Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə36/51
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#108300
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   51
Texniki diaqnoz – texniki vəziyyətin, yəni diaqnistika obyektinin nasazlığınin mahiyyətinin və dərəcəsinin, imtinasının olmasının və onun sonrakı işə yararlılığının təyin edilməsi və qiymətləndirilməsidir.

Avtomobil və onun aqreqat və qovşaqlarının texniki diaqnostikasının nəzəriyyəsi və praktikası yoxlanmış, sınanılmış eksperimental fakta – obyektin çıxış xarakteristikalarının və parametrlərinin qiymətlərinin onun struktur parametrlərinin qiymətlərindən, yəni diaqnistika obyektinin texniki vəziyyətindən asılılığına əsaslanır.

İşləyən obyektin çıxış prosesləri – obyektin işləməsi, təyinatına görə funksiyalarını yerinə yetirməsi və ətraf mühitlə qarşılıqlı təsiri zamanı yaranan və gedən , obyektdən kənarda da özünü bildirən, yəni müşahidə və qeyd oluna bilən fiziki və kimyəvi proseslərdir.

İstənilən obyektin çıxış prosesləri iki növə bölünür:



  1. İşçi proseslər- obyektin təyinatına görə yerinə yetirməli olduğu iş funksiyalarını müəyyən edir ( məs., mühərrikdə- yanacaq və digər istismar materiallarının sərf olunması, enerjinin hasil edilməsi, işlənmiş qazların xaric edilməsi).

  2. Müşayiət edən proseslər (parazit proseslər) - işçi proseslərlə yanaşı yaranan, ən müxtəlif xarakterli (məs., vibrasiyalar, taqqıltılar, istilik ayrılması və b.k.) qaçılmaz və faydasız proseslərdir.

Çıxış proseslərinin parametrlərinin struktur parametrləri ilə ― əks əlaqəsi ‖, yəni obyekti sökmədən onun çıxış proseslərinin parametrlərinin qiymətlərinə görə struktur parametrlərinin qiymətlərinin təyin edilməsi diaqnoz qoyulmasının və ya texniki diaqnostikanın mahiyyəti, əsasıdır.

Avtomibilin texniki vəziyyətinin proqnozlaşdırılması - onun baxılan andan texniki sənədlərlə (dövlət standartları, sahə normativləri, istehsalçı-zavod təlimatları və s.) müəyyən olunan həddi vəziyyət yaranana qədər saz işləmə müddətinin təyin edilməsidir.

Retrospeksiya - obyektin (avtomobil, aqreqat, mexanizm, sistem) keçmişdəki texniki vəziyyətinin (məs., yol-nəqliyyat hadisəsinə səbəb olan qəza imtinasının səbəbini aşkar etmək üçün) qiymətləndirilməsidir.

Bu xüsusiyyətlər konstruktiv parametrlərin kəmiyyət göstəriciləri- cari qiymətləri ilə xarakterizə olunur. Məsələn, detalların ölçüləri, onlar arasında araboşluqları və s. Bir çox aqreqat və mexanizmləri tam və ya qismən sökmədən onların konstruktiv parametrlərinin bilavasitə ölçülməsi imkanı məhduddur. Belə obyektlər üçün texniki vəziyyəti təyin etdikdə dolayı və ya (xarici) diaqnostika parametrləri istifadə olunur. Bunlar konstruktiv parametrlərlə əlaqəlidir və onlar haqqında bu və ya digər informasiyanı verir. Məsələn, mühərrikin texniki vəziyyəti haqqında onun gücünün, mühərrik yağı sərfinin, kompressiyanın, karter yağında yeyilmə məhsullarının miqdarının dəyişməsinə görə mühakimə yürütmək olar.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin