Mühazirələr konspekti Fənn: avtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ-1



Yüklə 1,03 Mb.
səhifə40/50
tarix05.01.2022
ölçüsü1,03 Mb.
#111359
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   50
Əsas texnoloji proseslərə aiddir: avtomobilin qəbulu və təhvil verilməsi, TQ, o cümlədən yığışdırma-yuma, nizamlama, nəzarət-diaqnostika işləri; təmir, o cümlədən sökmə-yığma, bərpa, tənəkəçi-qaynaq, rəngləmə, antikorroziya və başqa işlər; digər xidmət növləri (avtomobilin yenidən avadanlıqlaşdırılması, istismara hazırlıq, özünəxidmət postlarının təqdim edilməsi, satışdan qabaq hazırlıq, avtomobillərin satışı, ehtiyat hissələrinin satışı, alətlərin, ləvazimatların və qulluq vasitələrinin satışı, TQ və təmir üçün əvvəlcədən sifarişlərinin qəbulu, yolda texniki kömək, nasaz avtomobillərin nəql edilməsi, pullu duracaqlarda avtomobillərin saxlanması, TQ və CT, qorunma və istismar üzrə məsləhətlərin verilməsi, qəzadan sonra avtomobilin təmir xərclərinin və ya qalıq dəyərinin hesablanması, abonent xidməti, təmir olunmuş aqreqatların, qovşaqların, hissələrin komission üsulla satılması, işlənmiş AKB-nin və başqa elementlərin qəbulu, texniki baxışa hazırlıq və DYP-yə təqdim etmək üçün müvafiq arayışın verilməsi. Yeni iş və xidmət növləri tətbiq edilə bilər.

Köməkçi işlərə anbar, nəql etmə, alətlərin və tərtibatların saxlanması və verilməsi, avadanlığın təmiri və saxlanması, istilik və enerji təchizatı, tullantıların ləğv edilməsi işləri aiddir.

Yuma, qəbul və diaqnostikadan sonra avtomobil bilavasitə TQ və təmir zonasına daxil olur, burada işlər növündən və təşkil üsulundan asılı olaraq müxtəlif istehsalat sahələri arasında paylanaraq yerinə yetirilir.

Avtomobillərin TQ və CT-nin işçi postlarda aparılması üçün nəzərdə tutulmuş istehsalat sahələri əsas istehsalat sahələri sayılır, müxtəlif növ postdan kənar  sex işlərinin (məsələn, elektrik avdanlığının, qida sistemi cihazlarının, akkumulyator batareyalarının, şinlərin, aqreqatların təmiri, tənəkəçi, rəngləmə işləri və s.) yerinə yetirlməsi üçün ixtisaslaşdırılmış və bununla da əsas sahələrin səmərəli işini təmin edən sahələr köməkçi istehsalat sahələri hesab edilir.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin