Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


Ikinci hissə: hədislər və onların təhlili



Yüklə 1,13 Mb.
səhifə72/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   68   69   70   71   72   73   74   75   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

Ikinci hissə: hədislər və onların təhlili
Mütə nikahının hədislər vasitəsilə təhrimi
Mütə nikahının əleyhdarlarının bu nikahın haram olduğunu sübuta yetirmək üçün ön plana çəkdikləri digər dəlil də həzrət peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) nəql olunmuş hədislərdir. Həmin hədislərdə (keçən bölmələrdə onların bir hissəsini araşdırmışdıq) bu mətləbi sübut etməyə çalışmışlar ki, güya mütə nikahı şəriət hökmü olandan sonra Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) onu haram elan etmişdir. Maraqlıdır ki, bu hədislərin əksəriyyəti Əli (əleyhis-səlam), İbn Məsud, İbn Abbas və digərlərinə nisbət verilmişdir. Belə ki, bu şəxslərin hamısının mütə nikahının halallığına etiqad bəslədikləri məşhur məsələdir və onların heç biri mütə nikahında bir problem görməmişlər. Təəssüflər olsun ki, Ömərin təhriminə bəraət qazandırmaq üçün bu tanınmış insanların da adları hallanmışdır.
Biz bu sahədə olub-keçənləri daha dəqiqləşdirmək, ortaya çıxan ixtilaf mənbələrinin daha ətraflı araşdırmaq və bu hədislər tərəfindən üzə çıxan şübhələrə tutarlı cavab vermək üçün aşağıdakı mətləbləri nəzərinizə çatdırmağı lazım bilirik.
Hədislər Quran ayələrini nəsx etmək qabiliyyətinə malikdirlərmi?
Bu müzakirə müxtəlif təriqətlərin "Üsul" alimləri arasında qədim zamanlardan indiyə qədər mövcuddur. Doğrudan da, həzrət peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) bizə gəlib çatmış hədislərin Quran ayələrini nəsx etmək səlahiyyəti var ya yox? Bu sualın cavabında təriqət alimləri arasında fikir ayrılığı vardır.
Alimlərdən bir hissəsi bu fikirdədirlər ki, əgər hədis mütəvatir429 hədis olarsa, Quran ayəsini nəsx edə bilər. Lakin ikinci qrup alimlər bu nəzəriyyəni qəbul etməmiş və bu mətləbi təkzib etmişlər.
Bu barədə Əhli-sünnə alimlərindən olan Amidi yazır:
«قطع الشافعی و اکثر اصحابه و اکثر اهل الظاهر بامتناع نسخ الکتاب بالسنة المتواترة و الیه ذهب احمدبن حنبل فی احدی الروایتین عنه، بل ان الجماعة ممن قال بامکان نسخ الکتاب بالسنة المتواترة منع وقوعه.»
"Şafii və onun tərəfdarlarının əksəriyyəti, habelə zahir əhlinin əksəriyyəti qəti şəkildə Quran ayələrinin mütəvatir hədislər vasitəsilə nəsx olmasını qeyri-mümkün bilmişlər. Deyilənlərə görə, Əhməd ibn Hənbəl də bu qənaətə gəlmişdir. Bunu da demək lazımdır ki, Quran ayələrinin mütəvatir hədis vasitəsilə nəsx olunduğunu nəzəri baxımdan qəbul edənlər də bu həqiqətin (xaricdə) baş verdiyini qəbul etməmişlər."430
Digər əhli-sünnə alimi Məhəmməd Amiri belə yazır:
« اما نسخ القرآن او المتواتر من السنه بالآحاد فقد وقع الخلاف فی ذلک فی الجواز و الوقوع .... اما الوقوع فذهب الجمهور کما حکاه ابن برهان و ابن الحاجب و غیرهما الی انه غیر واقع ذهب الشافعی فی عامه کتبه کما قال ابن السمعانی الی انه لا یجوز نسخ القرآن بالسنه و ان کانت متواتره و به جزم الصیر فی و الخفاف».
"Quran ayələri və mütəvatir hədislərin ahad (vahid) hədislər vasitəsilə nəsxi nəzəriyyəsi alimlər arasında həm sübut (nəzəri) və həm də isbat (təcrübi ) baxımından fikir ayrılığı ilə qarşılanmışdır. Isbat baxımından alimlərin əksətiyyəti (cumhur), o cümlədən İbn Burhan, İbn Hacib və digərlərinin nəql etdikləri kimi bunun baş vermədiyinə etiqad bəsləmişlər. Şafeinin də əksər kitablarından, habelə Səmaninin qeydlərindən məlum olduğu kimi onlar Quran ayələrinin sünnə vasitəsilə (sünnə mütəvatir olsa belə) nəsx olunmasının qeyri-mümkünlüyünə etiqad bəsləmişlər. Seyrəfi və Xəffaf da bu nəzəriyyəni bəyənmişlər. Lakin "vahid rəvayətlərin Quran ayələrini nəsx etməyə səlahiyyəti çatmır"- fikri ilə bir neçə nəfərdən başqa ixtilaf edən olmamışdır. 431
Fəxr Razi vahid xəbərin432 (hədisin) nasix (nəsx edən) olması nəzəriyyəsini rədd edərək belə demişdir:

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin