MüNDƏRİcat giriş



Yüklə 0,53 Mb.
səhifə14/42
tarix10.01.2022
ölçüsü0,53 Mb.
#104119
1   ...   10   11   12   13   14   15   16   17   ...   42
Hüquq Tədris Mərkəzi 

Hüquq Tədris Mərkəzi 2013-cü ilin yanvar ayında Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) dəstəyi ilə “Azərbaycan Hüquq Konsorsiumu” layihəsi çərçivəsində yaradılmışdır. AHK layihəsinin ümumi məqsədləri hüququn aliliyinin, vətəndaşların hüquqlarının və maraqlarının daha yaxşı müdafiəsinin təmin olunması üçün hüquqi maarifləndirmə və vətəndaş cəmiyyətinin təsirliliyinin artırılmasıdır. Layihənin xüsusi məqsədləri isə Azərbaycan hökümət dairələrinin vətəndaşların hüquqlarının qorunması sahəsində həyata keçirilən islahatların inkişafının aktiv şəkildə dəstəklənməsi və təşviq edilməsi, müştərilərə yardım göstərilməsi və qanunların tətbiqi sahəsində hüquqi peşəkarlığın səviyyəsinin artırılmasından ibarətdir.

Hazırda Azərbaycanda gənc hüquqşünasların hazırlanması əsasən akademik səviyyədə keçirilir. Belə ki, tələbələrin kifayət qədər praktiki vərdişlərə yiyələnməməsi uğurlu karyeranın başlanmasına təsir edir. Bu məqsədlə Mərkəzdə gənc məzun və hüquqşünas tələbələr üçün intensiv təlimlərin keçirilməsi və müxtəlif mövzuda nəşriyyatların çap olunması nəzərdə tutulur. Kursların nüfuzunu və xidmətlərin yüksək keyfiyyətliliyini təmin etmək məqsədilə Tədris Mərkəzinə hüquq elmini tədris edən aparıcı mütəxəssislər və praktik hüquqşünaslar cəlb olunur. Bundan başqa, gənc hüquqşünaslara və hüquq tələbələrinə insan hüquqları üzrə biliklərin praktiki baxımdan təkmilləşdirilməsi, vəkillik bacarıqlarının aşılanması, məhkəmə çəkişmələri və məhkəmə çıxışları zamanı peşəkar hüquqşünaslarla müşayiət olunmaları nəzərdə tutulmuşdur. Mərkəz hər il ən azı 20 tələbəyə yüksək keyfiyyətli əsaslarla təlim-tədris kursları keçməyi və 6-7 gənc hüquqşünası Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmağı planlaşdırır.

Mərkəzin məqsədi aşağıdakılardan ibarətdir:



  • İnsan hüquq və azadlıqları sahəsində biliklərin və məlumatların artırılması, cəmiyyətdə konstitusionalizm dəyərlərinin təbliği;

  • Gənc hüquqşünasların vəkillik üzrə imtahanlara hazırlanması;

  • İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təsisatların nümayəndələrinin və üzvlərinin insan hüquqlarının müdafiəsinin milli və beynəlxalq mexanizmlərində istifadə bacarığının artırılması üçün dövrü kursların təşkili;

  • Gənc hüquqşünasların və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Universitetlərin hüquq fakültəsi tələbələri ilə hüquq sahəsində tanınmış milli və beynəlxalq ekspertlərlə görüşlərin təşkili.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin