Naxçıvan Müəllimlər İnstitutu


   Təhsilin informasiyalaşdırılmasının tədris-metodiki bazasının yaradılması



Yüklə 0,75 Mb.
səhifə42/56
tarix01.01.2022
ölçüsü0,75 Mb.
#104746
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   56
2.2.   Təhsilin informasiyalaşdırılmasının tədris-metodiki bazasının yaradılması 

        Elektron tədris materiallarının və elektron metodiki vasitələrin yaradıl­ması. Milli elektron tədris vəsaitləri təhsil prosesinin iştirakçıla­rının tələ­batını ödəyəcək səviyyədə  yaradılmalıdır;

        elektron vəsaitlərə qoyulan tələblər, onların hazırlanması və dövlət satın­alınması ilə bağlı hüquqi-normativ bazanın formalaşdırılması. Bu zaman  yeni texnologiyalardan istifadə edilməli, bazis planları və təhsil səviyyə­ləri nəzərə alınmalıdır. Yeni tədris vasitələrinin aprobasiya mərkəzlərinin yaradılması. Bu mərkəzlərin maddi-texniki və kadr təminatı daha güclü olmalıdır;

        təhsildə İKT-nin tətbiqi üzrə beynəlxalq təcrübəni sistemli və  müntəzəm olaraq öyrənən və tətbiqolunma baxımından dəyərləndirən ekspertlər qrupunun yaradılması;

        elektron tədris  vəsaitlərinin Təhsil Nazirliyinə təqdim olunması və qey­diy­yatı Qaydalarının hazırlanması. Elektron tədris  vəsaitlərinə Təhsil Nazirliyinin qrifinin verilməsi mexanizminin yaradılması;

        elektron tədris resurslarının texniki, məzmun və dizayn-erqonomika istiqamətləri üzrə ekspertizasının qaydaları və onların keyfiyyətinin qiy­mətləndirilməsi meyarlarının hazırlanması;

        məlumat-sorğu yönümlü, biliyin qiymətləndirilməsinə, testləşdirilməyə yönələn elektron vəsaitlərin, elektron xəritələrin, müxtəlif fənlər üzrə elektron əyani  vəsaitlərin istehsalına xüsusi diqqət yetirilməsi;

        məktəblilər arasında müntəzəm olaraq informatika üzrə müsabiqə, yarış və olimpiadaların keçirilməsi;

        ali məktəblərə qəbul imtahanlarında bütün ixtisas qruplarında təqdim olunan testlərə informatika üzrə testlərin daxil edilməsi;

        məktəblərdə elektron kitabxanaların və mediatekaların formalaşdırılması;

        elektron vəsaitlərin hazırlanması istiqamətində potensial subyektlər üçün Təhsil Nazirliyi tərəfindən treninqlər keçirilməsi. Müəllimlərin, dizayner­lərin, psixoloqların bu prosesdə iştirakına nail olunmalıdır. Yalnız tam aprobasiyadan keçmiş elektron məhsulların çoxaldılmasına icazə verilməlidir;

        ən zəruri olan elektron dərsliklərin siyahılarının  hazırlanması və əsas  fənlər üzrə  multimedia dərsliklər sisteminin yaradılması;

        elektron vəsaitlərdən istifadə ilə bağlı metodiki tövsiyələrin hazırlanması;

        elektron metodiki-tədris materialları ilə təchizat sisteminin təşkili;

        tədris televiziya proqramlarının yaradılması;

        elektron kitabxanaların, media/video resurs bazasının və təhsildə İKT üzrə elektron bazanın yaradılması;

        təhsil portalının yaradılması. Təhsil portalında elektron formada olan  bütün hazırlanmış dərsliklər, elektron metodiki vəsaitlər,  məlumat-sorğu sistemləri, inkişafetdirici oyunlar, elektron testlər və s. Yerləşdirilməlidir. Hər bir  fənn  üzrə metodiki dəstəklə  bağlı portalda bölmələr yaradıl­ma­lıdır. Portalın sistematik olaraq  yeniləşdirilməsi həyata keçirilməlidir;

        virtual laboratoriya stendlərinin yaradılması. 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin