NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə63/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   59   60   61   62   63   64   65   66   ...   85

444

İmam Əli əleyhis-salam (Abdullah ibn Zübeyrin məzəmmətində) buyurmuşdur:

Zübeyr onun nəhs oğlu Abdullah böyüyənə kimi həmişə biz əhli-beytdən (qohumlarımızdan) idi.1

445

İmam Əli əleyhis-salam (öyünmək məğrurluğun məzəmmətində) buyurmuşdur:

Adəm övladının fəxr etmək və öyünməklə nə işi ki, əvvəli nütfə, axırı isə iylənmiş leşdir; nə özünə ruzi verir, nə də öz ölümünü dəf edir.
446

İmam Əli əleyhis-salam (həqiqi zənginlik yoxsulluq barəsində) buyurmuşdur:

Zənginlik və yoxsulluq (qiyamət günü) vəziyyət məlum olandan və əməllər Allaha göstəriləndən sonradır. (Həqiqi varlı o kəsdir ki, qiyamət günü ilahi savab əbədi cənnət onun nəsibi olsun. Həmçinin həqiqi yoxsul o kəsdir ki, həmin gün Allahın cəza əzabına düçar olsun.)
447

İmam Əli əleyhis-salamdan şairlərin ən böyüyünün kim olmasını soruşublar. O Həzrət (İmrəul Qeys barəsində) buyurmuşdur:

Şairlər bir dəstə mərc atlarında çapmayıblar ki, onların kamilliklərinin sonu girov qamışın götürülməsində bilinsin. (Şairlərin şerlərinin hamısı bir səpkidə deyil ona görə onların birini digərindən üstün tutmaq olmaz.) Əgər kiməsə üstünlük vermək labüd və zəruri olsa, onda «azğın şah» üstündür. (Seyyid Rəzi-rəhiməhullah-deyir:) Həzrətin «الْمَلِكُ الضَّلِيلُ» «əl-məlikuz-zəlil», yəni, azğın şah ifadəsindən məqsədi İmrəul Qeysdir. (Onu şah adlandırmasının səbəbi şerlərinin gözəlliyidir. Azğın adlandırılmasının səbəbi isə onun kafir fasiq olmasıdır.)
448

İmam Əli əleyhis-salam (dünyadan uzaq olmağa həvəsləndirərək) buyurmuşdur:

Bir azad kişi yoxdurmu ki, ağızda qalmış bu artığı (alçaq dünyanı) öz əhlinin (kafir münafiqlərin) ixtiyarına buraxsın? Sizin canlarınızın qiyməti və dəyəri ancaq cənnətdir. Buna görə də onları həmin qiymətdən başqa heç nəyə satmayın.
449

İmam Əli əleyhis-salam (elm dünya istəyən barəsində) buyurmuşdur:

İki yeyən doymaz: elm axtarışı və arzusunda olan (ki, hər qədər məsələlər aşkar olsa yenə digər bir məchulu məlum etmək istəyər) və dünya istəyən (ki, hər qədər dünya malı əldə etsə yenə digər şeylər əldə etmək arzusunda olar).
450

İmam Əli əleyhis-salam (imanın bəzi nişanələri barəsində) buyurmuşdur:

İmanın nişanəsi budur ki, sənə ziyan vuracaq yerdə doğru danışmağı sənə xeyir gətirəcək yerdə yalan danışmaqdan üstün tutasan və danışığın biliyindən artıq olmasın.1 Həmçinin başqası barəsində danışmaqda Allahdan qorxasan.2
451

İmam Əli əleyhis-salam (tədbir tökmək uzaqgörənliyə arxalanmamaq barəsində) buyurmuşdur:

İlahi qəzavü-qədər hesablamaları (bəndənin özü üçün cızdığı planları) elə qabaqlayır ki, (bəzən) bəla və məhv tədbir tökmək və uzaqgörənlikdə olur. (Buna görə insan təvəkküldən əl götürməməli, öz tədbir fikirlərinə arxalanmamalıdır. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Bu məna bundan qabaq (on altıncı kəlamda) kəlmələri bu kəlmələrdən bir qədər fərqli olan bir rəvayətdə keçdi.

452

İmam Əli əleyhis-salam (səbrlilik tələsməmək barəsində) buyurmuşdur:

Səbr və tələsməmək bir qarından olan ekizlərdirlər ki, onları himmət və möhkəm iradə doğur. (Səbrlilik tələsməmək bir dərəcə mərtəbədədirlər. Yüksək himmətə malik olan şəxs tez qəzəblənməyib səbr göstərdiyi kimi işlərdə tələskənlik etmir işin sonunu fikirləşir.)
453

İmam Əli əleyhis-salam (qeybət etməyin məzəmmətində) buyurmuşdur:

Qeybət etmək və (birinin) arxasınca danışmaq aciz şəxsin cəhdidir (aciz şəxsin öz düşmənindən intiqam ala bildiyi ya həsəd apardığı şəxsin dalınca pis danışmaq üçün istifadə etdiyi yeganə vasitədir).

454

İmam Əli əleyhis-salam (bəndələrin imtahan edilmələri barəsində) buyurmuşdur:

Nə çox adam ki, barəsindəki gözəl sözlər səbəbindən (xalqın onun barəsində olan xoş sözlərinə görə) fitnə və çətinliyə düşüb.1
455

İmam Əli əleyhis-salam (dünya barəsində) buyurmuşdur:

Dünya özü üçün deyil, başqası üçün yaradılıb. (Dünya axirət üçün bir yoldur ki, insan savab əldə etmək üçün gərək onda bəndəlik etsin; həmişəlik deyil ki, onda ancaq vaxtı yaxşı keçirməklə məşğul olsun!)

456

İmam Əli əleyhis-salam (Bəni Üməyyə dövlətinin dağılması barəsində) buyurmuşdur:

Bəni-Üməyyə üçün bir möhlət zamanı və bir fürsət meydanı vardır ki, onda (səltənət şahlıq atını) çaparlar. Aralarında xilafət və şahlıq üstündə dava-dalaş düşəndən sonra goreşənlər (alçaq nanəciblər) aldatmaq yolu ilə onlara hakim olarlar1. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

(Əsas mətndə passiv növün feli sifəti olan) «أَلْمُرْوَدُ» «əl-murvəd» kəlməsinin kökü «الْاِرْوادُ» «əl-irvad»dır və mənası möhlət və fürsət verməkdir. O, «مُفْعَل» «muf'əl» vəznindədir. Bu ən dolğun və heyrətləndirici sözlərdəndir. Sanki o Həzrət əleyhis-salam onlara verilmiş zaman möhlətini, onların axırına kimi çapdıqları və sona çatandan sonra işlərinin nizam-intizamı pozulan meydana bənzədib.
457

İmam Əli əleyhis-salam Ənsarın mədhində buyurmuşdur:

Allaha and olsun ki, onlar var-dövlətləri, səxavətli əlləri və iti dilləri ilə İslamı süddən ayrılmış ( ya bir yaşı olan) at balası bəslənən kimi bəsləyərək yetişdirdilər.2
458

İmam Əli əleyhis-salam (gözün açıq olması barəsində) buyurmuşdur:

Göz düz bağırsağın bağıdır.1 (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Bu kəlam heyranedici metaforalardandır. Sanki Həzrət düz bağırsağı qaba, gözü isə bağa oxaşadıb ki, bağ açılanda qab öz vəziyyətində qalmır (içində olanlar çölə tökülür). Daha məşhur nəzərə əsasən bu kəlam Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) kəlamlarındandır. Bir dəstə isə onu Əmirəl-möminin əleyhis-salamdan nəql edib. Bu məsələni Mübərrəd «əl-Müqtəzəb» kitabının «əl-ləfz bil-huruf» fəslində bəyan edib. Biz bu metafora barəsində özümüzün «Məcazatil-asaril-nəbəviyyə» adlı kitabımızda söhbət etmişik.


459

İmam Əli əleyhis-salam (Ömər ibn Xəttab barəsindəki) bir kəlamında buyurmuşdur:



(Əbu Bəkrdən sonra) bir vali xalqa hakim oldu (Ömər xilafət məqamında oturdu). Beləliklə, (xilafət işini) bərpa etdi və müqavimət göstərdi (hamıya hakim oldu), nəhayət, (dəvə istirahət edəndə boynunun qabağını yerə qoyub sakitləşdiyi kimi) din qərar tutdu.2
460

İmam Əli əleyhis-salam (qarşıya çıxacaq xoşagəlməz hadisələr barəsində) buyurmuşdur:



İnsanlar üçün elə bir tikanlı ( çətin) zaman gələcək ki, onda varlı əllərində olanlarla möhkəm sancacaq (mal sərvətində xəsislik edərək onu Allah yolunda verməyəcək), halbuki bu işə əmr olunmayıb. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur'ani-Kərimin Bəqərə surəsinin 237-ci ayəsində) buyurub: «وَلا تَنسَوُاْ الْفَضْلَ بَيْنَكُمْ» «Bir-birinizə yaxşılıq etməyi unutmayın (bir-birinizə yardım edin)!» Həmin zamanda pis əməl sahibləri qalxaraq öyünər, yaxşı əməl sahibləri isə xar və zəlil olarlar. Və acizlər və biçarələrlə alver edərlər (onlara baha satarlar, onlardan alanda isə ucuz alarlar). Halbuki Allahın Peyğəmbəri (səlləllahu əleyhi alih) acizlərə (yemək) satmağı ( ya onlarla alver etməyi) qadağan edib. (Çünki onlara kömək olunmalıdır, yaxud onlarla, aciz olmayanlarla aparılan alver kimi alver edilməlidir. Yəni, onlara kömək edilməsə , heç olmasa alverdə onları aciz görüb aldatmaq olmaz hamı ilə çəki qiymətdə necə alver edilirsə onlarla da elə alver edilməlidir.)
461

İmam Əli əleyhis-salam (öz dost düşməni barəsində) buyurmuşdur:

Mənə görə iki nəfər həlak və məhv olacaqdır: (Biri məni sevməkdə) ifrata varan dost və (digəri mənə) yalan yapışdıran böhtançı (ki, mənə, məndə olmayan şeyi nisbət verər. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Bu kəlam o Həzrət əleyhis-salamın bu (yüz on üçüncü) kəlamı kimidir ki: Mənim yolumda iki nəfər həlak oldu: ifrata varan dost və düşmənçiliyində həddini aşan düşmən. (Bu kəlamın şərhi öz yerində bəyan edilib.)


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin