Naqilsiz Şəbəkələrin Arxitekturası


Yayılmış İnfra-qırmızı İşıq Dalğalı LAN



Yüklə 419,21 Kb.
səhifə32/55
tarix01.01.2022
ölçüsü419,21 Kb.
#104230
növüXülasə
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

2.3.1 Yayılmış İnfra-qırmızı İşıq Dalğalı LAN


Bizim bir çoxumuz infra-qırmızı işıq istifadə cihazlarla tanışıq. Məsələn televizorun uzaqdan idarəetmə pultundan istifadə edərək arada heç bir naqil olmadan televizoru idarə edə bilirik. Pultun istifadəçisi hər hansı bir düyməni sıxdığı zaman yaranmış kod infra-qırmızı işığa çevrilir və hava ilə televizora göndərilir. Televizor həmin siqnalı qəbul edərək onu özünə uyğun vəziyyətə gətirir. İnfra-qırmızı işıq dalğalı LAN-larda hər şey bu qədər sadə deyil. Əsas fərq ondadır ki, LAN-lar daha yüksək güc səviyyəsinə sahib infra-qırmızı işıqdan istifadə edirlər və informasiyanın göndərilməsi üçün kommunikasiya protokollarına ehtiyac vardır.

İnfra-qırmızı işıq LAN-larında tavan əks-etmə nöqtəsi kimi təyin oluna bilər. Bunun üçün bu texnologiyada daşıyıcını müəyyən edən protokollardan istifadə olunub. Belə bir misal verək; təsəvvür edin ki, bir otaqda bir-biri ilə yalnız əllərindəki fanarlar ilə xəbərləşə bilən bir neçə insan var. Onlar demək istədiklərini Morze əlifbasına bənzər kodlarla kodlayır və o koda uyğun olaraq tavana işıq vururlar. İnformasiya göndərmək istəyən şəxs birinci tavanın başqa otaq yoldaşı tərəfindən istifadə edilib-edilmədiyini yoxlamalıdır. Əyər istifadə edilməkdədirsə o, gözləməlidir. Yox əyər tavan “boş”dursa o, öz informasiyasını göndərə bilər. İnformasiyanı göndərmədən əvvəl isə o, informasiyanı qəbul etməli adamın adını kodlayaraq tavana göndərir. Bütün digər adamlar tavanı izləyir və əyər adları “çəkilərsə” qalan informasiyanı da “qəbul edirlər”. Beləliklə onların arasında xəbərləşmə gerçəkləşir.



Yayılmış infra-qırmızı işıq LAN-ları da buna bənzər üsuldan istifadə edərək işləyirlər (Şəkil 2.7). LAN-lar həm də çox daha sürətli işləyirlər. Bu tip LAN-larda informasiyanın ötürülmə sürəti 1-4 Mbps olur.

Həndəsi olaraq, yayılmış infra-qırmızı işıq stansiyaları arasında məsafə 10-18 metr olaraq məhdudlaşdırılmışdır. Tavan alçaq olduqca stansiyalar arasındakı mümkün uzaqlıqda azalır. Fəaliyyət ərazisini genişlətmək üçün bir-birinə naqil ilə birləşən infra-qırmızı müraciət nöqtələrindən istifadə edilir.



Yüklə 419,21 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin