Mühasibat uçotu A.H.Əliyeva
20
“Uzunmüddətli aktivlər”
“Qısamüddətli aktivlər”
“Xalis aktivlər(Kapital)”
“Uzunmüddətli öhdəliklər”
“Qısamüddətli öhdəliklər”
“Gəlirlər”
“Xərclər”
“Mənfəət (zərər)”
“Mənfəət vergisi”.
İqtisadi subyektlərdə əmlakın daxil olması, istifadə
olunması və onların əmələgəlmə mənbəələri ilə əlaqədar
olaraq müxtəlif təsərrüfat əməliyyatları baş verir ki, bu da
çoxlu miqdarda mühasibat uçotu hesablarının istifadə
olunmasını tələb edir. Mühasibat uçotunun hesabları uçotu
asanlaşdırmaq məqsədilə sintetik, subhesab və analitik
hesablara bölünməklə hesablar planını təşkil edir.
Yeni hesablar planı 2008-ci il yanvarın 1-dən Аzər-
baycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18
iyul tarixli 140 nömrəli qərarı ilə maliyyə hesabatlarını
Beynəlxalq standartlara əsasən mühasibat uçotunu apar-
malı və maliyyə hesabatlarını təqdim etməli olan aşağıda-
kı ictimai əhəmiyyətli qurumlarda tətbiq edilməlidir:
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Barmek” Azər-
baycanelektrikşəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyəti,
“AzərCell” Birgə Müəssisəsi, Аzərbaycan Respublikası-
nın Dövlət Neft Şirkətinin zavod və birlikləri, Аzərbaycan
Dövlət Dəmir Yolu İdarəsi, Bakı Metropoliteni, “Аzərbay-
can Hava Yolları” Dövlət Konserni, Dövlət Xəzər Dəniz
Gəmiçiliyi, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti,
Mühasibat uçotu A.H.Əliyeva
21
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərkimya” Dövlət
Şirkəti və s.iri şirkətlər.
Hesablar Planı
maliyyə hesabatı elementlərinin qrup-
laşdırılması və dəyər ifadəsində cari vəziyyətinin əks etdi-
rilməsi üçün nəzərdə tutulmuşdur. Milli Standartların tə-
ləblərinə cavab verən mühasibat uçotunun Hesablar Planı
bu Standartlara əsaslanan prinsiplər, maliyyə hesabatla-
rının keyfiyyət xüsusiyyətləri və maliyyə hesabatları ele-
mentlərinin qiymətləndirmə metodlarına uyğun olaraq ha-
zırlanmış və təsdiq edilmişdir. Hesablar Planı mühasibat
informasiyaları sisteminin formalaşmasının metodoloji
əsasını təşkil edən uçot modelini özündə birləşdirir.
Hesablar planından istifadəni asanlaşdırmaq üçün hər
bir hesaba şifrə verilir. Mühasibat uçotu yazılışları zamanı
hesabın adı əvəzinə onun şifrəsi göstərilir. Hazırda respub-
likamızda mühasibat uçotunun hesablar planı Azərbaycan
Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmişdir.
Hesablar artan likvidlik dərəcəsi qaydasında düzülmüşdür.
Mühasibat uçotunun hesablar planında hesablar onların
iqtisadi təyinatına görə bölmələr üzrə qruplaşdırılmışdır.
Mühasibat uçotu hesablarının bölmələr üzrə təsviri hesab-
lar planında nəzərdə tutulmuş ardıcıllıqla verilir.
Mühasibat uçotu hesabatlarının, hesablar planının
dövlət tərəfindən tənzimlənməsinin məqsədi Azərbaycan
Respublikasında beynəlxalq aləmdə qəbul edilmiş prinsip-
lərə və mühasibat uçotu standartlarına cavab verə bilən
vahid mühasibat uçotu sisteminin formalaşmasından, bu
sahədə onun müvafiq hüquqi və metodiki baza ilə, uçot və
hesabat formaları ilə təmin etməkdən ibarətdir. Göstərilən
|