Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ


Müəllim şəxsiyyətinin professionallıq baxımından əhəmiyyətli keyfiyyətləri



Yüklə 95,49 Kb.
səhifə52/58
tarix10.01.2022
ölçüsü95,49 Kb.
#108501
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   58
Müəllim şəxsiyyətinin professionallıq baxımından əhəmiyyətli keyfiyyətləri

Müəllim tədris etdiyi fənni dərindən bilməklə yanaşı professionallıq baxımından əhəmiyyətli olan bir sıra keyfiyyətlərə də yiyələnməlidir. Müasir dövrdə şəxsiyyətin keyfiyyətlərini müəyyən edən çoxsaylı professioqramlar mövcuddur. Pedaqoji professioqramlara pedaqoqun təkcə pedaqoji-psixoloji deyil, həmçinin onun şəxsiyyətinin əxlaqi-etik keyfiyyətləri də daxil edilməlidir. Müəllimin əxlaqi-pedaqoji keyfiyyətlərinə bunlar daxildir:

  • müəllimin öz peşəsinə əxlaqi seçimi və münasibəti;

  • müəllimin şagirdlərə və pedaqoji prosesin digər iştirakçılarına əxlaqi münasibəti;

  • müəllimin sosial mühitə və ictimai həyata əxlaqi münasibəti.

Pedaqoqun professionallıq baxımından əhəmiyyətli şəxsi keyfiyyətləri bunlardır:

  1. İntellektual parametrlər:

  • şifahi və yazılı nitqə yiyələnməsi;

  • özünütəkmilləşdirməyə hazır olması;

  • özünütənqid, sakitlik, ağılın itiliyi, yumor hissi kimi keyfiyyətlər;

  • normal diqqət, erudisiya.

  1. Dünyagörüşü istiqamətində:

  • uşaqlarla işləmək arzusu;

  • peşəsini sevmək;

  • vicdanlı və səbatlı olmaq;

  • professional mövqeyə malik olmaq;

  • özünü uşaqlara həsr etmək.

  1. Psixotipoloji keyfiyyətlər:

  • iradə və əzmkarlıq;

  • müşahidə qabiliyyəti;

  • özünü ələalma, özününizamlama;

  • təmkinli və müvazinətli olmaq;

  • cəsarətli və mətin olmaq;

  • tolerantlıq.

  1. Ekstravertiv keyfiyyətlər:

  • alturizm, xeyirxahlıq, kommunikativlik;

  • mülayimlik, mehribanlıq, zəriflik;

  • ədalətlilik və şagirdə hörmət;

  • empatiklik.

Yaxşı tərbiyəçi hansı keyfiyyətlərə malik olmalıdır:

  • uşaqların hisslərinə, onların fikirlərinə maraqla yanaşmaq bacarığı;

  • uşağa tərəf yönəlib, dediklərinə qulaq asmaq bacarığı;

  • mərhəmətli və ədalətli olmaq bacarığı;

  • öz həyatını müstəqil qurmaqda uşağa inanmaq bacarığı;

  • uşağa müəyyən dərəcədə azadlıq verib, onu daim himayə etməmək bacarığı;

  • uşaqlarda ən kiçik “xeyir”, müsbət olanı tapıb, inkişaf etdirmək bacarığı;

  • hamının bəyənmədiyi, zəif, özünəqapalı şagirdi himayə etmək, ona inanmaq;

  • başqalarının dərdinə şərik olmaq;

Pedaqoji etika baxımından pedaqoji professionallığın kriteriyalarını da müəyyən etmək olar:

  • dözümlülük;

  • xeyirxahlıq (ton, danışıq tərzi, davranış);

  • həssaslıq ( şagirdi biliksizliyinə görə onu alçaltmadan dərs zamanı sorğu aparmaq bacarığı);

  • təmkinlilik (həm “çətin”, həm də “asan” şagirdlərlə ünsiyyəti eyni tərzdə qurmaq);

  • empatiya.

Pedaqoqun şəxsiyyətinin professionallıq baxımından əhəmiyyətli keyfiyyətləri şagirdlərə görə bunlardır:

Pedaqoqların özləri isə belə hesab edirlər ki, müəllimin professional pedaqoji fəaliyyətinin əsas göstəricisi onun elmi fəaliyyəti və elmi nailiyyətidir.


  1. Yüklə 95,49 Kb.

    Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin