Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə111/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
182 
 
olunması məsələləri mühasibat xidməti tərəfindən daim 
diqqət mərkəzində saxlanılmalıdır.
Müəssisə və təşkilatın ləğvinə dair əməliyyatların 
uçotuna, yekun maliyyə hesabatlarının və konsolidə 
edilmiş maliyyə hesabatlarının tərtibinə görə məsuliyyəti 
bu təşkilatın ləğvini aparan ləğv komissiyası daşıyır. 
Müəssisənin ləgvi zamanı onun əmlakı da ləğv 
komissiyasının müəyyən olunmuş qaydada təyin etdiyi 
qiymətlərlə uçota alınır. Ümidsiz borclar və zərərlər yekun 
maliyyə hesabatlarına və yekun konsolidə edilmiş maliyyə 
hesabatlarına daxil edilmir. Ləğv olunan müəssisənin 
öhdəlikləri dəqiqləşdirilərək yekun “Maliyyə vəziyyəti 
haqqında” hesabatda əks etdirilir və “Əhəmiyyətli uçot 
siyasətləri və izahlı qeydlər”də ödəniş günündən 
başlayaraq öhdəliklərin yerinə yetirilməsi xronoloji 
ardıcıllıqla bölgü üzrə göstərilir.
Azərbaycanda mühasibat uçotu sahəsində həyata 
keçirilən islahatlar aşağıdakı mərhələləri əhatə edir :
* mühasibat uçotu subyektlərinin fəaliyyətini 
tənzimləyən qanunvericilik aktları paketinin hazırlanması 
və qəbul edilməsi;
 
* qanunvericiliyə müvafiq surətdə yeni maliyyə 
hesabatlarının vaxtında təqdimatı; 

yeni 
maliyyə 
hesabatlarının hazırlanması 
məqsədilə fasiləsiz təlim prosesinin həyata keçirilməsi. 


Mühasibat uçotu A.H.Əliyeva 
 
183 
 
14.2.Mühasibat uçotunun təşkilində 
müəssisənin vəzifələri 
 
Mühasibat uçotu idarəetmədə mühüm vasitə olmaqla 
yanaşı 
planlaşdırmada, 
müəssisə 
təsərrüfat-maliyyə 
fəaliyyətinin tənzimlənməsində, istehsalın daha yüksək 
səviyyədə təşkil olunmasında əsaslı rol oynayır. Müasir 
idarəetmə sisteminin bazar iqtisadiyyatı tələblərinə uyğun 
təşkili bilavasitə mühasibat uçotunun beynəlxalq uçot 
sistemlərinə uyğun inkişafı və təkmilləşdirilməsi ilə əlaqə-
dardır. 
Mühasibat uçotunun təşkilində müəssisənin vəzifələri 
aşağıdakılardır:

müəssisə əmlakının, öhdəliklərinin və bütün 
təsərrüfat əməliyyatlarının mühasibat uçotunun mövcud 
qanunçuluğa uyğun işlənib hazırlanmış mühasibat uçotu 
standartlarına, mühasibat uçotunun hesablar planına və 
başqa normativ sənədlərə uyğun mühasibat uçotu hesabların-
da qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə aparılması; 

hesabat 
dövründəki 
mövcud 
əmlakın, 
öhdəliklərin, kapitalın, hesablaşmaların və digər sərvətlərin 
inventarlaşmasının nəticələrinin uçotda tam və düzgün əks 
etdirilməsi;

bütün təsərrüfat əməliyyatlarının ardıcıl 
olaraq uçot registrlərində düzgün qeydiyyatının təmin 
edilməsi;

gəlir və xərclərin hesabat dövrünə düzgün 
aid edilməsi; 

maliyyə, bank, vergi orqanları, investorlar, 
malsatanlar, malalanlar, kreditorlar, dövlət orqanları və digər 



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin