Mühasibat uçotu A.H.Əliyeva
32
Vəsaitin əmələgəlmə mənbələri hesabları aşağıdakı
qruplara bölünür:
Xüsusi vəsait mənbələrini uçota alan hesablar. Bu
qrup hesablarda müəssisənin əsas fəaliyyəti üçün
təyin edilmiş xüsusi vəsaitin əmələgəlmə mənbələri
əks etdirilir. Belə hesablara nizamnamə kapitalı,
əlavə kapital, ehtiyat kapitalı, xüsusi təyinatlı fond-
lar, bölüşdürülməmiş mənfəət, və s. aiddir.
Xüsusi təyinat mənbəli hesablar.
Bu hesablarda
xüsusi məqsəd üçün təyin edilmiş vəsait mən-
bələri uçota alınır. Bəzi hallarda həmin vəsait
mənbələri müəssisənin
əsas fəaliyyəti üçün də
istifadə edilə bələr. Belə hesablara əsas vəsaitin
köhnəlməsi, məqsədli maliyyələşmələr və daxil
olmalar hesabları aid ola bilər.
Bank kreditləri hesabları. Həmin hesablarda bankın
qısa və uzun müddətli ssudaları uçota alınır.
Kreditorlarla hesablaşmaları uçota alan hesablar.
Burada
müəssisənin başqa müəssisələrə, idarələrə
və ayrı-ayrı şəxslərə olan kreditor borcları əks
etdirilir. Bu qrup hesablara malsatan və podrat-
çılarla hesablaşmalar, sosial sığorta və təminat üzrə
hesablaşmalar, əməyin ödənişi üzrə hesablaşmalar,
uzun və qısamüddətli borclar, təsisçilərlə hesahlaş-
malar,
gələcək dövr gəlirləri, qarşıdakı xərclər və
ödəmələr üçün ehtiyatlar,
şübhəli borclar üzrə
ehtiyatlar aiddir.