Əmrli interfeys istifadəçiyə kompüter resurslarının idarə olunması üçün əmrləri klaviaturadan daxil etməyə imkan verir.
Obyektyönlü interfeys obyektlər, yəni fayl, kataloq (qovluq), disk aparıcısı, proqram, sənəd və s. üzərində əməliyyatları bilavasitə həyata keçirən hesablama sisteminin resurslarını idarə edir.
Əməliyyat sisteminin yeni modifıkasiyasının adı dəyişilmir, amma versiya (variant) adını alır. ƏS-in versiyası «onluq kəsr» şəklində 6.00, 3.11, 2.1 və s. işarə olunur. Nöqtədən soldakı rəqəmin artması sistemdə mühüm
dəyişikliyin, nöqtədən sağdakı rəqəmin artması isə sistemdə cüzi dəyişikliyin edilməsini göstərir. Versiya nömrəsinin böyük olması, sistemin daha çox imkanlara malik olmasını göstərir.
Dostları ilə paylaş: |