Müsahibat uçotu



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə95/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   152
2016-2447

 
 
11.4.
Mühasibat uçotunun metodoloji əsasları 
Ümumi halda maliyyə uçotu müəssisə fəaliyyətinə 
nəzarət və verginin hesablanması üçün dövlətə lazımdır, 
həmçinin investorlar üçün vahid informasiya sahəsinin 
yaradılması üçün lazımdır. Buna görə hər hansı dövlət ma-


Mühasibat uçotu A.H.Əliyeva 
 
155 
 
liyyə uçotunun metodologiyasını qaydaya salır və hesaba-
tın hazırlanmasına nəzarət edir.
Mühasibat uçotunun metodoloji əsaslarını
bu sa-
həni tənzimləyən normativ sənədlər təşkil edir. Mühasibat 
uçotunun metodoloji əsaslarını əks etdirən normativ 
sənədləri iki hissəyə ayırmaq olar: 
I - mühasibat uçotunun metodoloji əsaslarını təyin 
edən və bu sahəni tənzimləyən əsas sənəd olan “Mühasi-
bat uçotu haqqında” Azərbaycan Respublikasının qanunu. 
II-“Mühasibat uçotu haqqında” qanunu daha da 
konkretləşdirən Mühasibat uçotunun milli, beynəlxalq, 
büdcə təkilatları üzrə və qeyri-hökumət təşkilatları üzrə 
standartları və digər normativ aktları. Sənədlərdə bu 
normativ aktların metodologiyasına əməl olunması 
məcburi xarakter daşıyır. “Mühasibat uçotu haqqında” 
Azərbaycan Respublikasının qanunu mühasibat uçotunun 
metodoloji əsaslarını ümumi olaraq müəyyən edir, 
mühasibat uçotu standartları digər normativ aktlar isə 
mühasibat uçotunun ayrı-ayrı konkret sahələri üzrə 
metodoloji əsasları təyin edir.
Mühasibat uçotunun metodiki əsaslarını Azərbaycan 
Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, 
Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyinin və digər müvafiq orqanlarının təsdiq etdiyi 
təlimat, qayda və göstərişlər müəyyən edilir ki, onlar da 
mühasibat uçotunu tənzimləyən normativ aktlardan fərqli 
olaraq məsləhət xarakteri daşıyır.



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin