Mühazirələr toplusu Giriş


Volemut naqilsiz zona rabitə sisteminin



Yüklə 1,13 Mb.
səhifə17/19
tarix01.01.2022
ölçüsü1,13 Mb.
#103128
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   19
Volemut naqilsiz zona rabitə sisteminin avadanlığının tərkibinə mərkəzi kommutasiya stansiyası (MKS), mərkəzi zona kommutasiya stansiyası (MZKS), baza stansiyası (BS) və abunəçi stansiyası (AS) daxildir. Aşağıdakı şəkildə Volemut naqilsiz rabitə sisteminin bazası əsasında qurulmuş şəbəkənin strukturu təsvir edilmişdir (Şəkil 5.1). Təsvir edilən şəbəkə kvazişanvari strukturaya malikdir. Bu şəbəkə elə qurula bilər ki, zonalarin təsir radiusu bir-birini kəsmiş olsunlar. Nəticədə, radio dalğaları ilə ərazinin örtürülməsi uğurla həyata keçəcəkdir. Bu halda istisna halı kimi elə sahələr qalır ki, bu ərazilər rabitəxidməti ilə təmin edilmir. Volemut zona rabitə sistemində 3, zonalarda isə 2-60

kanal ola bilər. Mərkəzi kommutasiya stansiyası az sayda abunəçiləri olan zonada



Şəkil 6.1Volemut rabitə sistemi əsasında qurulmuş rabitə şəbəkəsinin struktur sxemi

yerləşir. Onu ÜİTŞ-nə və baza stansiyasına çıxışı nəzərdə tutulur. Baza stansiyası ilə mərkəzi kommutasiya stansiyası arasındakı kanalların sayı, həmin baza stansiyasının xidmət edə biləcəyi kanalların sayına bərabər olur. Başa düşmək çətin deyildir ki, şəbəkənin bu formada təşkili, mərkəzi zonada telefon sıxlığı yüksək olan hallara aiddir. Bu halda periferiya sahələrində telefon sıxlığı aşağı olur. Məsələ burasındadır ki, periferiya zonasından kənarda yerləşmiş stansiya abunəçilərinin sistemə qoşulması məsafə uzun olduğu üçün özünü döğrultmur, çünki bu rabitə BS→ MKS arasındakı birləşdirici xətlərlə həyata keçirilir. Volemut şəbəkəsinin periferiya sahəsində kifayət qədər istifadəçi olarsa, onların ATS abunəçiləri ilə rabitəsini MKS-dən keçmədən birbaşa təşkil etmək lazım gəlir. Bununla MKS ilə perferiya zonasındakı BS arasındakı birləşdirici xətlərin sayını azaltmaq olur. (yerli birləşmə sahələrini kənarlaşdırmağa imkan verir). Bu məqsədlə periferiya zonalarında əsas zona kommutasiya mərkəzləri (stansiyaları) (ZKM) qurulur. ZKM-MKS-ə ŞTŞ-ə qoşulur. Bundan sonra periferiya zonalarında ZKM-də Volemut şəbəkəsinin abunəçiləri ÜİTŞ-ilə rabitəyə daxil olur. Bu halda ZKM ilə MKS arasındakı birləşdirici xətlərin sayı zonanın radiokanallarının sayından kifayət qədər az olur, çünki yerli trafik

birləşdirici xətlərlə xidmət edilmədən ötürülür.

Volemut naqilsiz radio şəbəkəsində ZKM ilə MKS arasında birləşmə 4 naqilli traktlarla(sıxlaşdırılmış kanallarla) təşkil edilir. Həmin traktlar MKS-də kanal tutumu əvəzinə radiokanal hüququnda qoşulur. ZKM-ə birləçdrici xətt dəstələrini qoşmaq üçün xüsusi magistral kanallar komplekti istifadə edilir.

Volemut sistemi mərkəzi və 15 periferiya ZKM- i olan (olmayan) zonaya malik şəbəkəsi yaratmağa imkan verir. Volemut naqilsiz radio şəbəkəsində MKS-siz radiokanalların sayı MKS üçün nəzərdə tutulan kanal tutumundan çox ola bilməz (29 kanal,dupleks kanallarının yarısı qədər).

Volemut naqilsiz radio şəbəkəsinin periferiya zonalarında ZKM-in qurulması, zona daxilində 19 ədəd radiokanal təşkil etməyə imkan verir. Bu halda ZKM-ə qoşulmaq üçün MKS-in 2-4 saylı kanalları məşğul edilir. Beləliklə, periferiya zonalarında ZKM-in təşkili Volemut şəbəkəsində mümkün olan 89 padiokanal sayını 345 kanala qədər çatdırmağa imkan verir (mərkəzi zonada 60 kanalı 15 periferiya zonası arasında, hərəsində 15 kanal, MKS ilə ZKM arasında 2 ədəd birləşdirici xətdən istifadə etməklə). Bu halda paylanmış zona şəbəkəsində eyni tezlikli radiokanallardan istifadə edilməsi nəzərədə tutulur.

Aşağı səthi abunəçi sıxlığına malik regionlarda Volemut sistemi bazası əsasında rabitənin təşkili üçün, mərkəzi kommutasiya stansiyası daxil olmaqla, periferiya zonasından savayı (ilkin şəbəkələr), zona kommutasiya stansiyaları daxil olmaqla periferiya zonaları (II-ci dərəcəli şəbəkələr) təşkil edilir. Zona kommutasiya stansiyası daxil olmaqla 7ədəd II-ci dərəcəli periferiya zonaları təşkil edilə bilər.Bu halda II-ci dərəcəli şəbəkələrin baza stansiyalarını ZKM-na qoşmaqla, zona naqilsiz radio şəbəkələri təşkil edilə bilər.Təsvir edilən şəbəkənin tutumu imkan verir ki, MKS olmaqla 10000 AS, ZKM təşkil etməklə isə 1000 AS-a xidmət edilə bilsin .




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin