Mühazirə Pedaqoji elmlərdə elmi aktuallığın əsaslandırılması, tədqiqatların qoyuluşu


Təhsil verənlərin pedaqoji fəaliyyətinin qiymətləndirilməsi



Yüklə 82,67 Kb.
səhifə21/30
tarix11.12.2022
ölçüsü82,67 Kb.
#120865
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
ktm üzrə tədqiqat texnologiyaları

Təhsil verənlərin pedaqoji fəaliyyətinin qiymətləndirilməsi – pedaqoji prosesin əsas sahələri olan təhsil, təlim, tərbiyə və inkişafı xarakterizə edən digər göstəricilərə görə onun fəaliyyətinin öyrənilməsi və təhlili başa düşülməlidir. Təlim prosesinin əsas aparıcı iştirakçısı öyrədən (müəllim) olduğuna görə onun peşəkarlıq səviyyəsinin müəyyən göstəricilər əsasında qiymətləndirilməsi böyük əhəmiyyətə malikdir.
Təlim prosesinin ayrı-ayrı sahələrinin qiymətləndirilməsi – təhsil müəssisələrinin fəaliyyətinin əsas sahələrinin və iştirakçılarının (şagird kontingentinin, müəllimlərin, direktorun və müavinlərin, valideyn komitəsinin və s.) işinin müəyyən göstəricilərə görə öyrənilməsi, müqayisəsi və ölçülməsi kimi başa düşülməlidir.
Islahat proqramının tələblərinə uyğun həyata keçirilən təhsil islahatının əsas vəzifəsi Azərbaycan təhsil sistemində elə çevik, demokratik, daim inkişaf edən fasiləsiz təhsil sistemi formalaşdırmaqdır ki, yaxın gələcəkdə iqtisadi yüksəliş, ümummilli birlik və vətəndaş həmrəyliyi, hər bir insanın mənəvi və mədəni dəyərlərə yiyələnməsi, ölkənin həyatında onların fəal, şüurlu iştirakı, həmçinin fiziki sağlamlığının qorunması təmin edilsin. (M.Mərdanov və b. Təhsil sistemində monitorinq və qiymətləndirmə). Təhsilin keyfiyyətini, təhsil alanların, təhsil verənlərin nailiyyətlərini, təhsil müəssisəsinin bütövlükdə fəaliyyətini qiymətləndirmək üçün müəyyən parametrlər (indiqatorlar) müəyyənləşdirilməlidir. Bununla əlaqədar elmi cəhətdən əsaslandırılmış metodika işlənib hazırlanmalıdır. Təlim-tərbiyə prosesi bir-biri ilə çoxparametrli əlaqələrlə üzvü surətdə bağlı olan sahələrin toplusu kimi qəbul edilir. Bu sahələr öz əlamətlərinə görə bir-birindən fərqlənirlər. Pedaqoqika və psixologiya elmlərinin mühüm vəzifələrindən biri həmin sahələrin hər biri üçün təlimin keyfiyyətini və şagirdlərin inkişaf xüsusiyyətlərini müəyyənləşdirən göstəriciləri (indiqatorları) seçmək, hər bir sahəyə uyğun meyarları müəyyənləşdirməkdir.
Ümumi halda bu meyarların müəyyənləşdirmə funksiyaları aşağıdakılardır:
● təhsil sisteminin fəaliyyətini bütün sahələr (idarəetmə, təşkilatçılıq, təlim-tərbiyə prosesi, innovasiyaların tətbiqi, psixoloji durum və s.) üzrə qiymətləndirmək;
● təhsil alanların fəaliyyətini, fənlər üzrə dövlət təhsil standartlarının (zəruri minimum) tələblərinə uyğun bilik, bacarıq və vərdişlərin səviyyəsini qiymətləndirmək (Bura standartdan əlavə olunan lisey, gimnaziya və başqa yeni tipli tədris müəssisələrində səviyyəni qiymətləndirmək də aiddir);
● pedaqoji kadrların təhsil müəssisəsinin idarə olunmasında iştirakını və peşəkarlıq səviyyəsini ekspertiza etmək və qiymətləndirmək;
● tədqiq olunan prosesin müəyyən mərhələsinin nəticələrinə görə təhsil müəssisəsinin bu sahəsinin sonrakı inkişafını proqnazlaşdırmaq, təşkilati məsələlərin keyfiyyətini yüksəltmək üçün təkliflər hazırlamaq;
● pedaqoji prosesin iştirakçılarının, ayrı-ayrı müəllimlərin və ya müəllimlər qrupunun təhsil müəssisəsində apardığı pedaqoji tədqiqat işlərinin nəticələrini ekspertiza etmək, qiymətləndirmək və bu işlərin yaxşılaşdırılmasına kömək göstərmək.
Ümumtəhsil sisteminin inkişaf etdirilməsində və təkmilləşdirilməsində həlledici rol oynayan aşağıdakı əsas sahələrin tədqiqi, təhlili və qiymətləndirilməsi vacib sayılmalıdır.
Qiymətləndirmədə statistikadan üç anlayış lazım gəlir:orta qiymət, orta kvadratik meyl, normal paylanmalar.
Əvvəlcə ilkin ballar (emal olunmamış) qeyd edilir.



Şagirdlər

1

2

3

4

5

6

7

8

9

10

Qiymətlər

13

15

16

12

19

14

18

15

15

12

Yəni 1-ci şagird 13, 2-ci şagird 15 və s. tapşırığı həll edib.


Orta qiymətin tapılması üçün qiymətlərin hamısının cəmi şagirdlərin sayına yəni 10-a bölünür:
Meyl hər bir nəticənin orta qiymətindən nə qədər aralıda durduğunu göstərir. Məsələn, I nəticə üçün meyl 14,9 – 13=1,9-a bərabərdir.
Nəticələr cədvəldə qeyd olunur:



Şagirdlər

1

2

3

4

5

6

7

8

9

10

Qiymətlər

13

15

16

12

19

14

18

15

15

12

Meyllər

1,9

-0,1

-1,1

2,9

-4,1

0,9

-3,1

-0,1

-0,1

2,9

Orta kvadratik meyl nəticələrin orta qiymətə nəzərən paylanma ölçüsüdür. Meyl bir nəticəni xarakterizə edirsə, orta kvadratik meyl bütün nəticələrin xarakteristikasıdır. O, nəticələrin hamısının orta qiymətindən nə qədər aralıda yerləşdiklərini göstərir.


Orta kvadratik meylin hesablanması üçün lazımdır:
1. Nəticələrin orta qiymətini hesablamaq
2. Hər bir nəticə üçün meyli hesablamaq
3. Hər bir nəticə üçün meylin kvadratını hesablamaq: 1,92=3,61 . . .
(-0,1)2=0,001
4. Alınan qiymətləri toplamaq
3,61+0,001+ . . . +8,41=48,9
5.Alınan ədədi şagirdlərin sayına bölmək:
6.Alınan cavabın kvadrat kökünü almaq:
Burada hesablamaları Excel proqramının köməyi ilə aparmaq olar.

Yüklə 82,67 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin