Naxçıvan Müəllimlər İnstitutu



Yüklə 0,75 Mb.
səhifə34/56
tarix01.01.2022
ölçüsü0,75 Mb.
#104746
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   56
Ədəbiyyat : 1.Sabit Kərimov-İnformatika.2. Mübariz Xəlilov, Nazlı Həsənova İnformatika.3.A.Nailə,N.Manafəddin.Kompyuter və İnformasiya Kommunikasiya Texnologiyaları.Bakı 2012.Могилев А.В., Пак Н.И., Хеннер Е.К. Информатика М: Академия, 2004.4.S.Q.Kərimov İnformasiya sistemləri.Bakı “Elm”nəşriyyatı 2008.


Mövzu 4.Əməliyyat sistemləri ,Windows əməliyyat sistemi

Plan

1.Əməliyyat sistemləri

2.Əməliyyat sistemlərinin təsnifatı

3. Windows əməliyyat sistemi

Əməliyyat sistemi (ƏS) kompüter resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasım, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə kompüter arasındakı dialoqu təmin

edən proqram vasitələrinin məcmusudur. Resurs dedikdə kompüterin istənilən komponenti mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. başa düşülür. Əməliyyat sistemləri informasiya emalının idarə olunmasını və aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. ƏS-in əsas

funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirlməsinə nəzarət edir.

Əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür:

- birməsəiəli (biristifadəçili);

- çoxməsələli (çoxistifadəçİli);

- şəbəkə.

Birməsəiəli ƏS - müəyyən anda konkret bir məsələ ilə bir istifadəçinin işi üçün nəzərdə tutulmuşdur. Bu tip ƏS-in nümayəndəsi Microsoft firması tərəfindən yaradılan MS DOS-dur.

Çoxməsələli ƏS - kompüterdən, multiproqram rejimdə vaxt bölgüsü ilə kollektiv istifadəni təmin edir. Bu tip ƏS-ə UNIX, OS/2, Windows 95/98/2000 və s. misal göstərmək olar.

Şəbəkə ƏS - lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır və şəbəkənin bütün resurslarına istifadəçinin müraciətini təmin edir. Bu ƏS-ə Novell Net Ware, Windows NT, Banyan Vines, IBM LAN, UNIX, Solaris və s. misal göstərmək olar.ƏS kompüterin qoşulması İlə yüklənir və istifadəçi ilə hesablama sistemi arasında rahat və əlverişli ünsiyyət üsulu (interfeys) təqdim edir. Funksiyalarına görə interfeysin aşağıdakı növləri var:

Proqram interfeysi - hesablama sistemi çərçivəsində qurğu və proqramların qarşılıqlı əlaqəsini təmin edən vasitələr məcmusudur. 'r

İstifadəçi interfeysi - istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi üçün proqram və aparat vasitəsidir. Öz növbəsində istifadəçi interfesi əmrli obyektyönlu ola bilər.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin