Mühazirə Pedaqoji elmlərdə elmi aktuallığın əsaslandırılması, tədqiqatların qoyuluşu


Şagirdlərin idrak fəaliyyətini necə artırmaq?



Yüklə 82,67 Kb.
səhifə6/30
tarix11.12.2022
ölçüsü82,67 Kb.
#120865
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   30
ktm üzrə tədqiqat texnologiyaları

Şagirdlərin idrak fəaliyyətini necə artırmaq? Kimya tədrisi metodikası üzrə tədqiqat aparan elmi işçilər, müəllimlər və digər mütəxəssislər təlim prosesinin məhsuldarlığını müəyyənləşdirmək üçün ilk növbədə şagirdlərin kimyadan aldıqları bilik, bacarıq və vərdişlərin səviyyəsini müəyyənləşdirirlər. Ən yeni tədqiqatlar göstərir ki, qavramanın effektliliyi hər şeydən qabaq şagirdlərin idrak fəaliyyətinin təşkilindən asılıdır. Indi şagirdlərin idrak fəaliyyətini fəallaşdırmaq üçün kimya təliminin effektiv təşkili formalarının artırılması vacib məsələdir, elə etmək lazımdır ki, tədris prosesində şagirdlər biliyi özləri müstəqil qazana bilsinlər. Bu işdə müəllimlər onlara yardımçı olmalıdırlar. Fəal təlim texnologiyalarını tətbiq edərək müəllimlər şagirdləri tədqiqatçı kimi yetişdirməlidirlər. KİMYA tədrisində şagirdlərin tərbiyəsinin optimal şəkildə necə təşkil etmək? Burada şagirdlərin kimyanı və texnikanı öyrənməyə göstərdiyi marağın stimulu, təlimin motivi, təfəkkürün inkişafı, idraki və yaradıcı qabiliyyətin inkişafı, onlarda dünyagörüşün formalaşdırılması, kimya tədrisi prosesində şagirdlərin əldə edə biləcəkləri ideya, əxlaqi və əmək tərbiyəsi məsələlərinə baxılır.
KTM üzrə tədqiqat aparan hər bir şəxs yuxarıda göstərilən xarakterik problemləri nəzərdə saxlamalı və onlara cavab tapmağa çalışmalıdır. Bunlar əsasən tədqiqatın obyekti və əsas istiqamətidir. KTM üzrə tədqiqatlar heç də bu ümumi xarakter daşıyan məsələlərlə məhdudlaşmır, o həm də bir çox xüsusi məsələləri özünə daxil edir.
Problemlərin tədqiqinin effektliliyi tədqiqat obyektindən asılıdır. Tədqiqat obyektləri real və düzgün təsvir olunmalıdır. Əks təqdirdə tədqiqatçı problemlərin həllinə deyil, digər yeni problemlərin əmələ gəlməsinə şərait yarada bilər.
Tədqiqat obyektləri öyrənənləri, öyrədənləri, idarəedənləri və s. əhatə edə bilər:

  • obyektlər seçilərkən müqayisə oluna bilməsi nəzərə alınmalıdır;

  • obyektlər seçilərkən problemlərin əhatə dairəsi nəzərə alınmalıdır.


Yüklə 82,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin