135
mi, maliyyə qoyuluşu, iqtisadi faydalılığın artırılması və
yeni nəticələrə dair əlavə təkliflər də ətraflı şərh və təhlil
edilir.
Müəssisənin hesabat dövründəki (ay, rüb, il) maliyyə
hesabatı uçot prosesinin yekun mərhələsidir.
Bütün müəssisə və təşkilatlarda illik maliyyə
hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən
edilir:
Müəssisə və təşkilatlar üçün hesabat dövrü
yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla;
İl ərzində oktyabr ayının 1-dək yeni
yaradılan müəssisə və təşkilatlar üçün birinci hesabat
dövrü onların hüquqi şəxs statusuna malik olduğu tarixdən
dekabr ayının 31-i daxil olmaqla;
Oktyabr ayının 1-dən sonra yeni yaradılmış
müəssisə və təşkilatlar üçün birinci hesabat dövrü onların
qanunvericiliklə
müəyyən
edilmiş qaydada dövlət
qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının
31-i daxil olmaqla.
10.4. Maliyyə hesabatının tərtibi və təqdim olunma
qaydası
Azərbaycan
Respublikası
Maliyyə
Nazirliyi
tərəfindən hazırlanan və təsdiq olunan mühasibat
(maliyyə) hesabatının nümunəvi formaları və tərtibi
qaydaları Vergilər Nazirliyi və Dövlət Statistika Komitəsi
ilə də razılaşdırılmalıdır. Nazirlik, baş idarə və digər idarə-
etmə orqanları, özlərinə tabe olan müəssisə və təşkilatlar
üzrə icmal mühasibat hesabatı tərtib edirlər. Hesabatın
Mühasibat uçotu A.H.Əliyeva
136
düzgün tərtib edilməsinə müəssisə rəhbəri və baş mühasib,
eləcə də maliyyə şöbəsinin rəhbəri məsuliyyət daşıyır.
İllik hesabatı tərtib etməzdən əvvəl bir sıra hazırlıq
işləri: pul vəsaitinin, material qiymətlilərinin və digər
dəyərlilərin inventarlaşması aparılmalıdır. İnventarlaşm-
anın nəticələri (əskik gəlmiş məbləğlərinin müəyyən
edilərək silinməsi, eləcə də onların artıq gəlməsinin
mədaxil edilməsi) illik hesabat tərtib edilənə qədər hesabat
ilinin uçotunda qüvvədə olan normativ sənədlərə uyğun
əks etdirilməlidir. İllik hesabat tərtib edilməzdən əvvəl
görülən növbəti tədbirlərdən biri də mühasibat uçotu he-
sablarına son yazılışların aparılmasıdır. Hesablarda apa-
rılan son yazılışların köməyi ilə müəsisənin və ya
təşkilatın son maliyyə nəticələri müəyyən edilir. Sintetik
və analitik hesablardakı məlumatlar dəqiqləşdirilərək
onlar üzrə qalıqlar müəyyən edilir. Bu hesablar üzrə qalıq-
ları müəyyən etməzdən əvvəl büdcə, sosial sığorta və s.
qarşısındakı öhdəçiliklərin düzgün əks etdirilməsini diq-
qətlə yoxlamaq, hesabat ili ərzində amortizasiya normaları
üzrə hesablamalar, ümumistehsalat və ümumtəsərrüfat
xərcləri bölüşdürülməli, məhsulun maya dəyərinin kalkul-
yasiyası tərtib edilməli və bitməmiş istehsalın qalığı
müəyyənləşdirilməli, hesablar üzrə aşkar edilmiş fərqlər
üçün əlavə yazılışlar aparılmalı, “Hazır məhsul” hesabı
bağlanmalı, sonra “Satış” hesabı vasitəsi ilə hər bir məhsul
və xidmət növü üzrə maliyyə nəticələri müəyyən edilməli,
mənfəət bölüşdürülməli, onun müəssisənin sərəncamında
qalan hissəsi təyin edilməlidir.
|