Neftçala rayonu haqqında bilmək istəyirsinizmi? Tərtib edən: Məmmədova Nəzakət



Yüklə 5,14 Mb.
səhifə23/24
tarix10.01.2022
ölçüsü5,14 Mb.
#106264
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   24
SENTYABR:
22.09.2010.

Neftçala Rayon İcra Hakimiyyətinin akt zalında "Regionlarda sahibkarların maarifləndirilməsi"nə dair, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Müəssisəsi ilə Neftçala Rayon İcra Hakimiyyətinin birgə tədbiri keçirildi. Tədbirdə iştirak edən İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri- Sahibkarlığın İnkişafı Siyasəti Şöbəsi Baş məsləhətçi Amil Məmmədov, İqtisadi İnkişaf Nazirliyi Regionların İnkişafı və Dövlət Proqramları Şöbəsinin baş məsləhətçisi Fərid İsayev, İqtisadi İnkişaf Nazirliyi İqtisadi Siyasət, Təhlil və Proqnozlaşdırma Şöbəsinin baş məsləhətçisi Siyavuş Mustafayev, İqtisadi İnkişaf Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov çıxış etdilər.


22.09.2010.

Bədbəxt hadisə: 22 sentyabr 2010-cu il tarixində saat 13:30 radələrində Neftçala-Salyan şosesində Salyan şəhər sakini, 1985-ci il təvəllüdlü Manafov Bahiyyətdin İqbal oğlunun idarə etdiyi dövlət nömrə nişanlı 10 NZ 248 olan VAZ -2106 markalı avtomobil Aşağı Surra kəndi ərazisində hərəkət istiqamətini itirərək yol kənarında tikilmiş evin həyətyanı sahəsinə daxil olmuş və azyaşlı kənd sakini, 1997-ci il təvəllüdlü Ələkbərov Elməddin Eldəniz oğlunu vurmuşdur. Ələkbərov Elməddin Eldəniz oğlu hadisə yerində dünyasını dəyişmişdir.


16.09.2010.

Bədbəxt hadisə:16 sentyabr 2010-cu il tarixində saat 22:30 radələrində Qazax rayon sakini, 1993-cü il təvəllüdlü, Rayon Statistika İdarəsinin təmirində fəhlə işləyən Kazımov Elşad Çərkəz oğlu elektrik xəttindən istifadə edərkən ehtiyatsızlıq etməsi nəticəsində elektrik cərəyanı vuraraq ölmüşdür.


13.09.2010.

"İnam" intelektual mərkəzində Qafqaz İslam ordusunun Azərbaycana gəlişinin 92-ci ildönümünə həsr edilmiş konfrans keçirildi. Qonaqlar əvvəlcə Ulu öndərin abidəsini, sonra isə rayonumuzun Seyidlər qəbiristanlığında yerləşən 10 türk əsgərinin abidə-məzarını ziyarət etdilər. Tədbirdə 5 nəfər qonaq iştirak edirdi. Konfransda müxtəlif müəssisə və təşkilatların nümayəndələri iştirak edirdilər. Türkiyə Universitetləri məzunları ictimai birliyinin rəhbəri Çingiz Bayramov, Türk səfirliyində Türk Daxili İşlər Nazirliyinin Azərbaycandakı nümayəndəsi General-mayor İsmayıl Çalışqan, İsmayıl Tunc, həmyerlimiz tarixçi Əkbər Nəcəf, Türkiyə ali məktəbinin məzunu Rauf Əliyev çıxış etdilər. Tədbirdə çıxış edənlər, Neftçalanın Milli İstiqlaliyyət mübarizəsində öz yeri olduğunu və Türkiyə Azərbaycan dövlətlərinin qardaşlığının əbədiliyini xüsusilə vurğuladılar.

11.09.2010.

Rayonumuzun idman sevərləri bu gün bayram həyacanı yaşadılar.“Anşad-Petrol” futbol komandamızın Yevlaxın “Karvan” komandası ilə görüşü oldu. Havanın yağışlı və soyuq olamasına baxmayaraq, tamaşaçılar bu oyunu həvəslə izlədilər. Oyun 1:1 hesabı ilə bitdi.


10.09.2010.

Gecədən başlayan güclü külək havanı sərinlətdi. Deyəsən payız bir qədər tələsir. Orucluq bayramının insanların fərqli gündə keçirməsi məni maraqlandırırdı. Axı neçə illərdir ki, rayonumuzun özündə belə insanlar bir gün fərqi ilə bu bayramı qeyd edirlər. Bu barədə görüb-götürmüş yaşlı bir dindardan soruşdum. Cavabı belə oldu:”Biz ata-babalarımızdan belə görmüşük ki, orucluğun son günü həmişə hava tutqun olur. O vaxtlar isə ay görünməmiş heç vaxt insanlar orucunu açmazlarmış. Bu bəzən 3, 5 gün çəkərmiş. Ancan 1 həftəyə qədər ayı görməsəydilər, mütləq oruc açılarmış. O vaxt rəngli şüşələrlə ayı axtararlarmış”. Ya təsadüfən, ya da onun dediyi kimi, düz 8-dən hava buludlu oldu, 9-u isə hava tamam qarışdı.

09.09.2010.

Respublikamızın hər yerində dünən müqəddəs Ramazan Bayramı qeyd olundu. Lakin rayonda oruc tutanların əksəriyyəti məçidin təlimatı ilə bayram axşamını bu gün qeyd etdilər. Bayramınız mübarək olsun!

08.09.2010.

Bu gün də rayon müəllimlərinin konfransı keçirildi. Konfransda müəllimlərimizin və məktəbin keçən ilki uğurlarından və gələcək qayğılarından danışıldı.

07.09.2010.

Bu gün ombudsman rayonumuzun qonağıdır. Rayon Mədəniyyət və incəsənət sarayında saat 16:00-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın rayon ziyalıları ilə görüşü keçirildi. Görüşdə hər bir vətəndaşın hüquqlarını bilməsi və onun müdafiəsinə çalışması ilə bağlı çıxışlar edildi.

05.09.2010.

Bədbəxt hadisə:  Hadisənin qısa məzmunu:05 sentyabr 2010-cu il tarixində saat 17:00 radələrində Neftçala rayonu Xoltəzəkənd kənd sakini, 1981-ci il təvəllüdlü Eynəliyev Kazım Adər oğlu elektrik su motorunu işə salmaq istərkən ehtiyatsızlıq etməsi nəticəsində elektrik cərəyanı vurub öldürmüşdür.

04.09.2010.

Eyni gündə iki ölüm hadisəsi: 04 sentyabr 2010-cu il tarixində saat 24:00 radələrində Neftçala rayonu Ərəbqardaşbəyli kənd sakini 1984-cü il təvəllüdlü Nurəliyev Fərhad Elman oğlu naməlum səbəbdən özünü, həyətyanı sahələrində ağacdan asaraq intihar etmişdir.

04.09.2010.

Bədbəxt hadisə: Bu xəbər eşidənləri çox sarsıtdı. 04 sentyabr 2010-cu il tarixində Neftçala şəhər sakini 1960-cı il təvəllüdlü Dadaşov Mərifət Kitabir oğlu ov etdiyi zaman özünəməxsus ov tüfəngindən açılmış güllə nəticəsində aldığı xəsarətdən dünyasını dəyişmişdir. Üç uşaq atası həvəskar ovçu Mərifət bir turacın qurbanı oldu. Ov tüfənginin nasazlığı onun həyatına son qoydu. Yaralı, gecədən səhərə qədər çoxlu qan itirərək canını tapşırdı. Allah rəhmət eləsin!

02.09.2010.

Neftçala yaron Mərkəzi kitabxanasında seminar müşavirə keçirildi.


01.09.2010.

Həyacanlı günlərdən biridir bu gün. Artıq texnikum və kolleclərə daxil olan tələbələrin adları məlum oldu.


AVQUST:
31.08.2010.

Avqust ayının sonudur. Bu ay, keçən ay kimi çox isti keçdi. Havalar isə əvvəlki illərə nisbətən çox istidir. Günorta və gecə saatlarında boğucu havasızlıq hökm sürür. Oruc tutanlar çox əziyyət çəkir.


29.08.2010.

Bu gün respublika üzrə 9-cu sinifdən texnikumlara sənəd verən abuturyentlərin imtahanı oldu. Onlara uğurlar diləyirik.

25.08.2010.

Rayon Mədəniyyət sarayında mədəniyyət işçilərinin fövqaladə hallarla bağlı seminar-məşğələsi keçirildi. Seminar-məşğələdə rayon icra nümayəndəsi A.Orucov da iştirak edirdi.

11.08.2010.

Bu gün niyyət axşamıdır. Artıq 11 ayın sultanı Ramazan ayına daxil oduq. Allah bütün oruc tutanların orucunu qəbul etsin!

10.08.2010.

Bu gün stadionda rayon İdman və Gənclər idarəsi tərəfindən gənc və yeniyetmələrin miniatür idman hazırliğı nümayiş olundu. Tədbirdə rayon əhalisi, idarə və təşkilatlar, eləcə də A.Rəhimzadə iştirak etdi.

08.08.2010.

Boğulma hadisəsi: 08 avqust 2010-cu il tarixində saat 14:00 radələrində Neftçala rayonunun Astanlı kənd sakini, 1960-cı il təvəllüdlü Əhmədov Qurban Allahverdi oğlu Kür çayında çimərkən bataraq boğulmuşdur. Saat 18:30 radələrində onun meyiti çaydan çıxarılmışdır. Allah Rəhmət eləsin!

05.08.2010.

Boğulma hadisəsi: Su! Təbiəti yaşadan su! Dirilikdir su... Bəzən, insana xeyir-dua verəndə “Su qədər ömrün olsun deyərlər”. Lakin,... Elə məhz, həyata dirilik gətirən su çox vaxt insan həyatına son qoymaq iqtidarındadır. 05 avqust 2010-cu il tarixində olduğu kimi. Həmin gün saat 19:50 radələrində Xıllı qəsəbə sakini, 1985-ci il təvəllüdlü Qafarov Elman Rəhman oğlu su kanalında çimərkən bataraq boğulmuşdur. saat 22:15 radələrində onun meyiti kanaldan çıxarılmışdır.

03.08.2010.

Artıq avqust ayına girdik. Havalar isə həddindən artıq isti keçir. Yandırıcı günəş insanın nəfəsini kəsir. Maraqlıdır ki, yol boyu eşidilən yolkaların qozalarının istidən səs-səsə verib çırtıldamasının səsini maşınların gurultusu belə batıra bilmir.


İYUL:

28.07.2010.

Deyirlər qara xəbərin birini eşitdin, arxasınca ikisi də gələr. Bu gün üçüncü gənc də torpağa tapşırıldı. 28 İyul 2010-cu il tarixində saat 18:00 radələrində Neftçala şəhər sakini 1992-ci il təvəllüdlü Səfərov Məhərrəm Mirbaba oğlu Kür çayında çimərkən bataraq boğuldu. Saat 20:00 radələrində onun meyiti çaydan çıxarıldı. O, Kür çayında yoldaşları ilə üzməyə getdi, o taydan bu taya üzüb geri qayıdarkən yoldaşlarının gözü qabağında boğuldu. Allah bu üç gəncə rəhmət eləsin!

27.07.2010.

Ölüm xəbərləri üzücü olur, amma əcəli Allahdan bilib, buna dözürük. Lakin, bu gün bir-birinin ardınca eşidilən acı xəbərlər hər kəsi çox təsirləndirdi. 15 gündən bəri xəstə yatan 25 yaşlı Əbil bu gün səhər dünyasını dəyişdi. Yaradıcılığa yeni başlamış, bu cığırda ilk addımlar atmağa macal tapmamış Əbil, yaşasaydı babası İmamverdi Əbilov və dayısı Azər Turan kimi bəlkə gələcəkdə sənətkarlıq zirvəsini fəth edəcəkdi. Amma yalnız bir kitabı işıq üzü gördü, arzuları, ümidləri özü kimi torpağa gömüldü onun.

Bu gün həmdə, Qasım müəllimin evində də yas quruldu. Onun 27 yaşlı oğlunu Bakıda bıçaqla öldürdülər. Qaydasız döyüş üzrə idmanda bir çox müvəffəqiyyətlər qazanan gənc Vüsal da gözəl arzularını özü ilə bərabər apardı.


22.07.2010.

"İnam" intelektual mərkəzində Mətbuat günü qeyd edildi.

14.07.2010.

Rayon İcra Hakimiyyətinin akt zalında Heydər Əliyevin hakimiyyətdə olmasının 41 illik yubileyi qeyd olundu.

02.07.2010.

Rayon Polis Şöbəsinin akt zalında Polis işçilərinin peşə bayramı qeyd olundu. Tədbirdə öz dəqiq işi ilə fərqlənən qanun keşikçilərinə fəxri-fərmanlar, mükafatlar təqdim olundu.


İYUN:
30.06.2010.

Rayon 1 saylı orta məktəbində Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin təşkil etdiyi "İctimai aktiv liderlik" mövzusunda konfrans keçirildi. Konfransda royan İcra hhakimiyyətinin nümayəndələri, rayonun ziyalı qadınları, rayon Qadınlar şurasının aparıcı nümayəndələri, həmçinin, Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi ekspertləri Əfəndiyeva Gülarə, Ələsgərli Ülkər, Mehtiyeva Nəzakət çıxış etdilər.


26.06.2010.

Bu gün 18 yaşlı bir qız yeni ailə həyatı qurur. Mirqurbanlı kənd sakini olan həmin qız da təbiətin şıltaq oyununa qurban gedə bilərdi. Bir çox sakinlərin ziyan çəkdiyi həmin məlum gecədə pəncərə qırağında şirin yuxuya gedən bu qız qəflətən başlayan qasırğadan başından aldığı zərbələrlə oyanır. Sən demə pəncərələr böyük zərblə sınaraq, bu gənc qızın başına tökülüb. Tez bir zamanda xəstəxanaya çatdırılan qız həkimlər tərəfindən böyük bir təhlükədən qurtarılır. Deyilənlərə görə bu gözəl qız, gəlin çıxarkən belə başında sarğı varmış. Allah xoşbəxt eləsin!

26.06.2010.

Rayon “N” saylı hərbi hissəsində “26 İyun Silahlı Qüvvlər günü” münasibətilə bayram tədbiri keçirildi. Bayram konserti hərbiçilərin ürəyincə oldu.


25.06.2010.

24-ündən 25-nə keçən gecə baş verən təbiət hadisəsi həqiqətən də bir bəla kimi rayon əhalisinin yaddaşında qaldı. Həmin gecə rayonun balıq böyüdülən şəxsi dammalarından birində baş verən hadisə hamıya pis təsir etdi. Belə ki, gecə qarovul çəkən Neftçala şəhər sakini 1992-ci il təvəllüdlü Cəfərov İmaməddin Kəmaləddin oğlu ov tüfəngi ilə ciyərindən və başından vurularaq, qətlə yetirildi. Qətlin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Tez bir zamanda məlum oldu ki, səbəb balıq oğurluğu olub. Tamaha qurban gedən bu gəncə Allahdan rəhmət diləyirik!

25.06.2010.

24-ündən 25-nə keçən gecə başlayan tufan insanları qorxuya saldı. Gecə saat 1:00-lə 2:00 arasında baş vermiş hadisə insanlar üçün gözlənilməz oldu. Ara-bir, səsziş çaxan şimşək gecənin (saat 10-11 radələri arası) qaranlığını aydınlığa bürüyürdü. Birdən-birə qalxan tozlu-dumanlı, uğultulu bərk külək, güclü çaxan ildırım hər kəsi dəhşətə gətirmişdi. Səhərə yaxın az qədər yağan yağış havanı boşaltdı. Amma artıq səhərin sübh saatlarında insanı üşüdən sərin külək əsməyə başladı. Elə-bil dağ havasını yaşayırıq.
23.06.2010.

Bu gün Rayon İcra Hakimiyyətinin akt zalında Dövlət Qulluqçularının Peşə bayramı qeyd olundu.Əvvəl onlar Ulu öndərin xatirəsinə ehtiram olaraq, abidəsi önünə gül dəstələri və əklil qoydular. Tədbirdə 160-dan çox insan iştirak etdi.

23.06.2010.

Mərkəzi kitabxananın “Kənd təsərrüfatı şöbəsi”ndə “2010-cu il Ekologiya ili” ilə əlaqədar rayonunun su problemi ilə bağlı “Bir içim su” adlı tədbir keçirildi.

19.06.2010.

Rayonda sanitar, gigiyeniya işləri aparılır.“Sanitar epidemologiya idarəsi” işçiləri tərəfindən binaların zirzəmiləri və hər mərtəbələr ayrılıqda dərmanlanır.

17.06.2010.

Bu gün respublikamızda Səhiyyə işçilərinin Peşə bayramı qeyd olununr. Bu münasibətlə Mərkəzi Rayon Xəstəxanasının akt zalında böyük tədbir keçirildi. Əvvəlcə səhiyyə işçiləri Ulu öndərin abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoydular. Tədbirdə rayon İcra başçısının I müavini çıxış edərək insanların sağlamlığının keşiyində duran tibb işçilərini təbrik etdi və bu sahədə zəngin təcrübə qazanmış və öz şəfalı əməyi ilə fərqlənən, hörmət qazanan insanlara bundan sonra da uğurlar dilədi. Sonda bir qrup tibb işçisi hədiyyələrlə qiymətləndirildi.


14.06.2010.

Bu gün axşam saat 20:00-da “Musiqili fontan”da Milli Qurtuluş günü ilə əlaqədar bayram konserti keçirildi. Tədbir boyu konsert proqramı ilə bərabər, disk vasitəsilə H.Əliyevin siyasi fəaliyyəti və ilk olaraq, rayonumuza gəlişi ilə bağlı disklər nümayiş olundu.


13.06.2010.

13 iyun 2010-cu il tarixində saat 13-14 radələrində Aşağı Qaramanlı kənd sakini,1989-cu il təvəllüdlü Ramazanov Qəfər Saleh oğlu Kür çayında çimərkən bataraq boğulmuşdur. Onun meyidi həmin gün saat 18:00 radələrində tapılmışdır.

11.06.2010.

Rayonun Gənclər parkında böyük bir bayram təntənəsi var. 15 iyun "Milli Qurtuluş günü”nə həsr olunmuş bayram tədbirinə minlərlə insan yığışıb. Bir-birinin ardınca rənggarəng mahnılar, şux musiqilər, rəqslər tamaşaçılarən ürəyincədir. Bir tərəfdə böyük bir monitor qoyulub. Bu monitor vasitəsilə Ulu öndərimiz H.Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-xronikalar, sujetlər göstərilir. 1978-ci ildə H.Əliyevin Neftçalaya gəlişininəks etdirən sujeti izləmək neftçalalılar üçün sürpriz oldu. Tədbirin sonunda Musiqili fontanı işə salındı. Fontanın musiqinin ritmi ilə ahəng yaradan “rəqsvari” hərəkəti və atəşfəşanlıq, bayram əhval-ruhiyyəsini bir qədər də artırdı.

12.06.2010.

Rayon ümumtəhsil məktəblərində IX siniflərin mərkəzləşmiş şəkildə imtahanı keçirildi.

10.06.2010.

Rayon qaz idarəsi sayğacları evlərin içində qurulan binalarda yenidən işə başladı. Bütün işlər Dövlət hesabına görülür.


09.06.2010.

Bu gün XI-lərin mərkəzləşmiş buraxılış imtahanıdır. Uğurlar!


01.06.2010.

Mərkəzi kitabxanada “1 İyun Uşaqların beynəlxalq müdafiəsi günü” ilə əlaqədar maraqlı tədbir keçirildi. 2010-cu ilin “Ekologiya ili” elan olunmasını nəzərə alan kitabxanaçılar tədbirin adını da maraqlı seçmişlər. “Dünyanı, təbiəti, insanları qoruyaq”. Tədbirdə çıxış edən uşaqlar hazırladıqları gözəl tamaşalarla, şeir və mahnılarla tamaşaçıların qarşısına çıxdılar. Uşaqların bayramı nəinki uşaqlara, izləyən böyüklərə də hədsiz zövq verdi.


MAY:
30.05.2010.

Su azalmağa başlayır. Təhlükə isə hələ də sovuşmayıb. Həyətlərdən su hələ də çəkilməyib.


27.05.2010.

Mərkəzi kitabxanada “28 May Respublika günü Azərbaycanın istiqlal bəyannaməsinin elan olunduğu gündür” başlığı ilə tədbir keçirildi.


25.05.2010.

Kürün səviyyəsi nisbətən düşməyə başlayır. Ancaq yenə də təhlükə var. Bəzi yerlərdə bəndlər suyun təzyiqinə davam gətirmir. Bəndvurma işləri davam edir.

19.05.2010.

15 may 2010-cu il tarixində Kür çayında boğularaq batmış Kürkənd kənd sakini, 1952-ci il təvəllüdlü Əhmədov Zahid Paşa oğlunun meyti 19 may 2010-cu il tarixində saat 9:30 radələrində Yenikənd kənd ərazisində Kür çayında tapılmışdır.


15.05.2010.

15 may 2010-cu il tarixində saat 18:00 radələrində Kürkənd kənd sakinləri 1952-ci il təvəllüdlü Əhmədov Zahid Paşa oğlu və 1966-cı il təvəllüdlü Şahbazov Vidadi Müzəffər oğlu avarlı qayıqla Kür çayını keçərkən qayıq çevrilib aşmışdır. Hadisə zamanı Əhmədov Zahid Paşa oğlu Kür çayında batmışdır. Hal-hazırda onun axtarışı davam edir.
12.05.2010.

Çayın səviyyəsi hələ də yüksəkdir. Kür sahilində yaşayan əhali hər gün təşviş, su basması qorxusu ilə yaşayırlar.


10.05.2010.

Deyilənlənlərdən məlum oldu ki, Kürkənd qəsəbəsində bəndvurma işləri aparılarkən Mirfəttah adlı sakinin həyətinin bir hissəsi götürülüb, bir nəfər köçürülüb evinin yerində bənd salınıb. Burda işləyən könüllü fəhlələrə 10 manat pul verilir.

07.05.2010.

Havalar yavaş-yavaş qızmağa başlayır. Ancaq bəndvurma işlərində hələ də təhlükə var. Əhali də bu işə cəlb olunub. Kür sahili kəndlərdə yaşayan insanlar qorxu içindədir. Kür bir an daşa bilər. Neft şirkətinin və başqa rayonlardan cəlb olunan texnika, Kür sahilində bəndvurma işi ilə əlaqədar rayon icra aparatının sərəncamına verillib. Yollardan hansı məqsədə getməyindən asılı olmayaraq, kamaz maşınları yığılıb respublikanın bəndvurma işləri görülən ərazilərinə göndərilir. Təhlükəli yerlərdə səhərə qədər keşik çəkillir. Əhaliyə hər adama ancaq gərəkli şeylər olmaqla yüngül çantanın əl altında hazır tutulması məsləhət görülüb.

06.05.2010.

Rayonun kürboyu ərazilərində vəziyyət çətinləşib. Bu gün Kür çayının bu ərazilərdə suyun səviyyəsi kritik vəziyyət alıb. Əhali səksəkə içindədir.


05.05.2010.

Mədəniyyət sarayında rayonumuzda 1 günlük qonaq olan Afaq Bəsirqızı maraqlı konsert proqramı ilə Neftçala sakinləri qarşısında çıxış etdi.


04.05.2010.

Faşizm üzərində qələbənin 65 illiyi ilə əlaqədar mərkəzi kitabxanada “Tariximizin şanlı səhifəsi” başlığı ilə III Ümumrespublika kitab bayramı keçirildi. Musiqi ilə şeirlə, sözlə keçirilən bu tədbirdə rayonumuzn hörmətli veteranları, ziyalıları da iştirak edirdi. Tədbirdə 2009-cu ildə kitabxanamızın fonduna daxil olan yeni kitablar haqqında oxucuların və iştirakçıların diqqətinə çatdırıldı.

02-03-05.2010.

Gündüz başlayan yağış gecə lap gücləndi. Küçələrdə ayaq atmağa yer yoxdur.


APREL:
29.04.2010.

Rayonun Kürboyu ərazilərində daşqınların qarşısını almaq üçün operativ yığıncaq keçirildi. Yığıncaqda Kürboyu ərazilərin inzibati ərazi nümayəndəliklərinə, bələdiyyələrə, idarə, müəssisə və təşkilatlara konkret tapşırıqlar verilmiş, növbətçilik cədvəli tərtib edilmiş, ərazilərə nəzarət artırılmış, Rayon Fövqaladə Hallar Komissiyası gücləndirilmiş iş rejiminə keşmişdir.

21.04.2010.

Yaz olmasına baxmayaraq, havalar hələ də soyuq keçir. Elə-bil bizim yerlərə xas olan oktyabr-noyabr havalarını yaşayırıq. Kurtka və plaşlar əyinlərdən çixmır.


20.04.2010.

Rayon İcra hakimiyyətiin akt zalında “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2010- cu ilin birinci rübünün sosial -iqtisadi inkişafınınyekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə” tədbir keçirildi. Məlumata görə tədbirdə iştirak etmək üçün 165 nəfər qeydiyatdan keçmişdir.

Tədbirdə Rayon İcra başçısı, müavinlər və bir sıra idarə, qurum rəhbərləi çıxış etdilər.

15.04.2010.

Mərkəzi kitabxanada məktəb şagirdləri arasında “Öz hüququnuzu bilirsinizmi?” başlığı ilə disput keçirildi. Disputda 3 məktəb-1, 2 və “Muğan liseyi” şagirdlər arasında test üsulu ilə sorğu təşkil olunuşdu. Sorğuda fərqlənən “Muğan liseyi”nin 10-cu sinif şagirdi mükafatlandırıldı. Maraqlı keçən disput şagirdlərin və oxucuların marağına səbəb oldu.
MART:
31.03.2010.

“31 Mart-Azərbaycanlıların soyqırımı günü” rayonun bütün müəssisələrində keçirildi. Mərkəzi kitabxanada da bu münasibətlə “Soyqırımın tarixi” adlı anım mərasimi keçirildi. Sonra, bir qurup məktəbli və iştirakçılar 1918-ci ildə Qafqaz İslam ordusunun 11 türk şəhidinin uyuduğu Seyidlər qəbirsanlığındakı abidə-məzarı ziyarət etdi.



19.03.2010.

Novruz gəldi-Xoş gəldi! Səhər heç kimin gözləmədiyi halda gözəl, təmiz bir yaz havası açıldı. Bu gün rayon mədəniyyət sarayının qarşısında möhətəşəm bir Novruz şənliyi keçirildi. Doğrudan da neçə illərdi ki, belə rayon sakinləri belə gözəl, maraqlı Novruz şənliyi görməmişdilər. Tədbirə 5000-ə yaxın tamaşaçı toplaşmışdı. Bayramınız mübarək əziz Neftçalalılar! Hər kəsə ömür yollarının belə yaz səhəri qədər sakit və təravətli olmasını diləyirəm!

18.03.2010.

Neçə gündür əsən güclü külək və soyuq hava bərk yağışın yağmasına səbəb oldu. Rayon sakinlərini bu sual maraqlandırır. Görəsən sabah açıq havada keçirilməi nəzərdə tutlan Novruz şənliyi necə və harda baş tutacaq. Burda bir el kerçəyi, sənaması yada düşür. Hər kimin toy-nişan məclisi belə yağışdı, küləkli bir günə təsadüf edərdisə. evin ilk övladı əlinə ələk götürüb müqəddəs sayılan incil ağacı altına gedər, ona xələt və ya qırmızı lent bağlayıb deyərdi:”Mən anamın ilkiyəm, ağzı qara tülküyəm. Külək yat, ələk yat”. Görünür bunun məqamıdır.

16.03.2010.

Mərkəzi kitabxananın akt zalında Novruz şənliyi süfrə arxasında qey olundu. Burada gözəl sözlər, arzular deyildi, diləklər tutuldu. Novruz adətləri yada salındı.

14.03.2010.

14 mart 2010-cu il tarixində saat 16:00 radələrində Neftçala rayonunun Xolqarabucaq kənd sakini, 1979-cu il təvəllüdlü Tağıyev İlham Çingiz oğlu həyətyanı sahələrində mal-qaraya yem saxlamaq üçün tikilmiş tikilidə özünü asaraq intihar etmişdir.

11.03.2010.

Rayonumuzda yerləşən sərhəd qoşunlarına məxsus “N” saylı hərbi hissə bütün heyyəti ilə birgə Cəlilabad rayonunda xüsusi, müasir standartlara uyğun, əsgərlərin lazımı təlim-tədrisi üçün tikilib istifadəyə verilmiş binaya köçürüldü. Bura isə ərazi baxımından uyğun görülən sərhəd qoşunlarının Sahil Mühavizəsinin Cənub Divizionu yerləşdirildi. Məlumata görə bu köçürülmə martın 1-dən aprel ayına qədər hissə-hissə başa çatacaqdır.
05.03.2010.

Rayonun Mədəniyyət İncəsənət sarayında “8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə tədbir keçirildi. 120 nəfərin iştirak etdiyi tədbirdə rayonun bütün qadınları təbrik olundu və onların timsalında Azərbaycan qadınlarının ünvanına xoş söxlər deyildi.



FEVRAL:

26.02.2010.

Bu gün Xocalı faciəsinin 18-ci ildönümüdür. Rayon Mədəniyyət sarayında bu münasibətlə “Xatırla, heç vaxt unutma” adlı ədəbi-bədii kompozisiya keçirildi. Bir-birini əvəz edən səhnəciklərdə, aparıcıların çixışlarında və verilən məlumatlarda erməni faşistlərinin törətdikləri o dəhşətlər bir daha tamaşaçıların nəzərinə çatdırıldı. Aktyorların gözəl oyun nümayiş etdirməsi, səhnənin çox diqqətlə, incə ayrıntılarla qurulması göz yaşları içində izləyən tamaşaçıların çox xoşuna gəldi.

12.02.2010.

Rayon İcra Hakimiyyətinin Akt zalında :"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kobinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala rayon qarşısında duran vəzifələr" barədə şura iclası keçirildi. Tədbirdə rayonun idarə və müəssisələrinin rəhbərləri, məsul işçiləri omaqla 165 nəfər iştirak edirdi. Tədbirdə Prezident Administrasiyasının baş məsləhətçisi D.Q.Abdullayev də iştirak edirdi.

02.02.2010.

2 Fevral-Gənclər günü. Rayon Mədəniyyət sarayı bayramsayağı bəzədilmişdi. Burada Gənclər günü münasibətilə əhaliyə “Yarımştat” tamaşası əsasında maraqlı konsert proqramı təqdim olundu. Komik səhnələr, bir-birini əvəz edən gözəl nəğmələr tamaşaçıların gur alqışları hər kəsdə xoş duyğular yaşatdı. Bayramınız mübarək əziz gənclərimiz! Həyatınız gənclik təravəti qədər saf, duru olsun həmişə! Aydın səma daim nəsibiniz olsun!
YANVAR:

20.01.2010.

Rayonun “20 Yanvar abidəsi” qarşısında 20 yanvar faciəsinin 20-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə 3500-dən çox insan, rayonun idarə müəssisə işçiləri, qurum rəhbərləri iştirak edirdi. Anım mırasimində Rayon İcra başçısı T.Qaraşov, rayon ağsaqqalları, 20 Yanvar şəhidlərinin ailələri çıxış etdilər. Sonda tədbirdə iştirak edənlər 20 Yanvar şəhidlərinə hörmət və ehtiram olaraq. abidə önünə əklillər və qərənfillər qoydular.
19.01.2010.

20 yanvar faciəsinin 20 illiyi ilə əlaqədar mərkəzi kitabxanada “Əsrə sığmayan faciə-Qanlı yanvar milli matəm günüdür” adlı anım mərasimi keçirildi.


2009-cu ilin statistik hesablamalarına görə rayon əhalisinin sayı 80390 (80,4) nəfər olmuşdur.

Statistikaya görə 2009-cu ildə rayonda 85 fərdi ev tikilmişdir.




Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin