə təyin edilir. Qorunma qabiliyyətinə təsir edən əsas amil iqlim şəraitidir (temperatur, yagıntılar və s.).

Avtomobillər üçün etibarlılığın kəmiyyət xarakteristikalarını öyrənməklə konkret istismar şəraitində texniki istismarın üsulları təkmilləşdirilir, TQ və CT-in optimal rejimləri təyin edilə bilir, ehtiyat hissələrinin sərfi normalaşdırılır, etibarlılığın yüksəldilməsi üçün yeni yollar və üsullar hazırlanır və s.





Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin