Mühasibat uçotu A.H.Əliyeva
77
“Öhdəliklərin hərəkəti cədvəli”ndə aşağıdakılar əks
etdirilir:
* mühasibat uçotu registrlərinin məlumatlarına əsa-
sən öhdəliklərin dövrün əvvəlinə mövcud olan qalıq məb-
ləğləri, yəni öhdəliyin adı, yaranması üzrə ilkin uçot sənə-
dinin adı, tarixi və nömrəsi və məbləği;
* təsərrüfat subyektinin öhdəliyi yarandıqda, yaran-
mış öhdəliyin adı, ilkin uçot sənədinin adı, tarixi və nöm-
rəsi və məbləği;
* öhdəlik ödənildikdə,
həmin öhdəliyin ödənilməsi
üzrə ödəniş sənədinin adı, tarixi və nömrəsi və məbləği;
* öhdəliyin dövrün sonuna qalıq məbləği.
“Uçot kitabı”
– müəyyən dövr ərzində baş vermiş
təsərrüfat əməliyyatları haqqında məlumatların ilkin uçot
sənədlərinə əsasən sistemləşdirilməsi
üçün nəzərdə
tutulmuşdur.
Təsərrüfat subyekti fəaliyyətinin uçotunu “Uçot
kitabı”nda aşağıdakı kimi əks etdirir:
“Uçot kitabı”nın “Gəlirlər” bölməsində ilkin uçot
sənədlərinə əsasən gəlirlər üzrə əməliyyatın məzmunu, il-
kin uçot sənədinin adı, tarixi və nömrəsi, dövrün əvvəlinə
qalıq məbləği, hesablanılmış məbləğ, daxilolmalar üzrə il-
kin uçot sənədinin adı, tarixi və nömrəsi, məbləği və əmə-
liyyatlar üzrə dövrün sonuna qalıq məbləği əks etdirilir.
“Uçot kitabı”nın “Xərclər” bölməsində ilkin uçot
sənədinə əsasən xərclər üzrə əməliyyatın məzmunu, ilkin
uçot sənədinin adı, tarixi və nömrəsi, dövrün əvvəlinə qa-
lıq məbləği, hesablanılmış məbləğ, ödənişlər üzrə ilkin
uçot sənədinin adı, tarixi və nömrəsi, məbləği və əməliy-
yatlar üzrə dövrün sonuna qalıq məbləği qeyd olunur.