-Xəsarət almışların rayon xəstəxanaları arasında bərabər və səmərəli şəkildə
bölüşdürülməsi.
-Baş rayon mərkəzi xəstəxana rəhbərliyinə müalicə müəssilərinin yüklənməsi
haqqında vaxtaşırı məlumat vermək.
Köməkçi bölüşdürücü post(KBP) MRX-nin girəcəyində avtomobil yollarında
təşkil olunur.Köməkçi bölüşdürücü postun tərkibinə 1 nəfər tibb bacısı və 1 nəfər
ictimai asayiş qoruyan xidmətin nümayəndəsi daxildir.
Xəstəxana bazasının konkret vaxt çərçivəsində təşkili və fəaliyyət göstərməsi
xəstəxana bazası idarəsi və Mülki müdafiənin qərargahının əsas vəzifələrindən
biridir. Xəstəxana bazasının müalicə müəssələrinin açılması üçün təkcə kənd
rayonlarının deyil,eyni zamanda köçürülən iri şəhərlərin müalicə-profilaktika
müssisələrinin qüvvə və vasitələrindən də istifadə edilməlidir.Xəstəxana bazası
idarəsinin rəisi işlərə rəhbərlik edir və yuxarı tibb xidməti rəisinə məruzə edir.
Xəstəxana bazasının ehtiyyat çarpayı fondunun yaradılması üçün ictimai bina,
sanatoriya, istirahət evləri, turist bazaları, klub digər binalardan istifadə
olunmalıdır.
Xəstələrə qulluq üçün sanitar drujinalar, tibbi–sanitar hazirlığı olan ümumtəhsil və
texniki-peşə məktəblərinin şagirdlərindən istifadə olunmalıdır.
Baş xəstıxana hər bir müalicə təxliyyə istiqamətində yaradılır.
Baş xəstəxana xəsarətalmışların 1-ci mərhələdən 2-ci mərhələyə rayonlar üzrə
təxliyyəsini həyata keçirir və bir sıra şöbələrdən ibarətdir:
1) qəbul –çeşidləmə şöbəsi,
2) əməliyyat –sarğı şöbəsi.
3) profillər üzrə müalicə şöbəsi (şokəlehinə anaerob,doğuş və s.)
Qəbul–çeşidləmə şöbəsində çeşidləmə briqadası yaradılır və tərkibində 1həkim–
cərrah,2 tibb bacısı, 2 qeydiyyatçı,1 dozimetrist, 1-2 sanitar manqa olmalıdır.
Dostları ilə paylaş: