Mühasibat uçotu A.H.Əliyeva
101
Hazır məhsulun satışının həyata keçirilməsi zamanı
aşağıdakı proseslərin qarşılıqlı əlaqəsini təhlil edək (Sxem
8.1).
Sxem 8.1. Satış prosesi
Burada alıcı, sifarişçi və pul ödəyən eyni fiziki və ya
hüquqi şəxs kimi çıxış edir.
Hazır məhsulun satışı və onun ödənişi aşağıdakı ardı-
cıllıqla həyata keçirilir.
1. Malgöndərən və alıcı (sifarişçi) arasında müqavilə
imzalanır.
2. Malgöndərən məhsulları alıcı üçün yükləyir.
3.Alıcı tədiyyə tapşırığını özünün hesablaşma hesa-
bından pulu malgöndərənin (pulu alanın) hesabına köçür-
mək üçün banka verir.
4.Bank alıcıya pul vəsaitinin silinməsi haqqında he-
sablaşma hesabından çıxarışı verir.
Mühasibat uçotu A.H.Əliyeva
102
5.Alıcının (ödəyicinin) bankı tədiyyə tapşırığını mal
göndərənin bankına göndərir və pul vəsaitini onun hesab-
laşma hesabına köçürür.
6.Malgöndərənin bankı ödənən məbləğin pulu alanın
hesablaşma hesabına yatırıldığı haqda çıxarışı ona təqdim
edir.
Məhsul satışının həyata keçirilməsində mühasibat
uçotu qarşısında
satılmış məhsulun maya dəyərini müəy-
yən etmək, satılmış hazır məhsul üzrə hesablaşmalar apar-
maq, məhsul satışından əldə olunan mənfəət və yaxud zə-
rəri müəyyən etmək kimi vəzifələr durur. Müəsisənin əsas
fəaliyyəti dairəsində istehsal edilən, yerinə yetirilən,
yaxud göstərilən iş, xidmət «Məhsul (iş, xidmət) satışı»
hesabında müəyyən edilir. Həmin hesabda satışdan daxil
olan məbləğlə satılmış məhsulun tam maya dəyəri
arasındakı fərq müəssisənin maliyyə nəticəsini - mənfəət
və ya zərəri təşkil edir. «Məhsul (iş, xidmət) satışı»
hesabının kredit dövriyyəsi onun debet dövriyyəsindən
çox olan hallarda həmin çox hissə son nəticənin mənfəətlə
başa gəlməsini göstərir və bu əməliyyat uçotda aşağıdakı
kimi əks etdirilir:
Dt Kt
Məhsul (iş, xidmət) satışı» «Mənfəət və zərər»
Satışdan zərər əldə edildikdə «Mənfəət və zərər» he-
sabının debeti «Məhsul (iş, xidmət) satışı» hesabının kre-
diti ilə müxabirləşməklə uçotda əks etdirilir. Beləliklə, gö-
ründüyü kimi «Məhsul (iş, xidmət) satışı» hesabı məh-
sulların, malların, yerinə yetirilmiş işlərin və göstərilmiş
xidmətlərin satışı prosesi haqqında məlumatları ümumiləş-
dirmək və onların satışından əldə edilən maliyyə nəticəsini
|