3
hesabına neft yuxarı qalxır və neft-daşıyıcı sistemə verilir. Neftin belə fontan üsulu ilə çıxarılması
iqtisadi cəhətdən səmərəli hesab olunur və mədənlərin aşkar edilməsində istifadə edilir.
Neftin kompressiya üsulu ilə çıxarılması, zəif təzyiqli laylarda istifadə edilir. Belə üsul
sıxılmış qazın qalxan kalonlarla, istifadə olunan kolonların divarları arasındakı hərəkət enerjisinə
əsaslanır ki, bu da
qazliftli və ya adi havadan istifadə edilirsə,
aeroliftli üsul adlanır. Aşağı təzyiqlə
neftin çıxarılması ştanqlı nasoslarla həyata keçirilir. Bu zaman dəzgah-mancanaqları və yaxud
birbaşa quyuya endirilən mərkəzəqaçan nasoslarla çıxarılır (şək.1.2).
Neftin çıxarılmasında layların məhsuldarlığını artırmaq üçün müxtəlif üsullardan istifadə
etməklə layların keçiriciliyinin (layların hidrokeçiriciliyini artırmaq məqsədi ilə onların turşularla,
qələvilərlə və b. reagentlərlə işlənməsi) artırılmasına nail olunur. Quyunun hasilatı boru
kəmərlərinə ötürülür ki, bu da qaz ölçən qurğudan keçdikdən (QÖQ) sonra neft və qaz qarışığı
ayrıcı süzgəcə daxil olur (AS), oradan da sıxıcı nasos stansiyasına (SNS) və nəhayət ümumməhsul
rezervuarına və neftverici paylayıcı qurğulara verilir. Qaz separasiyaedici qurğudan qaz-benzin
zavoduna daxil olur. Mədən suları təmizləndikdən sonra yenidən quyulara vurulur. Neftin
kompleks qurğularda susuzlaşdırılması aparılır, çıxarılmış qaz isə xüsusi qurğularda kompleks
emal olunmaqla bərk qarışıqlardan, rütubət və kondensatlardan təmizlənir.
Mədən qurğuları və cihazlarına
xüsusi peşə sahibləri - operatorlar xidmət göstərirlər, onlar
əsasən açıq meydançalarda yerləşdirilir. Bu zaman xidmət göstərən operatorlar müntəzəm olaraq
qurğuların işinə də nəzarət edirlər.
Şəkil 1.2. Neft yataqları
Dostları ilə paylaş: