1. Lokal şəbəkə
2. Regional şəbəkə
3. Qlobal şəbəkə
Bir müəssisədə və onun yaxınlığındakı binalarda olan kompüterlərin birgə işləməsi lokal şəbəkə təşkil edir. Bir regionda birgə işləyən kompüterlər regional şəbəkə təşkil edir. Bütün dünya kompüterlərinin birgə işləməsi qlobal şəbəkə təşkil edir.
Kompüter şəbəkələrində standartlaşmanın əsasını şəbəkə qarşılıqlı vasitələrinin yaradılmasında coxsəviyyəli yanaşma təşkil edir. Beləliklə sistemin qovşaqlarının qarşılıqlı əlaqəsi üçün müxtəlif səviyyələrdə protokollar istifadə edilir. Protokol kompüter şəbəkəsində informasiya mübadiləsinin aparılma qaydalarını müəyyənləşdirir. Bu qaydalar alqoritmləşdirilir, proqramlaşdırılır və şəbəkə qurularkən kompüterlərə instalizasiya edilir. Hər bir şəbəkənin özünə uyğun texnologiyaları, standartları və protokolları vardır. Sadə dildə desək, protokol – şəbəkədə kompüterlərin bir-biri ilə ünsiyyət dilidir. Şəbəkələrin qovşaqlarına və bütün səviyyələrində onların qarşılıqlı əlaqəsini ieararxik təşkil edən protokol yığını protokollar steki adlanır. İnternetdə TCP/IP baza protokoludur.. Əgər ayrı-ayrı kömpüterlər və istifadəçilər üçün identifikasiya sistemi mövcud olmasaydı, milyonlarla qovşaq kompüteri və milyonlarla istifadəçi arasında xaos baş verərdi. INTERNET-də hər bir qovşaq kompüteri və istifadəçi şəxsi ünvana malikdir. Bu ünvanların funksiyası analoji olaraq ənənəvi ünvanlara uyğundur. Onların əsas təyinatı insanlara informasiyasının A nöqtəsindən B nöqtəsinə müvəffəqiyyətlə ötürülməsidir. Internetdə xəbərlərin ötürülməsi paketlərin komutasiyası vasitəsi ilə həyata keçir. Xəbər paket adlanan porsiyalara bölünür. Hər bir paketdə 4 kbaytdan artıq olmayan informasiya ötürülür. Internetin ayrı-ayrı hissələri marşrutizatorlarla biri digəri ilə əlaqə yaradır.
Dostları ilə paylaş: |