NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə48/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   44   45   46   47   48   49   50   51   ...   85

140

İmam Əli əleyhis-salam (danışmaq barəsində) buyurmuşdur:

İnsan öz dilinin altında gizlənmişdir (danışmayınca tanınmaz).

141

İmam Əli əleyhis-salam (məqam dərəcə barəsində) buyurmuşdur:

Öz qədir-qiymət və məqamını (necə qiymətli inci cavahir olmasını) bilməyən ( ya həddini aşaraq ayağını yorğanından kənara çıxaran) insan həlak oldu.

142

İmam Əli əleyhis-salam ondan öyüd-nəsihət istəyən şəxsə (xoşagəlməz xasiyyətlərin məzəmmətində belə) buyurmuşdur:



Əməlsiz (ibadət bəndəliyi olmadan) axirətə ümid bəsləyənlərdən və uzun arzu ilə tövbəni və (günah itaətsizlikdən) qayıtmağı dala atanlardan olma. Onun dünya barəsindəki danışığı zahidlərin danışığı, əməli isə (dünyanı) istəyənlərin əməlidir. Dünyadan (onun malından) ona verilsə doymaz, çatmasa qane olmaz (öz payından razı qalmaz). Ona verilmiş şeylərin (nemətlərin) şükrünə acizdir və çatmayan (ona verilməmiş) şeyin daha çoxunu axtarır; (başqalarını nalayiq işlərdən) çəkindirir, özü isə (başqalarını çəkindirdiyi şeydən) əl çəkmir; (başqalarına) özü etmədiyi şeyləri əmr edir. Yaxşı əməl sahiblərini sevir, amma onların əməllərini etmir, günahkarlara nifrət edir, halbuki özü onlardan biridir. Günahlarının çoxluğu səbəbindən ölümdən xoşu gəlmir, amma eyni zamanda ölümdən xoşu gəlməməsinə səbəb olan şeyə (günahlara) israrlıdır. Xəstələnsə (pis əməllərindən) peşman olar, sağalan kimi isə asudə və qafil qalar. (Xəstəlikdən) rahatlıq və əmin-amanlıqda olanda məğrurlaşar, bəlaya düçar olanda isə ümidsizləşərək solar. Qarşısına bəla və çətinlik çıxsa narahatlıqla dua edər və nalə qoparar, rahatlıq və şadlığa düşəndə isə qürür və (dünya malına) aldanma səbəbindən (Allahdan) uzaqlaşar. Barəsində zənni olan şeylərdə (günahların bağışlanmasında, pis işlərə əmr edən) nəfs ona hakimdir, o isə inamı olan şeyə (ölüm əbədi əzaba) hakim deyil. Başqası üçün özünün günahından kiçik olan günahlara görə qorxur (onun günahını böyük hesab edir) və özü üçün əməlindən artıq savab ümidindədir (öz itaətini böyük sanır). Var-dövlətə çatanda sevincək olub fitnə və azğınlığa düşər (bir-birinin ardınca günah edər), yoxsullaşanda isə (Allahın rəhmindən) ümidsizləşər və (ibadət bəndəlikdə) süstlük edər. İtaət və bəndəlik edəndə səhlənkarlıq edər (onları düzgün yerinə yetirməz), istəyəndə (Allahdan hacət diləyəndə) isə israr edər. Ona bir şəhvət və istək (asayiş rahatlıq) üz tutanda itaətsizlik yolunu tutub tövbəni təxirə salar, amma qəm-kədər üz versə dinin (çətinlik zamanı səbrli dözümlü olmaq Allaha pənah aparmaq kimi) göstərişlərindən uzaqlaşar. (Camaata) başqalarından ibrət almağı bəyan edir, özü isə ibrət götürmür. Öyüd-nəsihət verməkdə səy edər, özü isə öyüd qəbul edən deyil. Beləliklə, o, danışdığı ilə öyünər, əməli isə azdır. Fani və məhv olmalı şeydə (dünya onun malında) çalışır, əbədi olan şeydə (axirət onda olan şeylərdə) isə səhlənkarlıq edir. Qənimət və mənfəət (itaət Allah bəndəliyi) gözünə zərər-ziyan görünər (onları ziyan güman edər), zərər-ziyanı (günah itaətsizliyi) isə qənimət və mənfəət sanar. Ölümdən qorxur, amma fürsət əldən çıxmamış (saleh əməllər Allahın xoşu gələn işlərə) tələsmir. Başqasının itaətsizliyindən o günahı böyük hesab edir ki, özünün ondan daha böyük olan günahını kiçik sayır. Həmçinin başqasından az hesab etdiyi itaəti öz bəndəliyi üçün çox bilir. Beləliklə, o, başqalarına qarşı tələbkar, özünə qarşı isə səhlənkardır. Yoxsullarla Allahı yad etməkdənsə, varlılarla boş-boş danışmağı daha çox sevər. Öz xeyrinə görə (hətta səhv olsa belə,) başqasının ziyanına hökm edər, amma başqasının xeyrinə (hətta düz olsa da) öz ziyanına hökm etməz. Başqasına yol göstərir, özünü isə azdırır. Beləliklə, (başqaları) onun arxasınca gedərlər, o özü isə günah edər. (Öz haqqını) tam alır, (başqasının haqqını isə) tam vermir. Xalqdan qorxar, amma Rəbbinin yolunda yox (onların qorxusundan Allahın bəyənmədiyi işlər görər)! Həmçinin xalqın işində Rəbbindən qorxmaz (onlara ziyan vurar Allahdan çəkinməz). (Seyyid Rəzi əleyhir-rəhmə -deyir:)

Əgər «Nəhcül-Bəlağə» kitabında bu kəlamdan başqa ayrı bir şey olmasaydı, təkcə o faydalı nəsihət, yetərli hikmət, bəsirət sahibi üçün gözüaçıqlıq və düşüncə sahibi üçün ibrət və öyüd olmaq baxımından kifayət edərdi.


143

İmam Əli əleyhis-salam (hamının sonu aqibəti barəsində) buyurmuşdur:

Hər kəsin sonu və aqibəti ya şirin (səadət xoşbəxtlik), ya da acıdır (bədbəxtlikdir).

144

İmam Əli əleyhis-salam (hər bir şeyin yox olacağı barəsində) buyurmuşdur:

Hər gələn qayıdandır, qayıdan şey isə olmamış kimidir. (Dünyanın növbə ilə hamının qarşısına çıxan şirinlik acılığı elə yox olacaq, zavala uğrayacaq ki, sanki belə bir şirin ya acı gün olmayıb.)
145

İmam Əli əleyhis-salam (səbr barəsində) buyurmuşdur:



(Çətin) zaman uzun çəksə də, qələbə səbrli və dözümlüdən ayrılmır.
146

İmam Əli əleyhis-salam (başqasının işinə razı olmaq barəsində) buyurmuşdur:

Bir tayfanın gördüyü işə razı olan kəs həmin işdə onlarla birgə olmuş kimidir. (Çünki çirkin işə razı olmaq onu sevməyi tələb edir bu, rəzil, günah cəzaya layiq sifətlərdəndir. İşi görənlə ona razı olan arasındakı fərq budur ki,) batil və nahaq iş görənin iki günahı var: (biri) onu etməyin günahı, (digəri isə niyyət qəlbdə) ona razı olmağın günahı.
147

İmam Əli əleyhis-salam (əhd-peyman barəsində) buyurmuşdur:

Əhd-peymanların tutacaqlarından yapışın1.
148

İmam Əli əleyhis-salam (hidayət nicat imamları əleyhimus-salama tabe olmağa təşviq edərək) buyurmuşdur:

Tanımamağınızda üzrlü olmadığınız şəxsə tabe olun.2
149

İmam Əli əleyhis-salam (öyüd-nəsihət verərək) buyurmuşdur:

Sizə göstəriblər – əgər göz açsanız, doğru yolu göstəriblər – əgər yola gəlsəniz, eşitdiriblər – əgər qulaq assanız! (Yəni, əgər göz açıb diqqət etsəniz görərsiniz ki, düz yola gəlməyiniz üçün lazım olan bütün tədbirlər görülüb, amma siz istəməyərək özünüzü korluğa, azğınlığa karlığa vurmusunuz.)
150

İmam Əli əleyhis-salam (yaxşılıq barəsində) buyurmuşdur:

Öz qardaşını (dostunu) yaxşılıqla məzəmmət et. (Onu məzəmmət etmək əvəzinə ona yaxşılıq et ki, utansın. Çünki xəcalətin təsiri bütün məzəmmətlərdən çoxdur.) Onun pisliyini ona bəxşiş etməklə dəf et.1

151

İmam Əli əleyhis-salam (töhmətə səbəb olan yerlərdən çəkinmək barəsində) buyurmuşdur:

Töhmət və pis gümanlara səbəb olan yerlərə gedən kəs, onun barəsində pis zənnə düşəni qınamamalıdır. (Çünki o özü barəsində pis güman edilməsinə səbəb olub.)
152

İmam Əli əleyhis-salam (məsləhət barəsində) buyurmuşdur:



(Bir şeyi) ələ keçirən kəs özbaşınalaşar (başqalarının nəzər fikirlərinə etinasızlaşar). Özbaşınalıq edən (işlərdə məsləhətləşməyən) həlak oldu. (Təcrübəli) insanlarla məsləhətləşən kəs onların ağıllarına şərik olub. (Məlumdur ki, hər hansı bir işdə bir neçə ağlın hökm verməsi bir ağlın hökm verməsindən daha xeyirli münasibdir.)
153

İmam Əli əleyhis-salam (sirri faş etməmək barəsində) buyurmuşdur:

Xeyir və yaxşılıq öz sirrini gizli saxlayan kəsin öz əlindədir (sirrini faş edən şəxsin əksinə olaraq onun xeyir mənfəəti öz əlindədir).
154

İmam Əli əleyhis-salam (yoxsulluğun məzəmmətində) buyurmuşdur:

Yoxsulluq və kasıblıq çox böyük ölümdür. (Çünki ölümün çətinliyi bir dəfə olur. Yoxsulluğun çətinliyi isə hər an müşahidə olunur.)
155

İmam Əli əleyhis-salam (layiq olmayan şəxsə yaxşılıq etmək barəsində) buyurmuşdur:

Hər kim haqqını əda etməyən kəsin haqqını yerinə yetirsə (ona hörmət etməyən şəxsə ehtiram göstərsə) ona bəndəlik edib.1

156

İmam Əli əleyhis-salam (məxluqa itaət tabeçilik barəsində) buyurmuşdur:

Allaha itaətsizlik olan məsələdə məxluqa tabe olmaq rəva deyil (Yaxud günaha səbəb olan yerdə ibadət bəndəlik düz deyil, məsələn, qəsb edilmiş torpaqda ya zülm ilə alınmış yerdə namaz qılmaq olmaz).

157

İmam Əli əleyhis-salam (başqasının haqqına toxunmaq barəsində) buyurmuşdur:

Öz haqqı barəsində səhlənkarlıq edən kəs məzəmmət edilməz. Məzəmmət və qınaq o kəs üçündür ki, başqasının haqqına toxunub. (Çünki başqasının haqqına əl uzadan kəs zülm edib zülm çirkinliklərin ən pisidir zalım məzəmmətə layiqdir.)

158

İmam Əli əleyhis-salam (xudpəsəndliyin ziyanı barəsində) buyurmuşdur:

Xudpəsəndlik (insanı) daha artıq əldə etməkdən saxlayır. (Çünki xudpəsənd bütün məqamların son dərəcəsini əldə etdiyini zənn edir onun bu gümanı onu daha yüksək məqam qazanmaqdan saxlayır.)

159

İmam Əli əleyhis-salam (dünyaya onun əhlinə ürək bağlamamaq barəsində) buyurmuşdur:

İş (ölümlə başlayan axirət) yaxındır (azuqə tədarükü üçün çalış)(dünyada olan) birgəlik azdır (tezliklə ayrılacaqsınız. Buna görə ona ürək bağlamağa dəyməz).

160

İmam Əli əleyhis-salam (gözüaçıqların bəsirət sahiblərinin tərifində) buyurmuşdur:

Həqiqətən iki gözü olan üçün səhər açılıb. (Bəsirət sahibi olan ağıllı üçün haqq din düz yol aydındır o, qəlbləri kor olan kəslər kimi şəkk tərəddüddə deyil.)
161

İmam Əli əleyhis-salam (itaətsizlik etməmək barəsində) buyurmuşdur:

Günah etməmək tövbə(nin qəbul edilməsini) istəməkdən daha asandır.1
162

İmam Əli əleyhis-salam (özünü cilovlamaq barəsində) buyurmuşdur:

Nə çox bir dəfə yemək ki, dəfələrlə yeməyə mane olur.2

163

İmam Əli əleyhis-salam (nadanlığın məzəmmətində) buyurmuşdur:

İnsanlar bilmədikləri şeyin düşmənidirlər.1
164

İmam Əli əleyhis-salam (məsləhətləşmə məşvərət etmək barəsində) buyurmuşdur:

Fikir yollarına üz tutan (ağıllı insanlardan nəzəri kömək istəyən) kəs xəta və səhv yerləri tanıyar ( zərər-ziyanı olan şeydən uzaq olar).
165

İmam Əli əleyhis-salam (Allaha görə görməyin xeyri barəsində) buyurmuşdur:



(Öz) qəzəb nizəsini Allaha (Onun razılığını əldə etməyə) görə itiləyən (başqalarını pis işlərdən çəkindirən) kəs, ən çətin və ağır batil və nahaqları öldürməyə və məhv etməyə qadir olar (Allah ona, batil nahaq qüdrətli olsa belə, onları məğlub etməkdə kömək edər).
166

İmam Əli əleyhis-salam (işə girişmək barəsində) buyurmuşdur:

Bir işdən qorxduğun zaman özünü onun içinə at. Çünki çəkinib ehtiyatlanmağın çətinliyi qorxduğun şeyin özündən daha böyükdür.1

167

İmam Əli əleyhis-salam (başçılıq barəsində) buyurmuşdur:

Başçılıq və rəisliyin aləti könül genişliyidir (çətinliklərə tab gətirmək, işlərdə səbr etmək, dada çatmaq bu kimi şeylərdir).
168

İmam Əli əleyhis-salam (pis əməllərin qarşısını almaq barəsində) buyurmuşdur:

Pis əməl sahibini yaxşı əməl sahibini mükafatlandırmaqla (onu əziz tutub ona yaxşılıq bəxşiş etməklə) incit. (Çünki pis əməl sahiblərinə, yaxşı əməlliləri əziz tutub onlara yaxşılıq etməkdən ağır əziyyət yoxdur.)
169

İmam Əli əleyhis-salam (bədxah olmamaq barəsində) buyurmuşdur:

Pisliyi (kin-küdurəti) başqasının qəlbindən, onu öz qəlbindən qopartmaqla (kənar etməklə) biç (uzaqlaşdır). (Çünki hər kim başqaları barəsində pis fikirləşsə, onun barəsində pis fikirləşərlər; hər kəs qəlbində başqalarına qarşı kin saxlasa, başqaları da qəlblərində ona qarşı kin saxlayarlar.)
170

İmam Əli əleyhis-salam (tərslik inadkarlığın məzəmmətində) buyurmuşdur:

Tərslik (sağlam) fikri uzaqlaşdırır (insanı doğru yoldan saxlayır o, fikir düşüncənin xeyirini əldən çıxarır).
171

İmam Əli əleyhis-salam (tamahın məzəmmətində) buyurmuşdur:

Tamahkarlıq əbədi köləlikdir. (Tamahkar həmişə qul əsirdir tamahına göz yummayınca azad olaraq qurtulmaz.)
172

İmam Əli əleyhis-salam (uzaqgörənlik barəsində) buyurmuşdur:



(Hər hansı bir işdə) səhlənkarlıq etməyin nəticəsi peşmançılıq, ehtiyat və uzaqgörənliyin bəhrəsi isə salamatlıqdır (zərər-ziyandan qurtulmaqdır).
173

İmam Əli əleyhis-salam (yersiz susmağın yersiz danışmağın məzəmmətində) buyurmuşdur:

Cəhalət və nadanlıqla danışmaqda xeyir olmadığı kimi hikmət və elmlə (danışmaq lazım olan zaman) susmaqda da xeyir yoxdur.
174

İmam Əli əleyhis-salam (düz doğru yolun bir olması barəsində) buyurmuşdur:



(İki nəfərin) bir yola bir-birinə zidd iki çağırışının biri mütləq azğınlıqdır.1
175

İmam Əli əleyhis-salam (özünün haqq yolda sabitqədəm olması barəsində) buyurmuşdur:

Haqq (müqəddəs İslam dininin kök şaxələri mənə) göstəriləndən (onları biləndən) bəri onun barəsində şəkk və tərəddüdə düşməmişəm.
176

İmam Əli əleyhis-salam (özünün Bəzi sifətləri barəsində) buyurmuşdur:



(Heç vaxt) yalan deməmişəm və mənə yalan deyilməyib2 yolumu azmamışam və heç kəs mənim vasitəmlə yolunu azmayıb.

177

İmam Əli əleyhis-salam (zülmün ziyanı barəsində) buyurmuşdur:

Zalım sabah (qiyamət günü qəm-kədərinin çoxluğundan) əlini çeynəyəcək.1
178

İmam Əli əleyhis-salam (ölüm barəsində) buyurmuşdur:

Köç etmək (dünyadan getmək) yaxındır. (Buna görə ağıllı o adamdır ki, azuqə götürüb ölüm çatan zaman hazır olsun.)
179

İmam Əli əleyhis-salam (haqq yolunun çətinlikləri barəsində) buyurmuşdur:

Üzünü haqqa göstərən (ona kömək yardım edən) kəs xalqın nadanları yanında məhv olar.2

180

İmam Əli əleyhis-salam (səbrliliyə təşviq edərək) buyurmuşdur:

Səbrliliyin nicat vermədiyi kəsi dözümsüzlük məhv edər. (Çünki o, səbrliliyin savabını əldən verərək dözümsüzlüyün cəzasına düçar olar.)
181

İmam Əli əleyhis-salam (xəlifələrdən şikayətlənərək) buyurmuşdur:

Əcəba, xilafət (Həzrət Peyğəmbərlə) yoldaşlıq və birgəliklə çatır (ki, Əbu Bəkr Ömərə «əlini ver sənə beyət edim» deyəndə, Ömər Əbu Bəkrə «sən çətinlik rahatlıqlarda Allahın Peyğəmbəri ilə yoldaş birgə olmusan, əlini ver mən sənə beyət edim» demişdi), amma (o Həzrətlə) yoldaş və qohumluğa görə çatmır?! (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu barədə o Həzrətdən belə bir şe’r də nəql olunub ki:



Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin