Mühazirə mətnləri Mövzular


Davamlı insan inkişafının akmeoloji-psixolooji əsasları



Yüklə 128,19 Kb.
səhifə2/29
tarix14.01.2023
ölçüsü128,19 Kb.
#122231
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   29
akm-müh 2020-21

Davamlı insan inkişafının akmeoloji-psixolooji əsasları.

  • akmeologiya elminin yaranmasının səbəbləri və mənbələri:

  • Akmeoloji fikir tarixi haqqında ( xüsusilə də psixologiya, şəxsiyyət və differensial - yaş psixologiyası, həmçinin idarəetmə psixologiyası, pedaqoji, sosial, şəxsiyyət psixologiyası və s. – elm sahələrinin akmeologiyanın inkişafında rolları)



    Akmeologiya müstəqil elm sahəsi kimi – XX - əsrin 80-ci illərinin sonunda və 90 – illərin əvvəllərində yaranmışdır. 1991 – ci ildə Beynəlxalq Akmeologiya Akademiyası rəsmi olaraq tanınmış və Rusiya elm-texnika komitəsi tərəfindən hüquqi cəhətdən qeydə alınmış, 1994 - cu ildən başlayaraq “Akmeologiya” adlı elmi-nəzəri jurnal nəşr olunmağa başlamış, 1997 – ci ildən isə “Akmeologiya məsələləri “ ( “ Вопросы акмеологии “ ) jurnalı nəşr olunur.
    Müasir dövrdəə inkişaf etmiş ölkələrdə akmeologiyaya və şəxsiyyətin peşəkarlığının inkişafı ilə bağlı problemlərə marağın artması müşahidə olunur. Bu elmin yaranması bir sıra görkəmli rus alimlərinin - Rusiya Akademiyasının müxbir üzvü, professor Kuzmina Nina Vasiliyevna, Rusiya akademiyasının həqiiqi üzvü professor, Akademik Bodalyov A.A. və digər alimlərin adı və xidmətləri ilə bağlıdır. Bunların sayəsində Akmeologiya qısa müddət ərzində insan elmləri sistemində özünə məxsus layiqli yerini tutmuşdur.
    İnsanın və şəxsiyyətin formalaşması, inkişafı insanşünaslıq elmlərinin, xüsusilə də fəlsəfə, psixologiya, pedaqogika, sosialogiya və s. elmlər çərçivəsində öyrənilmiş və bu elmlərin aparıcı elmi istiqamətləri kimi mühüm nailiyyətlər əldə olunmuşdur. Ancaq akmeologiya elmi, bu problemlərin elmi və praktiki həlli üsulları, yanaşması və əldə olunan praktiki nəticələri və yönümü, özünə məxsus şəkildə səmərəlilik baxımından müxtəlif üsullarla öyrənir və izah edir.
    Artıq bu reallıq, elmi ictimaiyyət tərəfindən qəbul olunmuş və bu yeni elm sahəsinin daha səmərəli fəaliyət göstərməsi üçün müxtəlif səmərəli tövsiyyələr və fikirlər səsləndirilmişdir.
    Ancaq şəxsiyyətin tərbiyyə və təhsil sistemi vasitəsilə inkişafı daha çox nəzəri-metodoloji xarakter daşımış, şəxsiyyətin təhsili və tərbiyəsində onun peşəkarlığının inkişafı problemi xüsusi tədqiqat predmeti kimi məqsədyönlü şəkildə baxılmamışdır. Bu gün dövlətin təhsil sisteminin fəaliyyəti haqqında söylənilən ciddi iradlardan biri, gənclərin nəzəri-elmi hazırlığı yüksək olduğu halda, onların öz gələcək peşə fəaliyyətlərini uğurla həyata keçirmələri üçün lazım olan praktiki vərdiş və bacarıqların, peşəkarlığın kifayət dərəcədə olmamasıdır.
    Akmeologiya elminin bu günkü inkişafı, əsas sərvətimiz olan insan kapitalının formalaşması, dövlətin hədəfə aldığı davamlı insan inkişafının mühüm elementi kimi, akmeoloji yanaşma, akmeoloji metodlardan, təlim-tərbiyə metodlarından istifadə olunması praktikanın çağırışı kimi meydana gəlmişdir. Məhz bu amillər, akmeologiya elminə və praktikasına marağın artmasına və bu elmin tövsiyyələri gənclərin peşəkar mütəxəssis kimi formalaşması və inkişafı üçün mühüm rol oynayaraq geniş perspektivlər və imkanlar yaratmışdır.
    Bu gün akmeologiya elminin elmi-metodoloji və praktiki əhəmiyyəti, insanşünaslıq elmləri ilə qarşılıqlı əlaqəsi haqqında müxtəlif fikirlərin, yanaşmaların, elmi müzakirələrin intensivləşməsi ilə müşaiyyət olunmaqdadır.
    Akmeologiyanın müstəqil elm sahəsi kimi formalaşması və inkişafı tədqiqat obyekti kimi, əsasən müəllimlərin peşə fəaliyyətləri ilə bağlı olmuşdur. Bu baxımdan akmeologiyanın inkişafında bir mühüm və həlledici mərhələ kimi Kuzmina N.B. – nın bu problemlərin araşdırılmasına həsr olunmuş tədqiqatlarını və kitablarını göstərmək olar.
    Akm – nın metodoloji məsələlərinə həsr olunmuş qiymətli əsərlər həmçinin digər görkəmli rus psixoloqu Bodalev A.A. tərəfindən yazılmışdır.
    Akm-yanın elm kimi formalaşması və inkişafında mühüm mərəhələ kimi, öz təsdiqini və təzahürünü, bu elm çərçivəsində müxtəlif tətbiqi sahələrin formalaşması və inkişafı olmuşdur. Bu elm çərçivəsində bir sıra elmi istiqamətlərin – məs. pedaqoji akmeologiya, hərbi akm-ya; idarəetmə akm -sı və s. istiqamərləri müstəqil sahələr kimi formalaşmışdır. Eyni zamanda akmeologiyanın formalaşmaqda olan digər istiqamətlərini də qeyd etmək olar, məs. - hüquq, tibbi, sosial işin, iqtisadiyyatın, idmanın və s. akmeologiyası.


    Akmeologiya müasir anlamda, təbiət, ictimai və hümanitar elmlərin kəsişdiyi nöqtədə yaranaraq, insan fenomeninin yetkinlik dövründə inkişaf qanunauyğunluqlarını öyrənən elm kimi çıxış edir. *Bir daha vurğulamaq lazımdır ki, akm - ya xüsusilə yetkin şəxsiyyətin inşişafını öyrənir. Psixologiyada, yetkinlik və yetkinlik yaşı dedikdə adətən, insanın yaş dövrü, parametrləri, yəni gənclik, yaşlı, ahıl və s. xüsusiyyətləri deyil, insanın, şəxsiyyətin həyat və fəaliyyətində malik olduğu, ontogenetik inkişafında əldə etdiyi uzun müddətli mənəvi, intellektual və fiziki inkişaf səviyyəsi başa düşülür. Bu müddəa göstərir ki, psixologiyada akmeoloji yanaşmadan fərqli olaraq inkişaf, müxtəlif qabiliyyətlərin inkişafından bəhs edilir.
    Akmeologiyada yetkinlik, şəxsiyyətin təkcə yaş xüsusiyyətlərini əks etdirmir, o burada daha geniş anlayış kimi çıxış edərək, şəxsiyyətin mənəvi-əxlaqi keyfiyyətlərinin, hümanist meylinin, davaranışının və münasibətlərinin normalara uyğun olub olmamamsı kimi keyfiyyətlərinin də inkişafını nəzərdə tutur.
    Yetkin şəxsiyyət, yüksək peşəkarlığa malik olması, peşə vəzifəsinin yerinə yetirilməsində fərqlənməsi, nümunəvi olması və özünü səmərəli şəkildə realizə etməsi ilə yanaşı, yüksək məsuliyyət hissinin olması, başqa insanlara qarşı diqqət qayğı göstərməsi, sosial fəallığı, hümanist meylli olması ilə səciyələnir. Yəni hər bir yaşlı, təcrübəli insanı əsl mənada yetkin şəxsiyyət hesab etmək olmaz.
    Beləliklə akmeoloji yetkinlik, inkişaf etmiş, “ akma ” zirvəsinə çatmış olan şəxsiyyətin çox ölçülü, mürəkkəb, çox səviyyətli vəziyyəti olub, insanın həyatının, peşəkarlığının, şəxsi keyfiyyətlərinin və sosial inkişafının müəyyən dövrünü əhatə edir.
    Müxtəlif insanlarda AKMA – nın təzahürü və meyli fərqli olur. Bu unsanların fərdi keyfiyyətləri, qabiliyyətləri, temperamenti və s. ilə əlaqədar olur. Bu müxtəlifliyin içərisində insanın öyrənilməsində tətbiq olunan aşağıdakı minimum dörd metodoloji - magistral inkişaf yolunu, prinsipləri qeyd etmək olar ( Ananyev, Myasişev, Bodalev ) . :


    1. Yüklə 128,19 Kb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   29




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin