Mühasibat uçotu A.H.Əliyeva
156
FƏSİL XII
İDARƏETMƏ UÇOTUNUN NƏZƏRİ ƏSASLARI
12.1. İdarəetmə uçotunun iqtisadi mahiyyəti, vəzifələri
və təşkili
İdarəetmə uçotu
– cari istehsalat-təsərrüfat
fəaliyyətinin təkmilləşməsi üzrə optimal idarəetmə qərar-
larının qəbul edilməsi üçün lazımi informasiyaların top-
lanaraq işlənilməsini
həyata keçirən uçotdur. İdarəetmə
uçotunun aparılması heç bir normativ aktlarla
tənzimlənmir, onun aparılıb-aparılmamasını müəssisə
sərbəst müəyyən edir. İdarəetmə uçotunun məlumatları
yalnız daxili istifadə üçün nəzərdə tutulub. İdarəetmə uço-
tunun məqsədi müəssisə rəhbərini lazımi informasiya ilə
təmin etməkdir.
İstehsal prosesində idarəetmə uçotunun tətbiqi iki
mühüm istiqamətdə öyrənilir:
Bu istiqamət məhsulların maya dəyərinin idarə
edilməsini təmin edir və ilk növbədə xərclərin səviyyəsi-
Mühasibat uçotu A.H.Əliyeva
157
nə nəzarətə və səmərəli uçotun təmin olunmasına səbəb
olur.
Məhdudlaşdırılmış maya dəyərinin formalaşması və
bunun əsasında marjinal gəlirin müəyyən edilməsi.
Marjinal gəlir
– məhsul satışından əldə olunan gəlir-
lə dəyişən xərclər üzrə hesablanmış natamam maya dəyəri
arasında olan fərqdir. Marjinal gəlirin tərkibinə müəssisə-
nin daimi xərcləri və mənfəət daxil edilir. Bu istiqamət isə
idarəetmə qərarlarının hazırlanmasını yüksək səviyyədə
təmin edir.
İdarəetmə uçotunun təşkilində aşağıdakı mühüm
vəzifələr həyata keçirilir:
* kalkulyasiyanın müəyyən edilməsi, tam maya
dəyərinin formalaşdırılması və onun əsasında mənfəətin
müəyyən edilməsi;
* plan göstəricilərinin, alınan nəticələrin və
kənarlaşmanın təhlili;
* işçilərin stimullaşdıılması;
* müəssisə daxili smetanın (büdcənin) icrasına
nəzarət;
*
təsərrüfat
fəaliyyətinə
cari
və
sonrakı
nəzarət,nəticələr haqqında informasiyaların təhlili;
* alternativ iş variantının axtarışı və onların optimal
variantını seçərək həyata keçirilməsi;
* qəbul olunan qərarların səmərəliliyinin kompleks
qiymətləndirilməsi;
*müəssisənin istehsal fəaliyyətinin planlaşdırılması,
nəzarət və tənzimlənmə;
|