NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə61/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   57   58   59   60   61   62   63   64   ...   85

407

İmam Əli əleyhis-salam dünyanın vəsfi və necəliyi barəsində buyurmuşdur:

Dünya (öz zinət bəzəyi ilə) aldadır, (bəla çətinlikləri ilə) ziyan vurur və (sürətlə, tez) keçir (onlardan ayrılır). (Dünya həqir alçaq olduğu üçün) eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah onu Öz dostlarının savabı, düşmənlərinin isə cəzası etməyə razı olmadı. Dünya əhli o karvan kimidir ki, (bir az istirahət edib yorğunluqlarını almaq üçün) düşdüyü əsnada birdən karvanbaşıları (karvanın qabağında gedən başçıları) haray salar (ki: yola düşün, bura istirahət yeri deyil) və sonra onlar yola düşərlər.
408

İmam Əli əleyhis-salam oğlu (imam) Həsən əleyhis-salama (varislərə mal-sərvət saxlamağın ziyanı barəsində) buyurmuşdur:

Oğulcanım! Özündən sonra dünyadan (dünyanın mal sərvətindən) heç nə qoyma. Çünki onu iki şəxsdən biri üçün qoyursan: ya Allahın itaət və bəndəliyi yolunda sərf edən kəs üçün ki, belə olan surətdə o, sənin bədbəxt olmağına və ziyana uğramağına səbəb olan şeylə xoşbəxt olur. Ya da Allaha qarşı günah və itaətsizlik edən kəs üçün ki, belə olan halda, o, sənin onun üçün topladığın şeyə görə bədbəxt olur və sən onun günah etməsinə köməkçi və yardımçı olmusan. Bu iki haldan heç biri sənin, özün üçün seçib götürməyinə layiq və münasib deyil. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu kəlam başqa cür də rəvayət edilib və o belədir:

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: dünyadan (dünya malından) sənin əllərində olanların səndən qabaq sahibi olub. Səndən sonra da digər bir sahibə çatacaq. Sən (onu) iki nəfərdən biri üçün toplayırsan: (Ya) o kəs (üçün) ki, sənin topladıqların barəsindəAllaha itaət edəcək və beləliklə, sənin, səbəbindən bədbəxt olduğun şeylə xoşbəxt olacaq. Ya da o kəs (üçün) ki, onu Allaha itaətsizlikdə işlədəcək və beləliklə, sənin topladığın şeylə bədbəxt olacaq. Bu ikisindən heç birini özün üçün seçməyin və eləcə də onun üçün öz çiyinlərinə yük (günah) götürməyin layiq deyil. Buna görə də keçən (ölən) üçün Allahın bağışlamasına, qalan üçün isə Allahın ruzisinə ümidvar ol. ( gedənə təəssüflən, qalanın dərdini çək.)

409

İmam Əli əleyhis-salam o Həzrətin hüzurunda «أَسْتَغْفِرُ اللهَ» «əstəğfirullah» (Allahdan bağışlanmaq istəyirəm) deyən şəxsə (istiğfar edib günahların bağışlanmasını istəməyin şərtləri barəsində) buyurmuşdur:

Anan vayına otursun! İstiğfarın (həqiqi mənasının) nə olmasını bilirsən (ki, onu düşünmədən dilinə gətirirsən)? İstiğfar, yüksək məqamlı dəstənin (möminlərin) dərəcə və məqamıdır. O, altı mənası (şərti) olan bir addır. (Əgər altı şərtin hamısı bir yerdə toplanmış olsa istiğfar kamil, əks halda isə naqisdir.)

Birincisi keçmiş günahdan peşman olmaq; ikincisi ona qayıtmağı həmişəlik olaraq tərk etmək qərarına gəlmək; üçüncüsü, boynunda ziyan və günah olmayan paklıqla Allaha qovuşmağın (mükafat əldə etməyin) üçün xalqın haqlarını əda etmək; dördüncüsü sənə (namaz, oruc həcc kimi) vacib olmuş, eləcə də əldən çıxardığın (yerinə yetirmədiyin) hər bir şeyin haqqını (qəzasını) yerinə yetirmək; beşincisi səy göstərib (bədənində) haramdan yaranmış əti hüzn və kədərlə o qədər əridəsən ki, dəri sümüyə yapışsın və onların arasında təzə ət bitsin; altıncısı budur ki, günahın şirinliyini bədəninə daddırdığın kimi ibadət və bəndəliyin əziyyətini də ona daddırasan. Belə olan halda, (deyilən şərtlər bir yerə toplanan zaman) «أَسْتَغْفِرُ اللهَ» «əstəğfirullah» (Allahdan bağışlanmaq istəyirəm) deyərsən.


410

İmam Əli əleyhis-salam (səbrliliyin xeyiri barəsində) buyurmuşdur:

Səbrlilik qəbilədir (qəbilə qohumlar insanı düşmənin şərindən qoruduğu kimi, səbr insanı qoruyur. Yaxud məqsəd budur ki, səbrliliyə görə xalq həmin şəxslə dostlaşar onun yardımçısı olar, sanki o, qəbilə sahibi olub).
411

İmam Əli əleyhis-salam (insanın acizliyi barəsində) buyurmuşdur:

Yazıq və aciz Adəm övladı: əcəli gizlidir ( vaxt öləcəyini bilmir), xəstəlik və dərdləri naməlumdur (həmişə acı hadisələr xəstəliklərə düçar olmaq təhlükəsindədir), əməli saxlanılır (əməl dəftərində yazılır əgər özünün yadından çıxsa da unudulmaz). Ağcaqanad onu incidir, suyun boğazda qalması onu öldürür və tər onu iyləndirir. (Bütün bunlarla yanaşı belə bir kəsə lovğalıq məğrurluq edərək öyünmək yaraşırmı?!)
412

Nəql edilib ki, İmam Əli əleyhis-salam öz səhabələrinin arasında oturmuşdu və onların yanından gözəl bir qadın keçdi. Səhabələri ona baxdılar. O Həzrət əleyhis-salam (qadınlara baxmaqdan çəkindirərək belə) buyurdu:

Bu erkəklərin gözləri (kefli sərxoş dəvə kimi) şəhvətə bərəlir və bu cür baxışlar onlarda şəhvət və ehtirasların həyacana gəlməsi və oyanmasına səbəb olur. Buna görə də sizlərdən biri ona xoş gələn qadına baxanda gərək öz arvadı ilə yaxınlıq etsin. Çünki o da (digər) qadınlar kimi bir qadındır. (Qadınlar hamısı ləzzət vermək baxımından birdirlər.) Sonra xəvaricdən biri dedi: Allah onu kafir Öldürsün, necə də alim edib onu?! Səhabələr sıçrayıb həmin şəxsi öldürmək istədilər. İmam əleyhis-salam buyurdu: Möhlət verin ona (işiniz olmasın). Söyüşün yerinə (öldürmək deyil) ya gərək o da söyülsün, ya da günahından keçilsin.
413

İmam Əli əleyhis-salam (ağlın mənfəəti barəsində) buyurmuşdur:

Ağlından sənə bu (mənfəət) bəsdir ki, o sənin üçün azğınlıq yollarını nicat yollarından seçir. (Çünki bu xeyir mənfəət bütün xeyirləri əhatə edir.)
414

İmam Əli əleyhis-salam (yaxşı xeyir işi kiçik saymamaq barəsində) buyurmuşdur:

Yaxşı iş görün və onun azını kiçik hesab etməyin. Çünki onun kiçiyi (Allahın yanında) böyük, azı (azının savabı) çoxdur. Gərək sizlərdən heç kəs «başqası yaxşı iş görməyə məndən daha layiqdir» deməsin. Allaha and olsun ki, başqası daha layiq olar. (Çünki) yaxşı ilə pisin hər birinin öz adamı var və siz onlardan hər hansı birini tərk etsəniz, adamı onu sizin yerinizə yerinə yetirəcək ( onu yerinə yetirən daha layiqdir).
415

İmam Əli əleyhis-salam (səadətə çatmaq barəsində) buyurmuşdur:

Kim öz gizlinini düzəltsə (düşüncəsini paklaşdırsa) Allah onun aşkarını düzəldər (gözəlləşdirər). Kim dini üçün iş görsə, Allah onun dünya işini təmin edər (çətinliklərdən qurtarar onu). Kim özü ilə Allah arasında olan şeyi gözəlləşdirsə (Allahdan başqasından gözünü çəksə) Allah onunla xalq arasında olanları gözəlləşdirər (xalqı ona qarşı mehribanlaşdırar).
416

İmam Əli əleyhis-salam (səbr ağıl barəsində) buyurmuşdur:

Səbr (eybləri) örtən pərdədir. Ağıl (pis işlərə əmr edən nəfsi) kəsən qılıncdır. Belə isə xasiyyətinin eyblərini səbrliliklə ört və nəfsini və şəhvətini ağıl ilə öldür.

417

İmam Əli əleyhis-salam (ehtiyacı olanlara əl tutmağa həvəsləndirərək) buyurmuşdur:

Allahın bəzi bəndələri var ki, O, (digər) bəndələrinin xeyri üçün onlara nemətlər ayırır. Onlar nə qədər ki, (həmin nemətlərdən ehtiyaclılara əl altında olanlara) bağışlayırlar, Allah həmin nemətləri onların əllərində saxlayır. Həmin nemətləri əsirgəyəndə (heç kəsə bir şey verməyəndə) isə onları onlardan alıb başqalarına həvalə edir (ki, möhtacların yolunda sərf etsinlər).
418

İmam Əli əleyhis-salam (sağlamlıq varlılıq barəsində) buyurmuşdur:

Bəndənin iki şeyə arxalanması yaraşmaz: sağlamlıq və varlılıq. (Çünki) onu sağlam gördüyün əsnada birdən xəstələnər; varlı gördüyün əsnada birdən yoxsullaşar.

419

İmam Əli əleyhis-salam (ehtiyaclılıqdan gileylənmək barəsində) buyurmuşdur:

Kim ehtiyacından möminin yanında gileylənsə, sanki gileyini Allaha deyib. (Çünki mömin Allahın dostudur.) Amma kim həmin ehtiyacından kafirə gileylənsə, sanki Allahdan gileylənib. (Çünki kafir Allahın düşmənidir.)
420

İmam Əli əleyhis-salam bayramların birində (orucluq bayramında) buyurmuşdur:

Bu gün o adamın bayramıdır ki, Allah onun orucunu qəbul edib və namazını mükafatlandırıb (təzə paltar geyinən, amma Allahın yanında abrı olmayan kəsin yox). Allaha itaətsizlik və günah edilməyən hər bir gün bayram (şadlıq şənlik) günüdür.
421

İmam Əli əleyhis-salam (haram malın ziyanı barəsində) buyurmuşdur:

Qiyamət gününün ən böyük peşmançılığı o şəxsin peşmançılıq və əfsusudur ki, var-dövlətini haram yolla qazanıb və digər bir şəxs onu irs apararaq Allahın itaət və bəndəliyində sərf edib. Beləliklə, həmin şəxs cənnətə, haram var-dövləti qazanan isə oda daxil olar.
422

İmam Əli əleyhis-salam (çox çalışmağın ziyanı barəsində) buyurmuşdur:

İnsanların alış-verişdə ən çox ziyana uğrayanı və səy və təlaşda ən ümidsizi o kəsdir ki, bədənini öz arzularına çatmaq üçün köhnəldib (özünü qocaldaraq ömrünü başa çatdırıb), amma qəza-qədərlər istəyində ona yardım etməyiblər (o, öz arzularına çatmayıb). Beləliklə, o, həsrət və əfsusla dünyadan gedər və (çox çalışmalarında qazandığı) günahları ilə axirətə daxil olar.
423

İmam Əli əleyhis-salam (ruzi barəsində) buyurmuşdur:

Ruzi iki cürdür: biri səni axtarar, digərini isə sən axtararsan. Buna görə də kim dünyanı istəsə (ruzi üçün özünü çətinliyə salsa) ölüm onu axtarar, arxasınca düşər ki, dünyadan çıxarsın. Amma kim axirəti istəsə (itaət bəndəliklə məşğul olaraq ruzi üçün ehtiyacından artıq çalışmasa) dünya onu axtarar ki, o, öz ruzisini ondan tam şəkildə alsın. (Xülasə, axirət istəyəni ruzi özü axtarar, dünyatələb isə ruzini özü axtarar.)


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin