Müqəddİmə Bir neçə zəruri xatırlatma


Ehtİyac duyulan aktual məsələlər



Yüklə 9,34 Mb.
səhifə82/88
tarix22.10.2017
ölçüsü9,34 Mb.
#11316
1   ...   78   79   80   81   82   83   84   85   ...   88

Ehtİyac duyulan aktual məsələlər

Bank və xeyriyyə fondlarının müamilələri


Məsələ 2420: Xalqın banklardakı cari hesablara yatırdığı pullar qərzül-həsənə, yə’ni xeyriyyə məqsədi ilə borc mahiyyəti daşıyır. Onlar istədikləri vaxt bu pulu geri ala bilər. Əgər verilən pul müqabilində qazanc nəzərdə tutularsa haramdır. Bu halda borc da batildir və bank həmin puldan istifadə edə bilməz.

Məsələ 2421: İnsanların banka yatırdığı qısa müddətli və uzun müddətli pullar və nəzərdə tutulan qazanclar yalnız şər’i ölçülər çərçivəsində halaldır. Bu pullar müzaribə və şirkət kimi dini müamilələr şəklində mümkün sayılır. Pul verən şəxs əmin olmalı və ya ehtimal etməlidir ki, bank onun vəkili olaraq müştəri ilə müamilələrdə şər’i ölçüləri nəzərdə saxlayacaq. Amma əmin olsa ki, bütün deyilənlər zahiridir və kağız üzərindədir, götürülən qazanc haram olur.

Məsələ 2422: Şəxslərin banklardan qərzül-həsənə adı ilə götürdüyü pullar və ödədikləri əlavələr yalnız şər’i ölçülərlə nizamlandıqda halaldır. Şər’i ölçülər nəzərdə tutulmasa bu əməliyyatlar sələm yönümlü olur.

Məsələ 2423: İnsan bilsə ki, bankda həm halal, həm də haram pullar var, amma hansı puldan ona verildiyini bilməsə, həmin pulu ala bilər. Amma əmin olsa ki, ona verilən pul haram puldur, bu puldan istifadə edə bilməz. Bu qəbil pullar vacib ehtiyata əsasən şər’i hakimin icazəsi ilə onun əsil sahibi tərəfindən sədəqə verilməlidir. Bu əməliyyatlarda bankın daxili və ya xarici, dövləti və ya qeyri-dövləti olmasının fərqi yoxdur.

Məsələ 2424: Xarici, qeyri-müsəlman banklarından qazanc almaq olar. Amma müsəlman banklarından qazanc almaq haramdır.

Məsələ 2425: Bank və ticarət köçürmələri halaldır. Bank və ya tacir bir şəxsdən pul alıb, ona qəbz verir və həmin pulu başqa bir yerdə ona ödəməyi öhdəsinə götürür. Pulun köçürülməsi üçün pul sahibindən nə isə alır. Belə bir müamilə halaldır. Köçürmə haqqını həmin puldan çıxmaq və ayrıca götürmək olar. Eləcə də, bank və ya müəssisə bir şəxsə pul verib onu başqa bir məhəldə bankın şö’bəsinə çatdırmağı tapşırarsa, ona verdiyi zəhmət haqqı halaldır.

Məsələ 2426: Girov bankları borc verib qazanc götürmək məqsədi ilə girov alsalar həm borc batildir, həm bankın girov malı satmağa haqqı yoxdur. Girov malı alan şəxs də ona sahib olmur.

Məsələ 2427: Xeyriyyə fondlarının əmək haqqı ünvanında pulların saxlanması üçün verdiyi haqlar halaldır. Amma vacib ehtiyat budur ki, bu məbləğ bankın ümumi xərclərinə uyğun olsun. Belə olmasın ki, pulun qazancı əmək haqqı adı ilə alınsın. Xeyriyyə fondları (qərzül-həsənə sandıqları) verilən borc müqabilində heç bir şərt qoya bilməz. Məsələn, deyə bilməzlər ki, verilən borca görə işçiyə əmək haqqı verilməlidir. Demək, alınan əmək haqqı borcdan ayrı olmalıdır.

Məsələ 2428: Bə’zi xeyriyyə fondları öz sərmayələrini ticarət və sərmayə işlərinə yatırır. Beləcə, götürülən qazancla fondun xərcləri ödənir. Bu iş o zaman mümkündür ki, pul sahibləri əməliyyatlardan xəbərdar olub buna icazə versinlər. Götürülən qazanc da yalnız bankın xərclərinə sərf edilsin.

Siftə və çek


Məsələ 2429: “Siftə” dedikdə pul yox, borcu təsdiqləyən sənəd nəzərdə tutulur. Bu kağızla müamilə başa çatmır. Siftə iki qisimdir:

1. Borclunun borc sahibinə verdiyi siftə həqiqi siftədir;

2. Bir dostun borclu olmadığı dosta verdiyi siftə dostcasına siftədir. Dostcasına siftə verilir ki, bu siftə üçüncü bir şəxsə çatdırılsın və ondan nağd pul götürülsün.

Çek” də siftə kimi iki qisimdir:



1. Həqiqi və müddətli çek bir şəxsin o birindən tələbini göstərir. (Məsələn, mal əvəzində çek verilir.) Bu qəbil müddətli çeki aşağı qiymətə tələbkar şəxsə nağd vermək olar. Onu üçüncü bir şəxsə az qiymətə satmaq da olar;

2. Dostcasına çek odur ki, bu çek tələb edilmədiyi halda verilir. Belə bir halda onunla müamilə edilməsinə irad var.

Məsələ 2430: Həqiqi siftəni bir şəxs başqa birinə aşağı məbləğə versə, (üç ay müddəti olan 1000 manatlıq siftəni 900 manata nağd dəyişsə) bu qəbil siftə müamiləsinə irad yoxdur. Amma dostcasına siftə ilə müamiləyə irad var. Çünki burada həqiqi borc yoxdur. Problemin aradan qaldırılması üçün göstərilən yolların heç biri nöqsansız deyil.

Məsələ 2431: Siftədə imzası olan şəxsə müraciət edilə bilər. Yə’ni siftə verən borcunu vaxtında ödəməsə borc sahibi siftə üzərində imzası olan şəxsdən tələb edə bilər. Siftəni imza edənlər borca zamin qalır. Həmin şəxs ödəmədikdə imza edənlər ödəyir.

Məsələ 2432: Müxtəlif valyutaların müamiləsi halaldır. Yə’ni İran pulunu Səudiyyə rialına müamilə etmək olar. Amma bir şəxsə müəyyən miqdarda borc verən şəxs həmin pulun İran və ya xarici pul olmasından asılı olmayaraq, verdiyi qədər ala bilər. Aldığı artıq sələm sayılır və haramdır. Məsələn, bir şəxs 100 dollar borc versə, sonra əvəzində iran rialı almağa məcbur olsa, günün qiyməti ilə hesablaşmalıdır.

“Sərqofli”


Məsələ 2433: “Sərqofli” dedikdə icarəçinin sahibə ödədiyi və ona icarədə üstünlük haqqı verən pul nəzərdə tutulur. Bu pulu ödəyən icarəçi mülkün icarəsində başqalarından önəmli haqqa malikdir. Qədimdə sərqofli olmamışdır. Bu gün belə bir məfhumdan istifadə olunur və sərqofli aşağıdakı şərtlərlə düzgün sayılır:

Sərqofli miqdarı mə’lum olmalıdır. Tərəflər razılıqla müamiləni yerinə yetirməlidir. Onlar büluğ həddinə çatmış, ağıllı, yetkin olmalı, sərqofli və onun şərtlərini bilməlidirlər.



Məsələ 2434: Mülk sahibi öz mülkünü icarəyə verib icarə haqqından əlavə sərqofli ala bilər. Bu halda sahib icarə haqqı başa çatsa da öz mülükünü başqasına icarəyə verə bilməz. Amma sərqofli ödəmiş icarəçi razı olsa, mülkü başqa birinə icarəyə vermək olar. Birinci icarəçi mülkün sərqoflini başqa birinə az və ya çox qiymətə həvalə edə bilər.

Məsələ 2435: Əgər sərqofli ödənmiş mülkün icarə müddəti başa çatsa, sahib mülkü həmin icarəçiyə və ya onun razılıq verdiyi başqa birinə təqdim etməyə vəzifəlidir. Belə bir məqamda icarə haqqı günə uyğun mütəxəssis qiyməti əsasında tə’yin edilir.

Məsələ 2436: Mülkü icarəyə götürmüş və sərqofli ödəməmiş şəxs sərqofli müddəti başa çatdıqdan sonra ev sahibindən icazəsiz həmin mülkdə qala bilməz. Əgər evi boşaltmasa qəsbkar və mülkə zamin sayılır. İcarə qiyməti, artımlar onun öhdəsinədir. Mülk sahibinin icazəsi olmadan belə birindən mülkü icarəyə götürmək olmaz.

Məsələ 2437: Bir şəxs sərqofli verməklə bir mülkü icarəyə götürsə, icarə müddəti tamam olmamış mülkü digər birinə icarəyə verə bilər. O həmin şəxsdən istədiyi miqdarda sərqofli ala bilər. İcarəçinin dəyişməsində mülk sahibinin də razılığı şərtdir. Amma bu haqq öncədən icarəçiyə verilmişsə, mülk sahibinin razılığına ehtiyac yoxdur.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin