NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə54/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   50   51   52   53   54   55   56   57   ...   85

250

İmam Əli əleyhis-salam (Allah yolunda bəxşiş etməyə təşviq edərək) buyurmuşdur:

Əliniz aşağı olan zaman (ehtiyacı olanlara) sədəqə verməklə Allahla ticarət edin. (Bacardığınız imkan olan qədər Allah yolunda xərcləyin ki, sədəqə bəla, çətinlik gözlənilməz hadisələrin qarşısını aldığı kimi həm varlılıq vasitəsidir.)
251

İmam Əli əleyhis-salam (peyman dostluqda vəfasızlıq edənlər barəsində) buyurmuşdur:

Vəfasızlara vəfa etmək Allaha vəfasızlıqdır. Vəfasızlara vəfasızlıq etmək isə Allaha vəfa etməkdir. (Çünki öz əhd-peyman dostluğuna vəfa etməyən kəs Allahın göstərişinə əməl etməyib.)
252

İmam Əli əleyhis-salam (bəndələrin imtahan edilmələri barəsində) buyurmuşdur:



Nə çox adam ki, ona edilən ehsan və yaxşılıqla (Allahın ona verdiyi nemətlərlə) əzab və cəzaya yaxınlaşıb (Allah ona yaxşılıq etdikcə, o, itaətsizliyini artıraraq nankorluq edib). Nə çox adam ki, (pisliklərinin) gizli qalması ilə aldanıb. (Çünki hər qədər çirkin görübsə rüsvay olmayıb.) Nə çox adam ki, onun barəsindəki xoş sözlər (xalqın onun haqqında yaxşı danışması) nəticəsində fitnə və çətinliyə düşüb. (Çünki məğrurluq onu Allahın nemətlərinə həmin nemətlərdən biri olan xalqın onun barəsində xoş sözlər danışmasına görə şükr etməkdən saxlayır o, əzab çətinliyə düçar olur.) Allah heç kəsi ona (dünyada) möhlət vermək kimi (başqa bir şeylə) imtahan etməyib. (Çünki həyat yaşamaq neməti bəndənin imtahan edildiyi ən böyük nemətdir. Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Bu kəlam bundan öncə (eyni ilə yüz on ikinci kəlamda) keçdi. Amma onun burada bir daha bəyan edilməsi gözəl və mənfəətli bir təkrardır. (Bəlkə onun burada bir daha bəyan edilməsinin xeyri yuxarıda «vəfasızlara vəfasızlıq etmək Allaha vəfa etməkdir» buyurulan kəlama görədir. Bu, Allahın, bəndələrini onun vasitəsi ilə imtahan edərək sınadığı işlərdən biridir.)



Bu fəsildə o Həzrət əleyhis-salamın, (bu kitabda) mənasının dərki çətin
izah təfsirə ehtiyacı olan seçilmiş kəlamlarının bəzilərini bəyan edəcəyik
1

İmam Əli əleyhis-salamın (Həzrət SahibəzzamanınAllah onun mübarək zühurunu tezləşdirsinəzəmət böyüklüyündən xəbər verdiyi) hədisində deyilir:



Onun vaxtı çatanda alicənab başçı və dinin rəhbəri (gizlin qalmadan nigarançılıqdan çıxıb öz səltənət xilafət məqamında) yerini tutacaq. Sonra (möminlər, dünyanın müxtəlif yerlərindən) bulud parçaları payız fəslində bir yerə toplaşıb bir-birlərinə birləşdikləri kimi o Həzrətin yanında bir yerə toplaşacaqlar. (Bu kəlam aşkar şəkildə İmami-Zaman əleyhis-salamın sağ olmasına, düşmənlərdən gizlin olmasına, yer üzünü seyr etməsinə Allah istəyən zaman üzə çıxacağına dəlalət edir. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

(Əsas mətndə işlədilmiş) «يَعْسُوبُ الدِّينِ» «yə'subuddin» kəlməsinin mənası «alicənab başçı»dır. (O Həzrətin işlətdiyi «ضَرَبَ بِذَنَبِهِ» «zərəbə bizənəbihi» kəlməsinin mənası budur ki, İmami-Zaman nigarançılıqdan sonra öz yerini tutacaqdır. Çünki «يَعْسُوب» «'sub» lüğətdə «bal arılarının şahı» mənasındadır ki, günün çox hissəsini iki qanadı ilə uçur, quyruğunu yerə qoyduqdan sonra isə hərəkət uçuşu dayandırıb öz yerində durur.) «قَزَع» «Qəzə» (istər sulu, istər də) susuz və yağışsız (nazik) bulud parçalarıdır. (Lüğət yazan alimlər onun mənasını deyilən kimi yazıblar. Həzrət Sahibəzzaman əleyhis-salamın əshabı ona görə payızın bulud parçalarına oxşadılıb ki, payız qışın əvvəlidir dağınıq buludlar həmin vaxt bir-birlərinə tez birləşirlər.)
2

İmam Əli əleyhis-salamın (Əmirəl-möminin əleyhis-salamın səhabələrinin əzəmətli, xas yaxşılarından olmuş 'ə ibn Sauhan Əbdini təriflədiyi) hədisində deyilir:

Bu xütbə oxuyan mahir və zirəkdir. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

(Əsas mətndəki «شَحْشَح» «şəhşəh» kəlməsindən) məqsəd xütbə oxumaqda mahir, zirək və usta olan və dolğun söz söyləməkdə bacarığı olan şəxsdir. Danışıq və hərəkəti iti olan hər bir şəxsə «شَحْشَح» «şəhşəh» deyirlər.

«شَحْشَح» «şəhşəh» bundan başqa yerdə bəxşiş etməyən xəsis və simic mənasında işlədilib.1


3

İmam Əli əleyhis-salamın (çəkişmə dava-dalaşın ziyanı barəsindəki) hədisində deyilir:

Çəkişmə və dava-dalaşda çətinlik və məhv olma vardır. (Çünki əgər şəxs çalışaraq onda israrlı olsa günaha düçar olar, ona göz yumub əl çəksə isə məğlub olar zülmə məruz qalar. Hər iki halda əziyyətə çətinliyə düşər. Belə olan şəxs pərhizkarlıqdan qalar, necə ki, iki yüz doxsanıncı kəlamda bu nöqtəyə təkid edilib. Buna görə gərək insan elə görsün ki, çəkişmə düşmənçilik qarşıya çıxmasın. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

İmam əleyhis-salamın (əsas mətndəki) «قُحَم» «quhəm» kəlməsindən məqsədi «məhv olmaqlıqlar»dır. Çünki çəkişmə çox vaxt insanları çətinliklərə və məhvə düçar edir. «قُحْمَةُ الْأعْرابِ» «Quhmətul-ə’rab», yəni, «ərəb çölçülərinin çətinlikləri» də ondan götürülüb. Məqsəd budur ki, onlar qəhətlik və quraqlığa düçar olurlar. Belə ki, bu, onların var-yoxlarını aradan aparır, heyvanlarından ətsiz quru sümükdən başqa bir şey qoymur və var-yoxlarının məhv olmasının mənası da elə budur. «قُحْمَةُ الْأعْرابِ» «Quhmətul-ə’rab»ın (mənası) barəsində başqa cür də deyilib və o budur ki, qəhətlik və quraqlıq onları abad şəhərlərə getməyə məcbur edir. Yəni, çöllərin quruması (və onda ot və suyun olmaması) onları möhtac edir və şəhərə gəlməyə vadar edir.


4

İmam Əli əleyhis-salamın (qız üçün ər seçmək barəsindəki) hədisində deyilir:



Qadınlar (qızlar) həddi buluğa çatan zaman (onların ərə getmək öz hüquqlarını ələ almaq vaxtları çatanda) ata qohumları (onu ərə verməyə ana qohumlarından) daha layiqdirlər. (Seyyid Rəzi-rəziyəllahu ənhu-deyir:)

(Əsas mətndə olan «حَقائِق'>نَصُّ الْحَقائِق» «nəssul-həqaiq» kəlməsinin yerinə) «حِقاقِ'>نَصُّ الْحِقاقِ» «nəssul-hiqaq» da rəvayət edilib. «نَصّ» «nəss» hər bir şeyin son həddi və axırıdır. Məsələn, yol getməkdə «نَصّ» «nəss» heyvanın getməyə qadir olduğu hərəkətin son həddidir. Sən o vaxt «نَصَصْتُ الرَّجُلَ عَنْ الْأَمرِ» «nəsəstur-rəculə ənil-əmr», yəni, «filan şey barəsində filan kişidən sualımı sona çatdırdım» deyirsən ki, həmin şey barəsindəki suallarını onda olanları əldə edənə kimi verib sona çatdırmış olasan. Buna görə də Həzrətin «نَصُّ الْحِقاقِ» «nəssul-hiqaq»dan (bu cümlədən) məqsədi, qızların, uşaqlığın sonu olan və uşağın böyüklük həddinə çatdığı «həddi-buluğ»a yetişmələridir. Həzrətin (نَصُّ الْحِقاقِ «nəssul-hiqaq») kəlamı, bu mənada ən dolğun və heyrətləndirici metaforalardandır. Buyurur ki, qızlar həmin həddə (ərə getmək vaxtına) çatan zaman onu ərə vermək istəsələr qızın ata qohumları–əgər qardaşlar və əmilər kimi ona məhrəm olsalar–onu ərə verməyə anadan daha layiqdirlər. «حِقاقِ» «hiqaq» (kəlməsi) ananın, qızı barəsində qızın ata qohumları ilə çəkişməsi mənasında olan «مُحاقَّة» «muhaqqə»dən götürülüb. «مُحاقَّة» «muhaqqə» onların hər birinin digəri ilə, qızı ərə verməyə daha layiq olması barəsində çəkişmə aparması və qalmaqalıdır. «جادَلْتُهُ جِدالاً» «cadəltuhu cidalən» kimi olan «حاقَقْتُهُ حِقاقاً» «haqəqtuhu hiqaqən», yəni, onunla çəkişdim və dava etdim, ibarəsi də ondan götürülüb. Deyiblər ki: «نَصُّ الْحِقاقِ» «nəssul-hiqaq» əqlin həddi buluğa, kamillik həddinə çatmasıdır. Çünki İmam əleyhis-salam (bu kəlamda) o sonun və zamanın çatmasını nəzərdə tutub ki, onda haqq və hökmlər (qıza) vacib olur. «نَصُّ الْحَقائِق» «Nəssul-həqaiq» rəvayət edən kəs, «حَقائِق» «həqaiq»i «حَقِيقَة» «həqiqə»nin cəmi hesab edib.

Bu deyilənlər Əbu Ubəyd Qasim ibn Səlamın1 bəyan etdiyi məna idi. Mənim fikrimcə isə burada «نَصُّ الْحِقاقِ» «nəssul-hiqaq»dan məqsəd, qızın, ərə getməsi və öz hüquqlarını ələ alması rəva olan həddə çatmasıdır. Çünki o, dəvə barəsində işlədilən «حِقاق» «hiqaq»-a oxşayır və o, «حِقّ» «hiqq» və «حِقَّة» «hiqqə»-nin cəmidir. Bunların mənası üç yaşı tamam olmuş və dörd yaşına keçmiş dəvədir və o, həmin vaxt minilmək və yaxşı sürülməsi mümkün olan həddinə çatır. «حَقائِق» «həqaiq» də «حِقَّة» «hiqqə»nin cəmidir və hər iki rəvayətin («نَصُّ الْحَقائِق» «nəssul həqaiq» «نَصُّ الحِقاقِ» «nəssul-hiqaq»-in) mənası birdir. (Bizim dediyimiz) bu (məna), ərəbin məslək və yoluna, deyilmiş birinci mənadan daha çox oxşayır.



5

İmam Əli əleyhis-salamın (iman barəsindəki) hədisində deyilir:

İman qəlbdə ağ nöqtə kimi yaranır, zahir olur. İman artdıqca həmin ağ nöqtə də artır. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

(Əsas mətndəki) «لُمْظَة»«lumzə», nöqtə və ya onun kimi ağ bir şeydir. Aşağı dodağında ağ xal olan ata deyilən «فَرَسٌ أَلْمَظ» «fərəsun əlməz» (ifadəsi) də bu mənadan götürülüb.2

6

İmam Əli əleyhis-salamın (borcun zəkatı barəsindəki) hədisində deyilir:

Əgər birinin alacağı varsa və həmin borcu (borcludan) alıb-almayacağını bilmirsə, onu alanda üzərindən keçmiş il üçün onun zəkatını (verilməsi layiq olan kəsə) verməsi vacibdir.1 (Seyyid Rəzi əleyhirrəhmə deyir:)

(Əsas mətndəki) «الدَّيْنُ الظَّنُونُ» «əd-dəyn əz-zənun» borc sahibinin borcludan alıb-almayacağını bilmədiyi borcdur. Belə ki, borc yiyəsi onun barəsində zənn və gümandadır. Bəzən onun çatacağına ümid bəsləyir, bəzən də naümiddir. Bu, (məqsədə dəlalət edən) ən fəsahətli və dolğun kəlamlardandır. Həmçinin sənin axtardığın, amma tapıb-tapmayacağını bilmədiyin hər bir şey «الظَّنُون» «əz-zənun»dur. (Cahiliyyət dövrünün məşhur şairlərindən olmuş ərəblərin, onun şerlərinə mahnı qoşub oxuduğu) Ə’şanın sözü də bu mənadadır ki:

ما يُجْعَلُ الْجُدُّ الظَّنُونُ الَّذِى جُنِّبَ صَوْبَ اللَّجِبِ الْماطِرِ

مِثْلَ الْفُراتِىِّ إِذا ماطَما يَقْذِفُ بِالْبُوصِىِّ وَ الْماهِرِ

«Suyunun olub-olmaması barəsində zənn və güman edilən və səs–küylü axar yağışın gəlməsindən uzaq olan quyunu, Fəratın tüğyan edən zamanda (suyun çoxluğu dalğaların təlatümü nəticəsində) gəmi və mahir üzgüçünü diz çökdürən suyuna tay tutmaq olmaz.» (Bu cümlə simic xəsis adamla comərd əliaçığın bərabər olmaması barəsində bir məsələdir. Şerin mətnində olan) «جُدّ» «cudd» (kəlməsi) çöl və səhrada olan köhnə quyu mənasındadır. «الظَّنُون» «Əz-zənun» isə suyunun olub-olmaması bilinməyən bir quyudur.



7

İmam Əli əleyhis-salam, müharibəyə göndərdiyi qoşunu ötürərkən (onlara öyüd-nəsihət verib belə) buyurmuşdur:

Bacardıqca qadınlardan uzaq olun. (Seyyid Rəzirəhiməhullahdeyir:)

Bu kəlamın mənası budur ki, (müharibə zamanı) qadınları yadınıza salmaqdan və onlara ürək bağlamaqdan çəkinin və özünüzü onlarla yaxınlıq etməkdən saxlayın. Çünki bu, qeyrət və kişilik gücünü süstləşdirir, qəti qərarlara xələl gətirərək onlarda boşluq yaradır, insanı düşmən müqabilində məğlub edir və müharibəyə gedərək onda səy və təlaş göstərməkdən uzaqlaşdırır. Bir şeydən çəkinən şəxs (barəsində «أَعْذَبَ عَنْهُ» «ə’zəbə ənhu», yəni,) «ondan uzaqlaşıb və özünü ondan saxlayıb» deyilir. Özünü yemək-içməkdən saxlayan kəsə «عاذِب» «azib» və «عَذُوب» «əzub» deyilir.


8

İmam Əli əleyhis-salamın (23- xütbədə paxıllıq etməmək həsəd aparmamaq barəsindəki) hədisində deyilir:

Qələbə axtaran mahir qumarbaz kimi olsun ki, qələbəni əvvəlcə öz qumar oxlarından gözləyir.1 (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

(Əsas mətndə olan) «ياسِرُون» «yasirun», alıb kəsdikləri dəvənin üstündə qumar oxları ilə qumar oynayan kəslərdir. «فالِج» «falic», qələbə axtaran və mahir mənasındadır. (Bu barədə belə) deyirlər: «فَلَجَ عَلَيْهِمْ وَ فَلَجَهُمْ» «fələcə ələyhim və fələcəhum», yəni, dostlarına qalib gəldi və onlardan uddu. (Döyüş meydanında) hərif çağıraraq rəcəz oxuyan şəxs belə deyir: «لَمّا رَأَيْتُ فالِجاً قَدْ فَلَجا» «ləmma rəəytu falicən qəd fələca» yəni, «o zaman ki, qələbə çalanı qalib gələndə gördüm.»
9

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin - səlləllahu əleyhi alih - şücaət cəsurluğu barəsindəki oxşarı doqquzuncu məktubda keçmiş) hədisində deyilir:

Biz qorxu və vahimə qızaranda (döyüş çətinləşəndə) özümüzü Allahın elçisi (səlləllahu əleyhi alih) vasitəsi ilə qoruyurduq və bizlərdən heç kəs düşmənə o Həzrətdən yaxın deyildi. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Bu sözün mənası budur ki, düşməndən qorxu artanda və müharibənin sancmaqları ağırlaşanda müsəlmanlar Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) vuruşan tərəfə qaçırdılar və Allah-təala o Həzrətin bərəkətindən onlara yardım göndərirdi. Onlar da həmin Həzrət vasitəsi ilə qorxduqları şeydən xatircəm olub rahatlanırdılar.

Həzrətin «إِذَا احْمَرَّ الْبَأْسُ» «qorxu və vahimə qızaran zaman» ibarəsi, döyüşün ağırlığını məcazi dillə anlatmaqdır. Bu barədə bir neçə fikir deyilib. Onların ən yaxşısı budur ki, Həzrət, müharibənin qızışmasını istilik və qırmızılığı öz əməl və rəngində toplayan oda bənzədib (ki, həm yandırıcıdır həm şöləli). Bu nəzəri Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) (Taif ilə Məkkə arasındakı yerin adı ilə adlandırılan) Hüneyn müharibəsində müsəlmanların qılınc çalmalarını görən zaman buyurduğu söz də təsdiqləyir. O, (Qeys qəbilələrindən olan) Həvazən döyüşü idi (ki, Həzrət onda buyurdu): «الْانَ حَمِىَ الْوَطِيسُ» «indi müharibənin təndiri qızışdı». (Əsas mətndəki) «وَطِيس» «vətis» (kəlməsi) od yandırılan yer mənasındadır. Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) onların döyüşlərinin qızışmasını odun alışaraq şölələnməsinə bənzədib.

Bu fəsl sona çatdı və biz özümüzün bu bölümün əvvəlindəki üsulumuza
(o Həzrətin buyurduğu kəlmələrin təfsiri deyil,
İmam əleyhis-salamın sözlərinin bəyan edilməsi
olan məqsədimizə) qayıdırıq

253

Müaviyənin qoşununun (İraqın qədim şəhərlərindən olan) Ənbara hücum edərək qarətçilik və soyğunçuluq etməsi xəbəri İmam Əli əleyhis-salama çatanda, o Həzrət təkcə piyada (Kufədən) çıxaraq (Kufə yaxınlığındakı) Nuxəyləyə kimi gəldi. Camaat (onun arxasınca gəlib) xidmətinə yetişərək belə dedi: Ey Əmirəl-möminin! Sənin yerinə biz onlara bəsik. Sonra Həzrət (onların məzəmmətində belə) buyurdu:

Allaha and olsun ki, siz mənə özünüz (sizə gələn ziyanlar) üçün bəs deyilsiniz, başqaları üçün necə bəs ola bilərsiniz? Əgər məndən əvvəlki rəiyyətlər hakimlərinin zülmündən şikayətlənirdilərsə, bu gün mən öz rəiyyətimin zülmündən şikayətlənirəm. Sanki mən tabe, onlar rəhbərdirlər, yaxud mən əmri yerinə yetirən, onlar isə əmr verəndirlər! (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

İmam əleyhis-salam bu sözü – bizim, bir hissəsini xütbələr fəslində (iyirmi yeddinci xütbədə) bəyan etdiyimiz uzun bir söhbətdə –deyəndə, səhabələrindən iki nəfər qabağa çıxdı və onların biri dedi: Mənim özümdən və qardaşımdan başqa heç kəsə gücüm çatmır. Ey Əmirəl-möminin! Bizə istədiyin şeyi əmr et, yerinə yetirək. İmam əleyhis-salam buyurdu: Mənim istədiklərim sizinlə hara kimi qabağa gedər və siz iki nəfərin əlindən nə gələr?


254

Deyirlər ki, Haris ibn Hut ( ya Xut) İmam Əli əleyhis-salamın yanına gələrək deyib: Elə bilirsən mən Cəməl əhlinin (Təlhə, Zübeyr, Aişə onların tərəfdarlarının) azğınlıqda olmasını güman edirəm?

İmam Əli əleyhis-salam (onun məzəmmətində) buyurub:

Ey Haris! Sən öz altına baxdın (onların batil səhv sözlərini qəbul etdin), amma üstünə və yuxarı baxmadın (mənim haqq doğru sözlərim barəsində isə düşünmədin), beləliklə, çaş-baş və avara qaldın! Sən haqqı tanımadığın üçün onun əhlini də tanımadın, batili tanımadığın üçün onun davamçılarını və arxasınca gedənlərini də tanımadın. Haris dedi: Mən Sə’d ibn Malik ('d ibn Əbi Vəqqas) və Abdullah ibn Ömər (ibn Xəttab) ilə kənara çəkilib bir guşəyə gedirəm. Sonra İmam əleyhis-salam buyurdu: Sə’d ilə Abdullah ibn Ömər haqqa kömək etmədilər və batili tərk etmədilər.1



255

İmam Əli əleyhis-salam (padşahın həmsöhbəti barəsində) buyurmuşdur:

Padşahın həmsöhbəti şir minmiş kəs kimidir. Xalq onun məqam və yerinin arzusundadır, o isə öz yerindən daha yaxşı xəbərdardır (ki, qədər təhlükəlidir).
256

İmam Əli əleyhis-salam (yaxşılıq barəsində) buyurmuşdur:

Başqalarının övladlarına yaxşılıq və mehribançılıq edin ki, sizin övladlarınızın hörmətini saxlasınlar.
257

İmam Əli əleyhis-salam (böyüklərin sözləri barəsində) buyurmuşdur:

Elm və bəsirət sahiblərinin sözü əgər düz olsa (dünya axirət dərdləri üçün) dərman, səhv olsa isə dərddir (fitnə-fəsada səbəb olar. Buna görə hikmət sahibi alim çalışmalıdır ki, səhv söz deməsin. Çünki deyiblər ki: «زَلَّةُ الْعالِمِ زَلَّةُ الْعالَمِ» «alimin büdrəməsi aləmin büdrəməsidir.»)
258

Bir kişi İmam Əli əleyhis-salamdan imanın (mənasının) nə olmasını ona başa salmasını istədi. O Həzrət (sözün hürkəkliyi barəsində belə) buyurdu:

Hamı eşitsin deyə sabah mənim yanıma gəl və mən sənə xəbər verim ki, əgər sən mənim sözlərimi unutsan başqası onu əzbərləsin. Çünki söz hürkək ov kimidir. Biri (öz hafizəsi ilə) onu oğurlayır, başqa birisi isə (kütbeyinliyinə görə) onu əldən çıxarır. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Biz o Həzrətin həmin kişinin cavabında buyurduqlarını bu fəslin keçən hissəsində (otuzuncu kəlamda) bəyan etmişik və o, «iman dörd dirək (sütun) üzərində möhkəmlənib» (cümləsi ilə başlayan) kəlamıdır.



259

İmam Əli əleyhis-salam (gəlib çatmamış şey üçün qəmlənməmək barəsində) buyurmuşdur:

Ey Adəm övladı! Bu gün sabah (onun ruzisi) üçün kədərlənmə. Çünki əgər sabah sənin ömründən olsa, Allah sənin ondakı ruzini yetirəcək. (Buna görə yaxşı olar ki, insan özünü gəlib çatmamış günlərə görə əldən salmasın hər gün həmin gün üçün çalışsın.)
260

İmam Əli əleyhis-salam (dostluq düşmənçilik barəsində) buyurmuşdur:

Dostunu sev, amma həddi aşmaq miqdarında yox (onu bütün sirlərdən xəbərdar etmə). Ola bilər ki, o, bir gün sənin düşmənin olsun ( peşman olasan). Həmçinin düşməninlə orta səviyyədə düşmənçilik et (aradakı pərdələri tam götürmə). Ola bilər ki, günlərin bir günü o, sənin dostun olsun ( onda sən xəcalətli başıaşağı olarsan).
261

İmam Əli əleyhis-salam (dünya axirət üçün çalışmaq barəsində) buyurmuşdur:

İnsanlar dünyada iki dəstədirlər: Biri dünyada dünya üçün işləyir və dünya onu özünə məşğul edərək axirətindən (axirət işlərindən) saxlayıb. O, varislərinin yoxsulluğa düçar olmalarından qorxur (onlar üçün mal sərvət toplayır ki, birinə möhtac olmasınlar), öz yoxsulluğu barəsində isə xatircəmdir.1 Beləliklə, öz həyatını başqasının xeyrinə sona çatdırır. Digəri isə dünyada axirət üçün işləyir, dünyadan onun üçün olan (təqdir edilmiş) şey işləmədən ona çatır. Beləliklə, o, hər iki pay və mənfəəti toplayıb və hər iki dünyanı əldə edib. Həmçinin Allahın yanında da hörmətli olub və Allahdan istədiyi hər bir hacət və istəyi rəva olar. (Çünki onun Allah yanında hörmətli olması istəklərinin rəva olmasına səbəb olur.)
262

Nəql edilib ki, Ömər ibn Xəttabın xilafəti zamanında onun yanında (Allahın əzəmətli Məkkə şəhərindəki evi) Kə’bənin zinəti və bu zinətin çoxluğu barəsində söhbət düşür və bir dəstə belə deyir: Əgər onları götürüb müsəlmanların qoşununa xərcləsən savab və mükafatı çox olar, Kə’bə zinəti nə edir? Ömər də onları götürmək qərarına gəlir. Bu barədə Əmirəl-möminin Əli əleyhis-salamdan sual soruşur. O Həzrət (bənin zinətlərinə toxunmamaq barəsində belə) buyurur:



Qur’an Peyğəmbərə (səlləllahu əleyhi alih) nazil oldu və mallar dörd qisim idi: (Birincisi:) Müsəlmanların (öləndən sonrakı) malları ki, onları hesab əsasında varislər arasında böldü və payladı. (İkincisi:) Qənimət (qələbə nəticəsində düşməndən əldə edilən şey) ki, onu, ona layiq olan kimsələr arasında böldü. (Üçüncüsü:) Xums (qazanc alverin beşdə biri) ki, Allah onu müəyyənləşdirdiyi yerdə yerləşdirdi ( onun kimlərə çatmalı olmasını buyurdu). (Dördüncüsü:) Sədəqələr (zəkat bəxşişlər) ki, Allah onu (da) öz yerinə qoydu (ondan kimlərin istifadə etməsini müəyyənləşdirdi). Kə’bənin zinəti həmin vaxt da onda idi və Allah onu öz vəziyyətində saxladı (onları xərcləmək sərf etmək barəsində bir göstəriş vermədi). (Allah) onu unutqanlıq səbəbindən tərk etmədi və onun yeri Allaha gizli və qaranlıq deyildi. Buna görə də (bütün mallar barəsində hökm verdiyi, bənin zinəti barəsində isə heç buyurmadığı üçün sən ) onu Allah və Peyğəmbər qoyduğu kimi öz yerinə qoy. Ömər dedi: Əgər sən olmasaydın, biz (Allahın hökmünü bilmədiyimiz üçün) rüsvay olardıq. O, zinətləri öz yerinə qoydu (onları heç yerə sərf etmədi).
263

Rəvayət edilib ki, İmam Əli əleyhis-salamın yanına Allahın malından (beytülmaldan) oğurluq etmiş iki kişini gətirirlər. Onlardan biri qul və kölə və beytülmalın əmlakı, digəri isə camaatdan birinin qulu idi. Buna görə də o Həzrət (beytul-maldan oğurluq etmiş hansı şəxsin əlinin kəsilməsi barəsində) buyurdu:

Beytülmala məxsus olan bu qula gəldikdə, ona (şər'i) hədd və cəza icra edilmir (onun əlini kəsmək lazım deyil, çünki) beytülmalın bir hissəsi digər hissəsini yeyib.1 Amma o biri barəsində (şər'i) hədd icra edilir. (İmam) sonra onun əlini kəsdi.2
264

İmam Əli əleyhis-salam (öz çətinlikləri barəsində) buyurmuşdur:

Əgər ayaqlarım bu sürüşkənliklərdə möhkəm qalsa (xilafətim sabitləşsə daxili müharibələrdən qurtulsam) bir sıra şeyləri dəyişdirəcəyəm (müxaliflərin bid'ətlərini aradan apararaq hökmləri, Allahın Peyğəmbərininsəlləllahu əleyhi alihgöstərişlərinə uyğun şəkildə həyata keçirəcəyəm).
265

İmam Əli əleyhis-salam (təqdir edilmiş şeylərlə razılaşmağın gərəkliyi barəsində) buyurmuşdur:

Tam yəqinlik və inamla bilin ki, Allah bəndəyə, o nə qədər çox zirək, çox çalışqan və hiylə-kələkdə çox bacarıqlı olsa da, ilahi elmdə onun üçün təqdir edilib müəyyənləşdirilmiş şeydən artıq nəsib etməyib. Həmçinin bəndənin zəif və aciz olmasına görə, onunla, ilahi elmdə onun üçün təqdir edilmiş şeyin ona çatması arasında fasilə və ayrılıq salmayıb. Bu sirdən agah olan və onu həyata keçirən kəs (dünya axirətdə) qazanc əldə etmək rahatlığı baxımından insanların ən üstünüdür. Ona göz yumaraq onda şəkk edən ziyana düçar olmaq baxımından insanların ən giriftarıdır. Nə çox nemətə çatan ki, nemətə görə yavaş-yavaş əzab və cəzaya yaxınlaşıb. Nə çox çətinliyə düçar olan ki, giriftarçılığına görə ona ehsan və yaxşılıq edilib. Buna görə də ey (bu sözləri) eşidən kəs! Çox şükr et və az tələs, ruzindən sənə çatanla kifayətlən və razı ol (ki, insana, çatması labüd olan miqdardan artıq verilmir).1
266

İmam Əli əleyhis-salam (ibadətə təşviq edərək) buyurmuşdur:



(Dünyanın yox olacağına dair) elminizi (axirətə göz yumub dünyaya ürək bağlamaq üçün) nadanlıq (la əvəz) etməyin, (ölüm barəsindəki) yəqinliyinizi şəkkə çevirməyin. (Buna görə ) əgər (dünyanın yox olacağını) bilirsinizsə (axirət üçün) iş görün, (ölümə) yəqin edəndə (azuqə götürərək) irəli durun.
267

İmam Əli əleyhis-salam (tamah arzudan uzaq olmaq barəsində) buyurmuşdur:



Tamah (insanı) suyun üstünə apararaq geri qaytarmayandır (insanı suyun yanına aparar onu sudan doydurmadan geri qaytarar. Kim ona düçar olsa məhv olar ondan qurtula bilməz) və o, (öz əhd-peymanına) vəfa etməyən zamindir. Nə çox su içən ki, sudan doymamış çeçiyir. ( çox tamahkar həris ki, mətləbini əldə etmək yolunda ona çatmamış bəhrələnməmiş məhv olur.) Rəğbət göstərilən şeyin dəyəri hər nə qədər böyük olsa onu əldə etməmək və tapmamağın kədəri də bir o qədər çox olar. Arzular bəsirət gözlərini kor edir. (Təqdir edilmiş) pay və qismət, ona tərəf getməyən şəxsə tərəf gəlir. (İnsan onu əldə etmək üçün çalışmasa onu arzulamasa da təqdir edilmiş pay qismət ona çatacaqdır.)

268

İmam Əli əleyhis-salam (zahirin yaxşı, batinin isə pis olması barəsində) buyurmuşdur:

Allahım, zahirimin gözlərin müqabilində (xalqın gözlərinin qarşısında) yaxşı, batinimin isə gizlətdiklərim şeylərdə Sənin yanında çirkin olmasından, özümü camaatın yanında Sənin məndən də (yaxşı) xəbərdar olduğun şeylərlə riyakarcasına qorumağımdan, beləliklə, xalqa zahirdə yaxşı görünüb pis əməllərimi Sənə tərəf gətirməyimdən və nəticədə bəndələrinə yaxınlaşaraq Sənin razılıqlarından ( mərhəmətindən) uzaqlaşmağımdan Sənə pənah gətirirəm.
269

İmam Əli əleyhis-salam (Həzrət Sahibəzzamanın zühurunu xəbər verərək) buyurmuşdur:

Əlbəttə! Aydın gündüzdən yaranan qaranlıq gecənin qalan hissəsində (qüdrəti ilə) gecələdiyimiz Allaha and olsun ki, filan-bəhmən olmayıb.1
270

İmam Əli əleyhis-salam (əzmkarlıq göstərərək çalışmağın mədhində) buyurmuşdur:

Davam etdirdiyin az iş (onun xeyir verməsi), bezib yorulduğun ( nəticədə tərk edilən) çox işdən ümidvericidir.
271

İmam Əli əleyhis-salam (vacibi əməllərə təşviq edərək) buyurmuşdur:

Müstəhəbbi əməllər vacibata ziyan vuranda (xələl gətirəndə) həmin müstəhəbbiləri tərk edin.2

272


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin