Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi mövzusunda magistr dissertasiyasi



Yüklə 164,8 Kb.
səhifə61/68
tarix05.01.2022
ölçüsü164,8 Kb.
#111429
1   ...   57   58   59   60   61   62   63   64   ...   68
Ərazi yanaşması. Belə yanaşmaya görə xüsusi iqtisadi zona bütün biznes iştirakçılarının xüsusi güzəşt şərtlərindən istifadə etdikləri fəaliyyət ərazisi kimi çıxış edir. Bu yanaşmaya misal olaraq inkişaf etməkdə olan ölkəlrdə yaradılan istehsal – ixrac zonalarını qeyd etmək olar.

  • Funksional yanaşma. Bu yanaşma ərazidən asılı olmayaraq müəyyən biznes fəaliyyətinə şamil edilən güzəştli rejimdir. Buna misal olaraq “nöqtəvi” zonaları (ofşor zonaları, “duty-free” mağazaları) göstərmək olar.

    Xüsusi iqtisadi zonaların təşkil olunması zamanı yaranan vacib məsələlərdən biri də onların yerləşdirilməsi ilə əlaqədardır. Bu zaman müəyyən tələblər irəli sürülür:

    1. Zonalarda inkişaf etmiş nəqliyyat şəbəkəsinin mövcudluğu. Bu müəssisələrə daxili və xarici ticarət əməliyyatlarını səmərəli şəkildə həyata keçirməyə imkan verir.

    2. Material və əmək resurslarının mövcudluğu. Xüsusi iqtisadi zonaların yaradılması üçün müəssisələrin material və əmək resursları ilə təmin olunma səviyyəsi yüksək olmalıdır.

    3. Xüsusi iqtisadi zonaların normal fəaliyyət göstərməsi üçün bank, nəqliyyat, poçt, konsaldinq, marketinq xidmətlərinin göstərilməsini təmin edən infrastrukturun yaradılması və normal fəaliyyət göstərməsi vacibdir.



    4. Xüsusi iqtisadi zonalar adətən təbii sərvətlərin və ehtiyyatların mövcud olduğu yerlərdə yaradılır. Bu baxımdan xüsusi zonanın yerləşdiyi ərazıdə təbii sərvətlərin mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Xüsusi iqtisadi zonalar bir sıra spesifik xüsusiyyətlərə malikdirlər. Onlara aşağıdakıları aid etmək olar:

    Yüklə 164,8 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   57   58   59   60   61   62   63   64   ...   68




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin